Sülh prosesinin müəllifi - Azərbaycan
03.08.2023 [10:40]
Prezident: Bəlkə ilin sonunadək...
30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinin yekunlaşması Vətən müharibəsinin nəticələrinin ən mühüm nüanslarındandır. Azərbaycan dövləti əldə etdiyi Zəfərlə özünün ərazi bütövlüyünü təmin edib. Qarşıdakı mərhələdə isə Ermənistanla sülh müqaviləsinin imzalanması dayanır. Bu müqavilə iki dövlət arasında ən əsas məsələlərə aydınlıq gətirməli, regionda təhlükəsizlik arxitekturasının davamlılığını təmin etməlidir. İki istiqamətdə - Brüssel və Moskva xətti ilə inkişaf etdirilən danışıqlar ABŞ-ın da diqqət mərkəzindədir. Bir sözlə, beynəlxalq aləm Cənubi Qafqazda sülhün əldə edilməsi üçün səfərbər olub, deyə bilərik. Nəzərə alınmalıdır ki, son bir neçə ayda baş tutmuş təmaslarda münasibətlərin müəyyən məsələlərdə uzlaşması, danışıqlarda müsbət impulsun əldə olunması kimi məqamlar xüsusi olaraq qeyd edilir. Bu isə, növbəti mərhələlərdə mühüm nəticələrə nail olunacağına da ümid yaradır
Sülh sazişi imzalanmalıdır
Prezident İlham Əliyev Şuşada “Euronews” televiziyasına müsahibəsində İkinci Qarabağ müharibəsindən sonra vəziyyətin fərqli olacağını düşündüyünü bildirib. Dövlət başçısı vurğulayıb ki, biz sülh üçün hazır idik və əslində, bir az gözlədik ki, beynəlxalq iştirakçılar bizə müəyyən yeni təkliflər versinlər: “Anladıq ki, bu, bir növ boşluqdur. Heç kəs nə etməyi bilmirdi. 2020-ci il noyabrın 10-da Bəyanatı imzaladığımız zaman vəziyyət, əslində, dayanıqlı sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq və ictimaiyyət qarşısında bunu açıqladıq. Elan etdik ki, sülh sazişi imzalanmalıdır. Sonra yenə boşluq yarandı. Sonra isə biz sülh sazişinin prinsiplərini müəyyən etdik. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir”.
Sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyi bəlli və şəffafdır. Sonuncu Brüssel görüşü zamanı əldə edilmiş müsbət impulsun davam etdirilməsi üçün hər bir şərait və zəmin mövcuddur. Ən əsası isə bütün addımlarında və təkliflərində beynəlxalq hüquqa əsaslanan Azərbaycanın yaratdığı ədalət mənzərəsi ortadadır. Sülh danışıqları üçün baza prinsipi kimi irəli sürülən məsələlər iki dövlətin münasibətlərinin yaxınlaşmasında əsaslı rol oynamaq imkanındadır. Bu, həm qarşılıqlı etimadın yüksəlməsinə, həm də yeni reallqlarda aradan qaldırılacaq problemlərin həllinə yaxından kömək olar. Azərbaycan hər zaman bəyan edib ki, sülhün və təhlükəsizliyin davamlı olması üçün səy göstərir. İndiki halda, regionun təhlükəsizlik arxitekturasının qurulması üçün bu səylər olduqca əsaslı şərait yaradıb - ölkəmizin beynəlxalq hüquqa söykənən addımları regional yaxınlaşmanı mümkünləşdirib. Məsələn, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycan torpaqları kimi tanıdığını bəyan etməsi bunun bariz sübutudur. Azərbaycanın yaratdığı bu reallıq gələcək yaxınlaşmalar üçün də baza formalaşdırır. Bəli, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir - qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik.
Ermənistan tərəfindən konstruktiv yanaşma görsək...
Təəssüf ki, Ermənistanın davranışları bəzi məqamlarda adekvat olmur. Məsələn, Azərbaycanın ərazi bütövlüyünü hətta detallı şəkildə tanıdığını bəyan edən Ermənistan danışıqların fərqli maddələri ilə bağlı manipulyasiyalar etməyə çalışır. Bu isə rəsmi İrəvanın hələ də müəyyən “qaranlıq məsələlərə” ümid etdiyini fikirləşməyə əsas verir. Ermənistan sülh gündəliyini uzatmaq, proseslərin sürətini azaltmaq üçün bir sıra qəbuledilməz nüansları davamlı şəkildə qabardır. Təbii ki, bəzi regionda marağı olan xarici ölkələr də yaranan bu fürsətdən maksimum istifadə etmək, Ermənistanın bu destruktiv mövqeyini dəstəkləməklə ona “dayaq” olduğunu göstərməyə çalışır. Amma nəticədə bütün bu cəhdlər boşa çıxır - artıq Ermənistan da anlayır ki, başqa çıxış yolu yoxdur və Azərbaycanla sülh müqaviləsi imzalanmalıdır. Brüsseldə baş tutan son görüş bu faktı bir daha təsdiqlədi. Görünür Ermənistan artıq anlayır ki, qeyri-konstruktiv mövqeyi ilə regionda təhlükəsizliyin təmini ilə yanaşı, gələcək inkişafı da yubadır. Bu isə yeni qlobal iqtisadi düzənin formalaşmasına öz mənfi təsirlərini göstərir. 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr bəyanatlarına belə əməl etməyən, Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan bu kimi mövqeyi ilə özünü dalana dirəyib - artıq reallıqdan qaçmaq mümkün deyil. Üçtərəfli Bəyanatda Naxçıvanla Azərbaycan arasında kommunikasiya əlaqələrinin quruluması ilə bağlı müddəa hələ də icra edilməyib.
Halbuki, indiki halda sülhün imzalanması, kommunikasiyaların açılması, əməkdaşlıq platformalarının formalaşdırılması daha çox rəsmi İrəvanın maraqlarına xidmət edir. Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bunun üçün isə Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməli, regionda sabitliyin formalaşmasına töhfə verməlidir. Prezident İlham Əliyev müsahibəsində də bu məqamlar xüsusi olaraq vurğulanıb: “Sərhədlərin gələcək parametrləri ilə bağlı məsələ, çünki Ermənistanla Azərbaycan arasında sərhəd müəyyən olunmamışdır. Sovet İttifaqının süqutu ərəfəsində biz həmin təcavüzlə üzləşdik. Onda sərhəd necə olacaq? Yerlərdə real vəziyyət necə olacaq? Kommunikasiyalarla bağlı vəziyyət necə olacaq? Çünki İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın imzaladığı sənəddə onun öhdəliyi var ki, bizim Naxçıvan kimi eksklavımıza çıxışımız olsun. Lakin bu, hələ də baş vermir. Beləliklə, sülh sazişinin əsas bəndləri nazirlər tərəfindən tərtib edilir. Bizim görüş isə hesab edirəm ki, yaxşı mühit yaradır. Lakin əgər biz Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda biz tezliklə sülh variantını tapa bilərik. Bəlkə ilin sonunadək”.
Pərviz İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

