Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Moskva görüşündən bir gün əvvəl...

Moskva görüşündən bir gün əvvəl...

26.05.2023 [10:25]

Lui Bono regiona niyə gəldi?

Nardar BAYRAMLI

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı danışıqlar prosesi son zamanlar xeyli intensivləşib. May ayı ərzində həm liderlərin, həm də xarici işlər nazirlərinin bir sıra görüşləri keçirilib. Mayın 25-də isə Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Diqqətçəkən məqam sözügedən görüşdən bir gün əvvəl ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfər etməsidir. Belə ki,  mayın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Lui Bononun görüşü olub. Görüş zamanı, Azərbaycan-Ermənistan arasında sülh prosesi, “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların cari vəziyyəti, bu çərçivədə aparılmış son görüşlərin nəticələri və danışıqların perspektivləri müzakirə olunub. Ceyhun Bayramov, eyni zamanda, kommunikasiyaların açılması və delimitasiya prosesi barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırıb.

Lui Bono ABŞ-ın sülh prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. O, bölgənin inkişafı üçün sülh və əmin-amanlığın təmin edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məlumdur ki, ABŞ dəfələrlə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu və bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib. Son dövrlər isə Birləşmiş Ştatlar bu istiqamətdə diplomatik fəallığını xeyli artırıb. Lui Bono bundan əvvəl aprelin 17-də ölkəmizə səfər etmişdi. Həmin gün XİN başçısı Ceyhun Bayramovun ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan ilə telefon danışığı, aprelin 20-də isə Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonun ölkəmizə  səfəri, nazirlərin Vaşinqton görüşündən əvvəl Antoni Blinkenin Prezident İlham Əliyevə telefon zəngi də bunu təsdiqləyir. Bir neçə gün ərzində ABŞ Dövlət Departamentinin  yüksək rəsmi şəxslərinin regionumuzla təmasları, apardıqları danışıqlar Birləşmiş Ştatların Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduğunu göstərir.

Məhz ABŞ-ın fəallığının nəticəsidir ki, 1-4 may tarixlərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-da görüşüblər. Səfər ABŞ-ın Dövlət katibi Antoni Blinkenin dəvəti əsasında baş tutub və səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundu keçirilib. Dörd gün davam görüşdə nazirlər Dövlət katibi Blinken və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə də görüşüblər. Görüşlər zamanı Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyəti vurğulanıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

İkinci Qarabağ müharibəsində qalib gəlməsinə baxmayaraq Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasında maraqlı olduğunu bəyan edib. Çünki müharibə dövrü tarixin arxivində qalmalı, Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilməlidir. Məlumdur ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu  baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.

Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Vaşinqton görüşündə də rəsmi Bakı bu prinsipləri əsas götürüb. Bütün hallarda, sülhün əldə edilməməsi Ermənistanın ziyanına olacaq. Ona görə də, rəsmi İrəvan Azərbaycanın beynəlxalq hüquqa əsaslanan təkliflərini qəbul etməli və sülh sazişini imzalamalıdır. Belə bir şəraitdə Bononun regiona növbəti səfəri ABŞ-ın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxın zamanlarda normallaşdırılmasına maraqlı olduğunu bir daha təsdiqləyir.

Paylaş:
Baxılıb: 105 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Xəbər lenti

Xarici siyasət

50 illik qadağa

02 İyun 10:42

Gündəm

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30