Vaşinqtonun Ukrayna həssaslığı...
09.09.2023 [10:10]
Qarabağa münasibətdə də nümayiş olunacaqmı?
ABŞ Dövlət katibi Antoni Blinkenin Ukrayna səfəri bir sıra məqamları ilə yaddaqalan oldu. ABŞ-ın Ukraynaya genişhəcmli yardım paketini açıqlayan Ağ Evin xarici siyasət idarəsinin səsləndirdiyi
bəyanatlar sırasında biri xüsusilə diqqəti cəlb edir. Belə ki, Blinken Ukraynanın işğal olunmuş ərazilərində Rusiyanın psevdoseçkilərində iştirak edənlərin ABŞ-ın sanksiyaları altına düşmək riski daşıdığını açıqlayıb. Blinken psevdoseçkiləri Kremlin işğal olunmuş ərazilərə qarşı qeyri-qanuni iddialarını gücləndirmək istədiyi “təbliğat tədbiri” adlandırıb.
30 illik “bəyanatlar dövrü”...
ABŞ Dövlət katibinin bu mövqeyi dövlət olaraq rəsmi Vaşinqtonun bu kimi məsələlərə ümumi baxışını əks etdirməlidir. Başqa sözlə, Ukraynada baş verənlərlə analogiyaya malik məsələlərə yanaşmada da ABŞ-ın eyni həssaslıq nümayiş etdirməsi zərurəti ortaya çıxır. Maraqlıdır, ABŞ dövləti eyni məsələni Azərbaycana münasibətdə də ortaya qoyacaqmı və ya qoyurmu?
30 ilə yaxın işğal altında saxlanılan Qarabağda Ermənistanın yaratdığı qondarma rejim bir neçə qeyri-legitim “seçki” şousu keçirib - təbii ki, demokratik dünya, BMT başda olmaqla beynəlxalq təşkilatlar və böyük dövlətlər, hətta Ermənistanın özü belə bu “seçki şousu”nu nəinki tanımayıb, sadalananların əksəriyyəti baş verənlərin qondarma və qeyri-legitim olması barədə bəyanatlar belə yayıblar. Bu sırada ABŞ da var. 30 ilə yaxın müddətdə keçmiş “Qarabağ münaqişəsi”nin həllində vasitəçi rola malik dövlətlərdən biri kimi ABŞ bu məsələdə yalnız “etiraz bəyanatı” səsləndirməklə kifayətlənib. Halbuki, Ermənistanın icra etmədiyi BMT TŞ-nın məlum dörd qətnaməsinin qəbuluna səs verən ölkələr arasında məhz rəsmi Vaşinqton da yer alırdı. Bu o demək idi ki, Ermənistan həm də ABŞ-ın ondan tələblərini yerinə yetirməkdən boyun qaçırırdı - nə az, nə çox düz 30 il bu “oyun” davam etdi.
Vaşinqton etiraf edir ki...
2020-ci il Vətən müharibəsi isə regionda yeni siyasi-hərbi reallıqlar formalaşdırdı. Azərbaycan qazandığı qələbə sayəsində ərazi bütövlüyünü təmin etməklə yanaşı, BMT TŞ-nın məlum qətnamələrinin, dolayısı ilə demokratik dünyanın aparıcı dövləti kimi ABŞ-ın Ermənistandan “tələblərinin” icrasını həyata keçirdi. Üçtərəfli Bəyanatı imzalamaqla kapitulyasiyasını etiraf edən İrəvan isə ötən müddət ərzində Azərbaycanın humanist mövqeyindən sui-istifadə etməkdədir - Ermənistan Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, Azərbaycan ərazilərindən silahlı tör-töküntülərini çıxarmır. Bu məsələ ABŞ-ın da diqqətindədir. İki ilə yaxındır ki, davam edən Brüssel sülh formatı çərçivəsində, eləcə də Vaşinqtonun vasitəçiliyi ilə ABŞ-da keçirilən danışıqlarda ən mühüm müzakirə predmetlərindən biri məhz bu məsələdir. Ötən bir ildə isə Ermənistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə tanıdığını bəyan edib - yəni, ərazilərimizdən silahlı tör-töküntülərin çıxarılmaması, qondarma rejimi himayə etməsi Ermənistanın qeyri-konstruktiv mövqeyinin, işğalçı xislətinin növbəti sübutudur.
ABŞ-ın prioritetinə çevrilməlidir
Bu ilin may ayında Vaşinqtonda məhz ABŞ Dövlət katibi Antoni Blinkenin də iştirakı ilə keçirilən 4 günlük görüşlər raundunun ardınca ABŞ xarici siyasət idarəsinin rəhbəri bildirmişdi ki, dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır. Beləliklə, rəsmi Vaşinqton Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini diqqətdə saxladığını, sülh gündəliyinin davamlı olması üçün atdığı addımlarda qəti mövqedən çıxış etdiyini ortaya qoymuşdu. Bu hal eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində gedən prosesin qlobal miqyasda da diqqət mərkəzində olduğunu deməyə əsas verirdi. Dialoqa gəldikdə isə, burada tərəf kimi Ermənistan və Azərbycan nəzərdə tutulur - belə olan halda, Qarabağdakı qondarma rejimin başlatdığı yeni “seçki şousu” da təbii olaraq ABŞ-ın hədəfinə çevrilməlidir. Vaşinqton bu məsələyə də ən azı Ukrayna qədər həssaslıqla yanaşmalıdır. Çünki Azərbaycanın suveren ərazilərində yaradılan və himayə edilən, qeyri-legitim, tanınmayan rejimin keçirməyə cəhd göstərdiyi “seçkilər” dünyanın demokratik inkişafına təhdiddir, regionda sülhün və təhlükəsizliyin qurulmasına ən böyük maneədir. Həmin qondarma rejimə qarşı barışmaz mövqe nümayiş etdirmək, bu məsələdə yaxın tərəfdaşı olan Azərbaycanı var gücü ilə dəstəkləmək Ağ Evin prioritetinə çevrilməlidir. ABŞ-ın elan etdiyi kimi demokratik ənənələri qorumaq prinsipinə sədaqəti də buradan daha aydın bəlli olacaq...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37

