Türkiyə yeni inkişafın astanasında...
31.05.2023 [10:15]
Mayın 28-də Türkiyədə keçirilmiş prezident seçkilərinin ikinci turu başa çatdı. Hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qəti qələbəsi türk vətəndaşlarının son 21 ildə yürüdülmüş düzgün və milli maraqları özündə ehtiva edən dövlət siyasətinə növbəti etimadını ortaya qoydu. Xatırladaq ki, Ali Seçki Şurasının (Yüksek Seçim Kurulu) məlumatına görə, 100 faizi açılan seçki qutularındakı səslərin nəticələri hazırki Prezident Rəcəb Tayyib Ərdoğanın lehinə oldu. Ümumən 64 milyon 197 min 419 seçicidən 84, 15 faizinin qatıldığı və 54 milyon 23 min 616 səsin verildiyi seçkinin nəticələrinə görə, Prezident Rəcəb Tayyib Ərdoğan 52, 18 faiz səs qazanıb. Onun rəqibi CHP sədri Kamal Kılıçdaroğlu isə 47, 82 faiz səslə ikinci olub.
Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin ardından yeni hökumətin formalaşdırılması gözlənilir. Eyni zamanda mayın 14-də Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qələbə qazanan deputatların 2 iyun cümə günü andiçmə mərasimi baş tutacaq. Daha sonra Türkiyə Böyük Millət Məclisi sədri seçkiləri üçün 5 günlük proses başlayacaq. Türkiyənin “Milliyyət” qəzetinin yazdığına görə, millət vəkillərinin and içməsinin ardından Prezident Ərdoğanın andiçmə mərasiminin keçiriləcəyi gözlənilir. Andiçmə mərasiminin ardından isə yeni kabinet elan olunacaq.
İlk təbrik edən Azərbaycan Prezidenti oldu...
Türkiyə seçicisinin bu parlaq etimadı hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğana növbəti dövr üçün prezidentlik səlahiyyəti tanıyır. Bu isə o deməkdir ki, qardaş ölkədə çoxşaxəli və uğurlu inkişaf davam edəcək.
Qeyd edilməlidir ki, bütün dünyada diqqət mərkəzində olan seçkilər Azərbaycanda da diqqətlə izlənilirdi. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə bu mühüm siyasi hadisəyə - prezident seçkilərinə həm də iki qardaş ölkənin son dövrlərdə yaratdığı yeni siyasi reallıqlar müstəvisindən yanaşır. Təsadüfi deyil ki, prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən də məhz Azərbaycan Prezidenti cənab İlham Əliyev oldu.
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.
Azərbaycan Prezidentinin cənab Rəcəb Tayyib Ərdoğana ilk səfərini Azərbaycana etməsi ilə bağlı dəvəti qardaşlıq nümunəsinin daha mühüm təcəssümüdür. Qeyd edilməlidir ki, artıq bu hal uzun illərdir ki, bir ənənəyə çevrilib. Xalqın etimadını qazanan dövlət başçıları ilk səfərlərini qarşılıqlı olaraq qardaş dövlətə edir, bununla da birgəliyin, qardaşlığın, strateji müttəfiqliyin davamlı olacağını nümayış etdirirlər. Bu gün qlobal siyasi aktora çevrilmiş Türkiyənin regional layihələrin icrası prosesində oynadığı mühüm rol Azərbaycan - Türkiyə qardaşlığının nümunəsidir. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn, Türkiyənin dəstəyi ilə artıq reallığa çevrilmək üzrə olan “Türk yolu” layihəsi bu iki dövlətin bütövlükdə Türk dünyası üçün yaratdığı yeni inkişaf mərhələsidir. Bu mərhələnin formalaşması isə birbaşa iki dövlət başçısının qardaşlıq münasibətlərinin təzahürüdür.
Ortaq tarix - 28 may!
Beləliklə, “28 may” artıq Azərbaycanla yanaşı Türkiyə tarixində də özünəməxsus yeri olan bir tarixə çevrildi. Bu tarix ötən yüzilliyin əvvəlində Azərbaycana milli müstəqillik qazandırmışdısa, yeni dövrdə Türkiyədə “Türk Əsri”nin əsasını qoyacaq. Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dünyaya növbəti nümayişinə çevriləcək. Azərbaycan və Türkiyə hər zaman bir yerdədir - çətin günlərdə də, qazanılan zəfərlərdə də. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verdi və bu dəstək 44 günlük Vətən müharibəsi zamanı bir daha nümayiş olundu. Türkiyənin Azərbaycanın yanında olduğunun qətiyyətlə səsləndirilməsi, bu mənəvi-siyasi dəstək isə qələbəmizdə özünəməxsus yer tutdu.
28 may qələbəsi bütövlükdə Türk dünyasının gələcək inkişafı yoluna yeni mərhələ qazandırır. Bu gün Türkdilli ölkələrin birliyi yeni regional güc mərkəzi formalaşdırır. Tarixi bağlılıq, milli-mənəvi dəyərlərin eyni kökdən gəlməsi, humanitar sahə, din-etiqad vəhdəti, siyasi və iqtisadi maraqların uzlaşması, coğrafi bağlılıq kimi amillər bu sarsılmaz birliyin gücünü, qüdrətini şərtləndirir. Azərbaycan -Türkiyə qardaşlığı isə bu birliyin, bütövlükdə Türk Dövlətləri Təşkilatının daha yüksək inteqrasiyasının nümunəsinə çevrilir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18
Dünya
14 May 19:54
Sosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16

