Nərimanov rayonunda Gənclər Günü ilə bağlı tədbir keçirilib
02.02.2012 [13:09]
Dünən Nərimanov rayon İcra Hakimiyyəti ilə rayon Gənclər və İdman İdarəsi 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Azərbaycan Gəncləri Azərbaycanın gələcəyidir” adlı tədbir keçirib. Tədbirdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev öncə Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib: “Artıq 15 ildir ki, Azərbaycanda Gənclər Günü qeyd edilir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il fevral ayının 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 15 il böyük zamandır və bu zaman ərzində ölkədə yeni bir nəsil meydana gəlib”.
İcra Hakimiyyətinin başçısı Azərbaycan gənclərinin 1996-cı ildə keçirilən I Forumunu xatırladaraq həmin dövrdən etibarən dövlət tərəfindən gənclərə ayrılan diqqətin daha da artırıldığını bildirib.
O, həmçinin, deyib ki, Bakı şəhərinin ən böyük rayonlarından biri olan Nərimanov rayonunun gəncləri də ictimai-siyasi həyatda fəal iştirak edir: “Prezident İlham Əliyev rayonda keçirilən 30-dan artıq tədbirdə iştirak edib. Həyatımızın bütün sahələri gəncliklə bağlıdır və rayonumuzda həyata keçirilən quruculuq işlərində gənclərin dəstəyini və gücünü daim hiss edirik. Gənclərin intellektual imkanlarından, yaradıcılıq qabiliyyətindən ölkə miqyasında olduğu kimi, rayonun işlərində də istifadə olunur. İnanıram ki, hər bir gənc sosial-iqtisadi həyatda, ictimai-siyasi proseslərdə, elmi-mədəni sahələrdə özünə layiqli yer tutacaq”.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da Azərbaycanda Gənclər Gününün qeyd olunmasının bilavasitə Ulu öndərin adı ilə bağlı olduğunu söyləyib. O qeyd edib ki, Azərbaycanın müstəqillik dövrü tarixi baxımdan o qədər də böyük bir mərhələ olmasa da, bu zaman ərzində gənclər siyasəti sahəsində çox böyük işlər görülüb: “Bu da onu göstərir ki, gənclərə çox böyük qayğı var. ümummilli lider Heydər Əliyevin gənclər sahəsində əsasını qoyduğu yol bu gün də yüksək səviyyədə davam etdirilir. Bu gün Azərbaycan gəncliyi təkcə ölkə daxilində deyil, həm də dünyada aparıcı beynəlxalq təşkilatlarda ölkəmizi layiqincə təmsil edir. Hazırda bütün dünyada “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsində, 20 Yanvar faciəsinin tanıdılmasında gənclərimiz fəal iştirak edir. Bütün dünyadakı gənclərimiz azərbaycançılıq ideyası ətrafında sıx birləşib. Eyni zamanda, Bakı şəhəri 2011-ci ildə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərin yüksək səviyyədə təşkil olunmasında gənclərin potensialından geniş istifadə olunub. Bu il Azərbaycanı mötəbər beynəlxalq musiqi müsabiqəsinə ev sahibliyi etməsi də məhz gənclərin sayəsində mümkündür”.
R.Abbasovun sözlərinə görə, Azərbaycanın 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməsinə iddia etməsi də düşünülmüş, sistemli gənclər siyasəti ilə bağlıdır: “Bildiyimiz kimi, Prezident İlham Əliyev 2012-ci ili Azərbaycanda “İdman ili” elan edib. Bu genefondumuzun qorunmasına, sağlam nəslin böyüməsinə verilən önəmin daha bir göstəricisidir. İdman sahəsində həyata keçirilən tədbirlər, maddi-texniki bazanın yaxşılaşdırılması gənclərin bu sahəyə daha çox cəlb olunmasına imkan yaradır”.
Tədbirdə çıxış edən millət vəkili Ceyhun Osmanlı Gənclər Gününün qeyd olunması təşəbbüsünə görə, Azərbaycanın Avropa ölkələri içərisində ilk yerlərdən birində dayandığını söyləyib: “çünki heç də bütün ölkələrdə gənclər günü qeyd olunmur. Bu məhz ümummilli liderin bizə qoyduğu mirasdır. Bu günün qeyd olunması, gənclər forumlarının keçirilməsi və gənclərlə bağlı digər tədbirlərin görülməsində əsas məqsəd, Azərbaycanda yüksək intellektual bacarığı olan savadlı, milli düşüncəli gənclərin yetişdirilməsidir. Artıq Azərbaycanda elə bir gənc nəsil formalaşıb ki, ona həm Azərbaycan cəmiyyəti etibar edir, həm də dünyada hörmət olunur. Bu gün Azərbaycan gəncliyi intellektualdır, gənclərimiz fəaliyyət göstərdikləri hər bir sahədə yüksək peşəkarlıq nümayiş etdirirlər. Gənclərimizin fəallığı Azərbaycanın beynəlxalq nüfuzuna da öz müsbət təsirini göstərir”.
Gənclər Günü ilə bağlı keçirilən tədbirdə Nərimanov rayonunun ictimaiyyət nümayəndələri də çıxış ediblər. Daha sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gənc diplom və hədiyyələrlə mükafatlandırılıb. Tədbir konsert proqramı ilə başa çatıb.
Hülya
Xəbər lenti
Hamısına baxSosial
01 İyun 16:12
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Gündəm
01 İyun 11:59
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
Gündəm
01 İyun 09:39
Gündəm
01 İyun 09:39
Sosial
01 İyun 09:38
Dünya
01 İyun 09:20
Dünya
01 İyun 08:53
Dünya
01 İyun 08:37
Dünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

