Çində səfərdə olan YAP nümayəndə heyəti təqdimat mərasimində iştirak edib
31.05.2023 [21:34]
Mayın 30-da Çin Xalq Respublikasının (ÇXR) Hubey əyalətinin Uhan şəhərində Çin Kommunist Partiyasının (ÇKP) Beynəlxalq əlaqələr şöbəsinin və ÇKP-nin Hubey Əyalət Komitəsinin birgə təşkilatçılığı ilə “Hubey əyalətində Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının praktik nailiyyətləri” mövzusunda təqdimat mərasimi keçirilib.
Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti mərasimdə iştirak edib.
30 ölkədən 170-dən çox nümayəndənin qatıldığı təqdimat mərasimində ÇKP-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Liu Ciencao, Çin Kommunist Partiyası Hubey Əyalət Komitəsinin katibi, Hubey Əyalət Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Van Menhuyi və başqaları çıxış ediblər.
Çıxışlarda Çin Xalq Respublikasının inkişaf yolundan - qazandığı nailiyyətlərdən və qarşıda duran hədəflərdən ətraflı bəhs edilib. ÇXR-in Sədri, ÇKP-nin baş katibi Si Cinpinin yeni dövrdə Çin xüsusiyyətli sosializm haqqında ideyalarının mahiyyəti və praktiki əhəmiyyəti barədə geniş məlumat verilib. Bununla yanaşı, tədbirdə Çin modernizasiyasının səciyyəvi xüsusiyyətlərindən danışılıb. Qeyd edilib ki, Çin modernləşməsi yeni inkişaf modelidir və xalqların xoşbəxt gələcəyinə hesablanıb. Modernləşmə sivil inkişaf yoludur, ona görə də müasir dövrdə beynəlxalq münasibətlər sistemində hegemonluq və diktə siyasəti qəbuledilməzdir.
Çıxışlarda, həmçinin Hubey əyalətinin sosial-iqtisadi göstəricilərinə nəzər salınıb, yerli resurslardan və yeni texnologiyalardan istifadə etməklə, səmərəli investisiya siyasəti həyata keçirməklə davamlı inkişafın təmin edildiyi qeyd olunub. Bildirilib ki, Hubeyin sürətli yüksəlişi Si Cinpinin Çin səciyyəli sosializm ideyalarının nailiyyəti və real nəticəsidir.
Daha sonra Hubey əyalətində müxtəlif sahələrdə gerçəkləşdirilən layihələr barədə videotəqdimat nümayiş olunub.
Həmin gün konfrans iştirakçıları Elm və Texnologiya üzrə Huayonq Universitetində olublar. Yüksək texnologiyalar sərgisinə baxış keçirən ziyarətçilər sənayenin müxtəlif sahələrində tətbiq edilən innovasiyalar barədə məlumatlandırılıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

