"BBC"nin Azərbaycan idmanına şər atmasının səbəbləri bəlli oldu
28.09.2011 [09:28]
Azərbaycan Respublikası son illər ərzində seçdiyi praqmatik və rasional inkişaf strategiyası sayəsində sürətli inkişaf dövrünü yaşayır. ölkəmizin əldə etdiyi iqtisadi-sosial inkişaf bütün dünyanın diqqət mərkəzindədir. Xüsusi olaraq qeyd etmək gərəkir ki, Azərbaycanın Cənubi Qafqazın ən inkişaf etmiş, lider dövlətinə çevrilməsi, ölkəmizin yürütdüyü müstəqil və balanslaşdırılmış xarici siyasət kursu bütün dünya dövlətləri ilə ikitərəfli əlaqələrin yaradılmasında və inkişaf etdirilməsində əsas rola malikdir. Ən əsası isə ölkəmizdə bütün sahələrin paralel inkişafının təmin edilməsidir. ölkəmizdə bütün sahələrin inkişafı, infrastrukturların yenilənməsi, dövlətin qayğısı və diqqəti vətəndaşların rifahının yüksəlməsinə xidmət göstərir.
Təəssüf ki, əldə etdiyimiz bu inkişaf göstəriciləri bəzilərinin ölkəmizə qarşı qərəzli və qeyri-obyektiv, ikili standarta əsaslanan münasibət göstərməsinə gətirib çıxarır. Azərbaycanın inkişafı, əldə etdiyi uğurlar, dünya birliyinə inteqrasiyası, dünya palitrasında tutduğu mövqe və bundan sonrakı mərhələdə əldə edəcəyi nailiyyətlərə qısqanc münasibəti ilə seçilən belə qüvvələr dövlətimizin nüfuzuna zərbə vurmaq üçün çirkin yollara əl atırlar. Məsələn, son illər “BBC”nin Azərbaycan haqqında yaydığı məlumatlarda qərəz və qeyri-obyektivlik ənənəvi hal alıb, Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq cəhdləri güclənib. Bütün proseslərə yalnız öz şəxsi obyektivindən baxan, ölkəmizdə gedən inkişafı özünə sərf edən tərzdə izah edən “BBC” televiziyası bu dəfə də eyni ampulada çıxış edir. Televiziyanın “Newsnight” proqramında Azərbaycanın 2012-ci ildə Londonda keçiriləcək olimpiya oyunlarında boks üzrə iki qızıl medal təmin etmək üçün beynəlxalq boks təşkilatı “World Series Boxing” a (WSB) guya rüşvət verməsi barədə məlumatı qərəzli, heç bir dəlil və fakta əsaslanmayan qarayaxma və ölkəmizin beynəlxalq imicinə xələl gətirmək məqsədi daşıyır.
Xatırlatmaq yerinə düşər ki, bu televiziya ölkəmizdəki bütün proseslərə analoji münasibətlə yanaşır. ölkəmizdə keçirilən seçkilərə, digər kütləvi tədbirlərə öz maraqları çərçivəsində yanaşan televiziya bu yanaşmaları ilə bir məqsədə xidmət etdiyini göstərir: bu da antiAzərbaycan mövqeyidir. İstər ölkənin daxilində, istərsə də xaricində Azərbaycanın uğurları ilə barışa bilməyənlərin mövqeyinə daha çox ayaq uyduran televiziya bu dəfə də öz adı üstündə şou, bəlkə də sabun köpüyünə bənzər ajiotaj yaratmaq üçün belə ucuz yollara əl atır. Yalan vasitələrlə ölkəmizin imicinə xələl yetirməyə çalışan televiziyanın budəfəki cəhdi də əsassız və yalanla doludur.
Məsələnin mahiyyətində dayanan başqa bir məqam da var. Məlumdur ki, son illər Beynəlxalq Həvəskar Boks Federasiyası ilə peşəkar boks təşkilatı arasında ciddi qarşıdurma mövcuddur. Buna səbəb çin Ku Vunun AİBA prezidenti vəzifəsinə gəldikdən sonra həvəskar boksçuların reytinqinin qalxmasıdır. Bu isə təbii şəkildə bu idman növündən peşəkar boksa axının qarşısını alıb. Həvəskar boksçular artıq AİBA prezidentinin yaratdığı alternativ liqada iştirak edirlər. Faktiki olaraq, bu, peşəkar boks liqasını əsaslı gəlir mənbəyindən məhrum edib. Peşəkar boksun isə necə gəlirli bir sahə olduğunu və bu sahəyə də dünyada tanınmış adların hökm etdiyi bəllidir. Həvəskar liqanın peşəkar liqanı sıradan çıxarması isə peşəkar boksda külli-miqdarda pul əldə edən şəxslərin çin Ku Vuya qarşı hərtərəfli hücumuna şərait yaradır.
Bu cür çirkin oyunlarda isə adətən bəzi tanınmış KİV-lərdən istifadə olunur. Həmin KİV-lər tərəf olduqdan sonra rəqibinə qarşı mütləq şəkildə qərəzlə silahlanıb çıxış etməyi qarşısına məqsəd qoyur. Həmin qərəzin nəticəsi isə bu gün göz qabağındadır. Bu baxımdan “BBC”nin Azərbaycana atdığı şər və böhtan ucuz qarşıdurmanın iyrənc pərdələrindən biri kimi xarakterizə olunmalıdır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

