"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin səkkizinci cildi çapdan çıxıb
16.02.2012 [00:34]
AzərTAc xəbər verir ki, bu sözlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin səkkizinci cildində dövlətimizin başçısının Azərbaycan-İtaliya biznes forumundakı nitqindən götürülüb.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
çoxcildliyin bu kitabında Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir və qüdrətli Azərbaycanda dövlət quruculuğuna, həyata keçirilən geniş sosial-iqtisadi islahatlara, ölkəmizin elmi və mədəni həyatına həsr olunmuş çıxış və nitqləri əksini tapıb.
Kitabda, həmçinin Azərbaycanda keçirilmiş İTAR-TASS günlərinin iştirakçıları - tanınmış jurnalistlər, Rusiyanın aparıcı nəşrlərinin rəhbərləri, elm, mədəniyyət, idman xadimləri ilə görüşləri, Azərbaycanın milli mənafeyini əks etdirən dərin məzmunlu söhbətləri toplanıb.
Burada, eyni zamanda, Prezident İlham Əliyevin İran İslam Respublikasına, Rusiyaya, Səudiyyə Ərəbistanı Krallığına, çin Xalq Respublikasına və İtaliyaya səfərləri zamanı bir sıra dövlət və hökumət başçıları ilə görüşlərində Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyini əks etdirən çıxış və nitqləri, nüfuzlu mətbuat orqanlarına və televiziya kanallarına verdiyi bəyanat və müsahibələri də yer alıb.
Səkkizinci cildə Prezident İlham Əliyevin dünyanın görkəmli dövlət və hökumət başçılarına, beynəlxalq təşkilatlara, məşhur şəxsiyyətlərə məktubları, xarici nümayəndə heyətləri ilə görüşləri zamanı apardığı söhbətlərin mətnləri daxil edilib.
Bu kitabda, həmçinin dövlətimizin başçısının “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının bir illiyinə həsr olunmuş konfransda, “Mərkəzi Aran” platformasından ilk neftin hasilatına həsr olunmuş, Daxili Qoşunların yaranmasının 13-cü ildönümü ilə bağlı, eləcə də Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşına orden və medalların təqdim edilməsi mərasimlərindəki nitqləri də verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar” “Coğrafi adlar” göstəriciləri daxil edilib.
Səkkizinci cildə daxil olan materiallar 2005-ci ilin yanvarından martınadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12

