/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müsahibəsi Almaniyada "Qadın liderliyi - Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək" adlı kitabda nəşr olunub
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın müsahibəsi Almaniyada "Qadın liderliyi - Qadınların gücü. Dünyanın ən uğurlu qadınlarından öyrənək" adlı kitabda nəşr olunub
27.09.2011 [10:07]
Nəşrdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın müsahibəsi dərc olunub. Kitabın nəşrində məqsəd şəxsi və ictimai fəaliyyətlərində uğurlar qazanmış qadınların əldə etdikləri nailiyyətlərin sirlərini öyrənmək, eləcə də onların ictimai fəaliyyətlə bağlı dəyərli məsləhətlərini işıqlandırmaqdan ibarətdir. Nəşrdə Mehriban xanım Əliyeva ilə birlikdə dünyanın digər siyasi və ictimai xadimləri, o cümlədən Almaniya Federativ Respublikasının federal kansleri Angela Merkel, ABŞ-ın dövlət katibi Hillari Klinton, YUNESKO-nun baş direktoru İrina Bokova və digər şəxslərin müsahibələri və onlar haqqında yazılan məqalələr dərc olunub.
Mehriban xanım Əliyevanın müsahibəsində rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələr, Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi və mədəni həyatında rolu, Azərbaycanın dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olması və digər mövzularla bağlı məsələlər barədə geniş məlumat verilib. Azərbaycanın birinci xanımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərindən bəhs edib. Mehriban xanım Əliyeva Azərbaycan Respublikasında təhsilə, o cümlədən qadınların təhsilinə mühüm əhəmiyyət verildiyini qeyd edərək dövlət qurumlarında, elmi müəssisələrdə və özəl sektorda çalışan qadınların sayının getdikcə artdığını vurğulayıb. Mehriban xanım Əliyeva Azərbaycan qadınının tarixən ictimai həyatda daim fəal iştirak etdiyini qeyd edib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Xurşidbanu Natəvan, Məshəti Gəncəvi kimi tanınmış Azərbaycan qadınlarının xalqımızın mədəni irsinə böyük töhfələr verdiyini qeyd edib. Mehriban xanım Əliyeva belə bir maraqlı faktı da dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, XIX əsrin ortalarında görkəmli ictimai xadim və şairə Xurşidbanu Natəvanın xeyriyyəçilik fəaliyyəti nəticəsində ilk dəfə olaraq Şuşada su təchizatı sistemi qurulub, 1990-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərib və Ermənistanın işğalı zamanı dağıdılıb.
Mehriban xanım Əliyevanın müsahibəsi beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

