Azərbaycan – BƏƏ münasibətləri yeni mərhələdə
28.10.2023 [10:13]
İki ölkə arasında çoxşaxəli əməkdaşlıq mühiti formalaşdırılıb
Azərbaycan özünün praqmatik və qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunda əməkdaşlığı ən mühüm şərtlərdən biri kimi önə çəkir. Bunun nəticəsidir ki, istər regional, istərsə də daha geniş coğrafiyada Azərbaycan etiabarlı tərəfdaş qismində şöhrət qazanıb. Bütün dövlətlər və təşkilatlar, iqtisadi strukturlar Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını irəli sürürlər. Azərbaycan həm də əlaqələrin inkişafında qarşılıqlı şəkildə ikitərəli mənafenin uzlaşdırılmasını da ən mühüm nüanslardan sayır.
Xüsusilə, son illərdə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır - Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir.
Münasibətlər dostluq zəminində inkişaf edir
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanısa da, diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildən, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr isə çoxşaxəli və dinamikdir. Siyasi dialoqun qurulması enerji və iqtisadi əlaqələrin də inkişafına mühüm təsirlər göstərib.
Eyni zamanda, ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda 350-dən artıq BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır.
“Yaşıl enerji” üzrə əməkdaşlıq…
Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payı var. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bu gün Azərbaycanın imkanları nəinki öz enerji tələbatlarını təmin etməyə, alternativ enerjinin ixracına belə şərait yaradır. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə – yeni çağırışlara, müasir standartlara uyğunlaşdırılır. Bununla bağlı mövcud potensialın işlənməsi, invesitisiya qoyulması “yaşıl enerji” sektorunun yüksək inkişafına yol açır. Çünki bu sahədə Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş potensial mühüm göstəricilərlə ifadə olunur - 157 qiqavata bərabərdir. Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər də bərpa olunan enerji mənbələri ilə kifayət qədər zəngin bir diyardır. İlkin dəyərləndirmələrə əsasən, bəhs olunan ərazilərdə külək, ?ünəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanılıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv fəaliyyət həyata keçirilib. Vurğulanmalıdır ki, 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30 və yaxud 40 faiz çatdırılması hədəf kimi qarşıya qoyulur.
Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi yerə malikdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı üzrə bütün dünyada məşhur olan şirkətlərdən biridir və ölkəmizdə bu sahəyə invesitisiya qoyuluşunda maraqlıdır. Şirkətin fəaliyyət coğrafiyası 30-dan çox ölkəni əhatə edir. İki gün öncə açılış mərasimi baş tutmuş 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası da məhz bu şirkət tərəfindərn ərsəyə gətirilib. Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanmışdı. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdu. Oktyabrın 26-da açılış mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Yeni mərhələdə yeni investisiya
Sevindirici haldır ki, Azərbaycan ilə BƏƏ arasında bərpaolunan enerji məsələsindəki əməkdaşlıq qarşıdakı dövr üçün də inkişaf xətti qazanıb. Belə ki, oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Neftçala rayonunun Bankə qəsəbəsində Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsi”, “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Biləsuvar rayonunda Günəş Elektrik Stansiyası layihəsi ilə bağlı İnvestisiya müqaviləsii və “Azərbaycan Respublikası Hökuməti ilə “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Azərbaycan Respublikasının Abşeron-Qaradağ rayonunda quruda külək enerjisi layihəsi ilə bağlı İnvestisiya müqaviləsi qarşıdakı dövrdəki əməkdaşlığın daha da intensivləşməsinə mühüm zəmin formalaşdıracaq.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

