Radikal müxalifət Əli Kərimlinin hədəfinə tuş gəldi
22.12.2011 [10:35]
Hər zaman dövlətçiliyə qarşı çıxan, xalqın iradəsinə əks mövqedə qərarlaşan, Azərbaycanın milli maraqlarını satmağa hazır radikal müxalifət öz fiaskosunu ört-basdır etmək üçün fərqli üsullara əl atır. Yalançı birliklər yaradan, pafoslu çıxışlar edən, əslində isə, bir-birilərindən xarici pulverənlərə kompramat ötürmək uğrunda mübarizə aparmaq və bu mübarizədə önə çıxmaq istəyindən başqa xəyalı olmayan radikalların gerçək kimlikləri hər addımlarında ifşa olunur.
Danışdıqları boğazdan yuxarı, tapşırıq əsasında formalaşan “nitq”lərin, nəzarətlərində olan qəzetlərdə bu yalanların təbliğatının heç bir işə yaramaması, siyasi mübarizənin indikatoru olan seçkilərdə hər zaman sıfıra yaxın səs “qazanmaları” onların işini çətinə salır. Ən əsası isə xalq birmənalı olaraq onların kimliklərini faş edib və radikalların bundan sonrakı mərhələdə hansı yalanı danışırlarsa danışsınlar, heç kimi aldada bilməyəcəkləri tək gerçəkdir.
Az qala təbiət hadisələrinin baş verməsində belə hakimiyyəti, iqtidarı günahlandıran, bununla da hansı təfəkkürə sahib olduqlarını nümayiş etdirən düşərgə təmsilçiləri öz varlıqlarını sübut etmək üçün əllərini hər yerə atırlar. Əli Kərimlinin “gənclərlə görüş” adı altında cəmiyyətə sırımağa çalışdığı qohum-əqrəba toplantısı da buna misaldır.
Amma Ə.Kərimli bu dəfə tək hakimiyyətə şər-böhtan deməklə də öz işini bitirməyib. O, özünə “müttəfiq” saydığı partiyaların sədrlərinin də bostanını o ki var daşlayıb, onları ittiham edib. Deyib ki, İsa Qəmbərin, Rəsul Quliyevin limiti bitib, zamanı keçib. özünü sadalananların hamısının “fövqündə” elan edən Kərimli, hətta “ana müxalifətçiliyə” iddia edib... Onsuz da radikal düşərgədə özünü “lider” elan edən hər kəs yalnız “ana müxalifət” olmaq üçün dəridən-qabıqdan çıxır...
Bəli, bu, bir daha radikal düşərgədə gedən parçalanmaları, yalançı birliklərin dağılmasını, “palatka”nın sökülüb yerlə-yeksan olmasını təsdiqləyir. Bu, bir daha onların hansı kimliyə malik olduğunu üzə çıxarır. Dünənə qədər bir-birilərinə “müttəfiq” deyənlər bu gün həmin “müttəfiqin” vaxtının keçdiyini elan edir. Bu, həm də onu göstərir ki, radikal düşərgədə bərqərar olan və özünü “siyasətçi” elan edən həmin partiya rəhbərləri elə başda Əli Kərimli olmaqla, özlərinin şəxsi mənafeləri uğrunda çarpışırlar. çarpışmanın müstəvisi isə xaricdən gələn pulların daha böyük kütləsinə sahib çıxılması ilə məhdudlaşır. Yəni, Molla Nəsrəddin demişkən, dava yorğan davasıdır...
Təsadüfi deyil ki, onlar həmişə bir-birinə qarşı kampaniya təşkil ediblər, bir-birini aşağılamağa, gözdən salmağa çalışıblar. Ə.Kərimlinin mövqeyi isə bu halın hələ də davam etdiyini açıq göstərir. Yaddaşlardan çıxmayıb yəqin ki... 2003-cü ildə Rəsul Quliyevi özünün “baş naziri” elan edən İsa Qəmbər sonda ona “qorxaq” dedi. 2005-ci ildə “ayrılmaz birlik” adlandırılan AXCP-Müsavat cütlüyünün nəticəsi necə oldu? Seçkidən iki gün keçmiş AXCP Müsavatı satqın, xəyanətkar adlandırdı və Əli Kərimli İsa Qəmbər haqqında yalnız “ədəbi epitetlər”lə danışmağa başladı. 2000-ci ildə də analoji hal baş vermişdi. Parlament seçkilərindən sonra AXCP Müsavatın təhqir hədəfinə çevrilmişdi. “Günah”ları isə eyni idi...
Bəli, radikal düşərgədə bu proses heç zaman dayanmayıb. Sadəcə, bu prosesin zaman-zaman sürəti azalıb. Bu gün tarixin arxivinə atılan radikal müxalifətin təmsilçiləri, sadəcə, maddi sferada-satqınlığın qarşılığında verilən pulları mənimsəmək məqsədi güdürlər. Göründüyü kimi, reallıq hissini itirən, nostalji hisslərdən qurtula bilməyən Əli Kərimli və onun kimilər keçmişi reanimasiya etmək, üstəlik, gəncləri də bu prosesə cəlb etmək üçün çıxış yolunu öz “dostlarının” ünvanına bu cür sözlər söyləməkdə görür. Amma bu artıq yarayası plana oxşamır. çünki 1991-ci ildən bəri təfəkkürü dəyişməyən radikal düşərgənin bu dəfə də “özü deyib özü eşitməkdən” başqa bir qazancı yoxdur...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxElm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32

