4-cü hücum...
05.07.2023 [11:02]
Yeni hədəf - Moskva?
Rusiya paytaxtına PUA hücumları intensivləşib
İyulun 3-dən 4-nə keçən gecə Moskva şəhərinə yeni dron hücumu qeydə alınıb. Hücum Yeni Moskva adlanan hissədə baş verib. Gecə saatlarında Yeni Moskva sakinləri iki güclü partlayış səsi eşidiblər. Daha sonra Moskva meri Sergey Sobyanin “Telegram” kanalında məlumat verib ki, şəhərə bir neçə dronla hücum olunub, onların hamısı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Mer həmçinin xəsarət alanların, dağıntıların olmadığını qeyd edib.
Məlum olub ki, saat 05.00-08.00 aralığında Vnukovo hava limanına enəcək təyyarələr “texniki” səbəblərlə digər aeroportlara yönləndirilib. Ümumilikdə, 14 təyyarənin digər hava limanlarına eniş etdiyi bildirilir. TASS agentliyi 4 hərbi dronun vurulduğuna, onlardan birinin düşməsi nəticəsində bir təsərrüfat tikilisinin yandığına dair xəbər yayıb. Hərbi təyyarə xarakterli bir dron Moskva vilayətinin Kubinka rayonunda yerləşən hərbi obyektlərin birində vurulub.
İyulun 4-də yayılan yeni məlumata görə isə Rusiyanın hava hücumundan müdafiə sistemləri Yeni Moskvada daha iki pilotsuz uçan aparatını vurub. hadisə nəticəsində xəsarət alan olmayıb. “Daha iki PUA Krivoşeevo kəndi yaxınlığında Yeni Moskvada hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, itki yoxdur”, - məlumatlı mənbə Rusiya mediasına bildirib.
Beləliklə, çərşənbə axşamı səhər radələrində Moskva vilayətində ümumilikdə, beş pilotsuz təyyarə vurulub. Bundan əvvəl Valuevo kəndi yaxınlığında iki PUA, Kubinka bölgəsində isə bir PUA vurulmuşdu. Onu da vurğulayaq ki, Vnukovo hava limanında təyyarələrin qəbulu və yola salınmasına qoyulan müvəqqəti məhdudiyyətlər artıq ləğv edilib.
2 ayda 4 hücum...
Qeyd edək ki, bu kimi hadisələr son iki ayda daha intensiv hal alıb. Belə ki, mayın 3-dən bu yana artıq 4 dəfə Moskvaya bu tip “hücumlar” müşahidə edilməkdədir. İyunun 21-də Yeni Moskva və Moskva vilayətlərində üç PUA düşürülmüşdü. PUA-lardan biri Lukino kəndi yaxınlığındakı Paxra çayı vadisinə, digər ikisi isə Moskva vilayətinin Naro-Fominsk rayonunun Kalininets kəndində “endirilmişdi”. Bu “hücum” vaxtı Moskva vilayətinin qubernatoru Andrey Vorobyov dağıntı və tələfatın olmadığını diqqətə çatdırmışdı. Rusiya Müdafiə Nazirliyi isə baş verənləri “terror aktı” kimi qimətləndirmişdi. Hərbi idarə baş verənlərə görə Ukraynanı günahlandırmışdı.
Mayın 30-da da paytaxtın üç istiqamətində - Leninski prospektində, Profsoyuznaya küçəsində və Yeni Moskvanın Atlasova küçəsində bu kimi hücumlar qeydə alınmışdı. Həmin vaxt dronlardan birinin partlamayan KZ-6 formalı yük daşıdığı da məlum olmuşdu. Digər PUA-lar isə Moskvaya yaxınlaşmamış zərərsizləşdirilmişdi.
Və nəhayət, mayın 3-də paytaxta edilən “basqın” ən çox rezonans doğuran hadisəyə çevrilmişdi. Ukraynanın iki pilotsuz təyyarənin köməyi ilə Rusiya Prezidentinin Kremldəki iqamətgahına zərbə endirməyə cəhd etməsi ilə bağlı yayılan məlumatda bu “hücum” da “terror aktı” adlandırılmışdı və Prezident Putinə sui-qəsd kimi qiymətləndirilmişdi. Ehtimallara görə, hücum Ukraynanın UKRJET şirkəti tərəfindən hazırlanmış UJ-22 Hava-Dronları vasitəsilə həyata keçirilmişdi.
Kiyevin “qazancı”...
Baş verənlərdə ən maraqlı hal isə Ukraynanın da bu məsələdən “boyun qaçırması” sayıla bilər. Daha doğrusu, hələ ilk hücum zamanı, mayın 3-də Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın olması ilə bağlı iddialarını rədd etmişdi. Ukrayna tərəfi iddia etmişdi ki, belə bir hücumla əlaqələri yoxdur. Bunu Qərbin hərbi mütəxəssisləri də “təsdiqləmişdi”. Əsas kimi isə Moskvanın ən müasir raket əleyhinə qurğularla mühafizə olunmasını göstərmişdilər. Beləliklə, Kremlə qarşı hər hansı bir hücum haqda iddia etmək hərbi cəhətdən mümkünsüz sayılmışdı. Hətta Böyük Britaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi “Sky News”a açıqlamasında bildirmişdi ki, Kremlə hücumu Rusiya özü təşkil edib. Onun sözlərinə görə, Kremlə hücum Ukraynaya nə isə qazandırmır: “Üstəlik, hər kəs bilir ki, Rusiya Prezidenti Vladimir Putin Kremldə qalmır. Yəni, Kiyevin bu addımdan qazanacağı bir şey yoxdur”.
Nazirlik rəsmisi bildirmişdi ki, Rusiyanın belə bir hücumu həyata keçirmək üçün daha çox motivləri var idi: “Rusiya bu yolla sosial birliyi təmin edir və daha təhlükəli bombardmanlara şərait yaradır”.
Yeni “bəhanə”...
Bu məsələdə ən mühüm nüansın isə “nüvə təhlükəsi” təhdidi olması irəli sürülür. Siyasi mütəxəssislər isə ortada bəzi “təsadüf”ləri nəzərə alır - hər dəfə Moskvaya hucum edildiyi haqda informasiyaların ardından ya cəbhə bölgəsində güclü hücum müşahidə olunur, ya da Ukraynaya nüvə silahı atıla bilməsi haqda informasiyalar yayılır. Qeyd edək ki, son iki ayda bəzi nəşrlər bununla bağlı SOS siqnalları verirdi və bildirilirdi ki, bir sıra TU-22M təyyarələrinin uçuşa hazırlanması üçün Engels və Şaykovkadakı aviabazalara göstərişlər göndərilib və gecə saatlarında Kiyevdə bir sıra inzibati binalara raket hücumları həyata keçirilə bilmə ehtimalı haqda danışıqlar gedir. Hətta ilk dəfə nüvə silahından istifadə oluna biləcəyi ehtimalı irəli sürülürdü.
Beləliklə, Qərb mütəxəssisləri Moskvaya hücumun arxasında fərqli məsələlərin dayandığını iddia edirlər. Onlara görə, yeni PUA hücumları qarşıdakı müddətdə də Rusiya üçün əla bir “bəhanə” rolunu oynaya bilər...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

