2 gün qalır...
26.05.2023 [10:27]
Ərdoğan: “Türk demokratiyasının gücünü gördük”
Türkiyədə 28 mayda keçiriləcək prezident seçkilərinin ikinci turu maraqla gözlənilməkdədir. Seçkiyə iki gün qalmış namizədlər özlərinin təbliğat kampaniyaları çərçivəsində bir sıra görüşlər keçiriblər, müraciətlər ediblər. Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabından yeni açıqlama yayıb. Dövlət başçısı bildirib ki, ölkəmizdə baş tutan seçki prosesi saysız-hesabsız həqiqətlərin dərk edilməsində mühüm rol oynayıb: “Biz mayın 14-də seçki qutusunda nəinki türk demokratiyasının gücünü gördük, həm də “qavrayış köpüyü”nün sönməsinin də şahidi olduq. Bəs onlar nə idilər? Bunlar Türkiyəyə qarşı “diktatura” böhtanları idi. Bunlar öz ölkəsində seçicilərin yarısını belə seçki məntəqələrinə gətirə bilməyənlərin apardığı qarayaxma kampaniyaları idi. Haqqımızda beynəlxalq mətbuatda aparılan məkrli psixoloji əməliyyatlar idi. Müxalifətin açıq şəkildə təkrarladığı yalanlar və saxtakarlıqlar idi. Bu, CHP sədrinin və ətrafındakıların körüklədiyi qorxu siyasəti idi”.
85 milyon insanla birlikdə buna nail olduq
Prezident Ərdoğan bildirib ki, mayın 14-də seçki qutusunda təzahür edən iradə ilə biz bütün bunların yalan olduğunu ortaya çıxardıq. “Biz diktatura iddialarının tamamilə cəfəngiyyat olduğunu göstərdik. Millətimizə jurnalların birinci səhifələri ilə təsir göstərməyin mümkünsüzlüyünü ortaya qoyduq. Türk millətinin iradəsinin zəncirlə bağlana bilməyəcəyini göstərdik. Biz göstərdik ki, yalanla, böhtanla, qorxu siyasəti ilə seçkiləri udmaq olmaz. Göstərdik ki, nifrət dolu sözlərlə xalqın ürəyinə girmək mümkün deyil. Siyasi qazanc naminə separatçılarla, FETÖ-çularla yanaşı yeriməyin mümkün olmadığını göstərdik. Bir çox başqa faktlarla yanaşı, son 21 ildə demokratiyamızın yetkinlik səviyyəsini, millətimizin uzaqgörənliyini bir daha bütün dünyaya nümayiş etdirdik. Hansı siyasi partiyaya səs verməsindən asılı olmayaraq, 85 milyon insanla birlikdə buna nail olduq. İnşallah, mayın 28-dən sonra biz ölkəmizin bütün bu uğurlarını birlikdə daha da irəli aparacağıq”, - deyə Ərdoğan əlavə edib.
Qərb mətbuatı - Ərdoğana inanırlar...
Bu arada dünya mətbuatı öz səhifələrində Türkiyədə baş tutacaq seçkilərə geniş yer ayırıb. Seçkiqabağı prosesdə baş verənləri özündə əks etdirən materiallar dərc etmiş Qərb mətbuatı Prezident Ərdoğanın qələbəsini real sayır. Türkiyənin “Milliyyət” qəzetinin yaydığı xəbərdə bildirilir ki, Fransanın “Le Point” jurnalı “Zəlzələ qurbanları Ərdoğana inanır” yazıb. “CNN International” və “Independent” kimi informasiya mərkəzləri ikinci turla bağlı proqnozlarını səsləndiriblər. Prezident Ərdoğanın şansları olduqca yüksək dəyərləndirilir. “CNN International” “Qələbəyə hazırdır” başlıqlı xəbər dərc edib. Məqalədə deyilir: “Ərdoğan bütün ehtimallara meydan oxudu. Bazar günü keçiriləcək ikinci tur seçkilərdə Sinan Oğanın dəstəyini alaraq Kılıçdaroğluna qarşı şansını artırmağa davam etdi.”
Xorvatiyanın “Jutarnji list” qəzeti isə Sinan Oğanın Ərdoğana dəstək bəyanatının demək olar ki, ikinci turun nəticəsini təmin etdiyini yazıb: “Ərdoğan ilk turda rəqibindən 2,5 milyon daha çox səs topladı. Hazırda isə Sinan Oğanın tərəfdarları da Prezident Ərdoğanı dəstəkləyəcək. Kılıçdaroğlunun məğlubiyyətinin qaçılmaz olduğu ehtimalları göz önündədir”.
Pərviz
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

