Nümunə İsveçrədən, təklif Fransadan
19.05.2023 [10:43]
Ermənilərin yeni “Paris arzusu”...
Mayın 14-də Brüssel sülh gündəliyi çərçivəsində baş tutmuş görüş regionda davamlı sülhün və təhlükəsizliyin təmini istiqamətində mühüm addım kimi qiymətləndirildi. Hər zaman 2023-cü ilin sülh ili olmasını arzulayan Azərbaycan dövləti qalib tərəf olmasına baxmayaraq, özünün humanist mövqeyini ortaya qoymaqla bir daha sabitliyin və təhlükəsiziliyin tərəfdarı olduğunu nümayiş etdirdi. Artıq 3 ilə yaxındır ki, imzalanan 10 may üçtərəfli Bəyənnamə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan isə deyəsən artıq “daşı ətəyindən” tökür. Hər halda Aİ Şurasının sədri Şarl Mişelin görüşdən sonrakı açıqlaması bunu deməyə əsas verir. Belə ki, Ş.Mişel Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirmişdi ki, bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar: “Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər”.
Azərbaycanın mövqeyi bəllidir...
Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesindəki mövqeyi qəti və dəyişməz olduğu qədər açıq və şəffafdır. Hələ ötən ilin sonlarında danışıqlar prosesinə kənar müdaxilələrin olmasına qəti etiraz edən, konkret olaraq Fransanın prosesdə iştirakı ilə bağlı israrlarını qəbul etməyən Azərbaycan dövləti rəsmi Parisin tutduğu birtərəfli mövqenin ədalətsiz olduğunu bildirib. Hətta bu amil ötən ilin dekabr ayında baş tutmalı olan Brüssel görüşünü 6 ay gecikdirmişdi. İndiki halda Ermənistan mayın 14-də keçirilən görüşdə bir sıra məqamlarla, o cümlədən kommunikasiyaların açılması məsələsinə pozitiv yanaşdığını irəli sürsə də, erməni məkri yenidən özünü göstərməkdədir...
Kerobyanın təklifi Fransa üçün “hazırlanıb”...
Qeyd edildiyi kimi, Brüsseldəki son danışıqlardan sonra Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistanın Naxçıvandan keçən dəmir yolunun işə salınması üçün Dünya Gömrük Təşkilatına dəstək üçün müraciət etmək barədə razılığa gəldiyini açıqlamışdı. Erməni mediasının yaydığı məlumata görə, Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan mayın 17-də parlamentdə jurnalistlərlə söhbətində bildirib ki, Ermənistan hökuməti Naxçıvandan Azərbaycana dəmir yolu açılacağı təqdirdə ona nəzarət modelini təqdim edir. “Gürcüstanın və Abxaziyanın bu hissəsində eyni tənzimləmə üsulu planlaşdırılıb və ona dünyanın tanınmış şirkətlərindən biri nəzarət etməli idi. Bu, İsveçrə şirkəti olmalı imiş. Lakin onlardan başqa bütün dünyada sənədlərinə etibar edilən fransız şirkətləri də var”, - deyə Kerobyan bildirib.
SGS “nümunəsi”...
Təbii ki, bu açıqlamada bir sıra məqamlar diqqəti cəlb edir. Ilk olaraq vurğulanmalıdır ki, Kerobyanın “nümunə” olaraq göstərdiyi İsveçrə şirkəti SGS (Societe Generale de Surveillance) şirkətidir. Bu şirkət Rusiya Federasiyası, Gürcüstan arasında Abxaziya və Cənubi Osetiya arasındakı gömrük tənzimlənməsini həyata keçirməli idi. Gömrük monitorinqi üçün SGS nümayəndələri regionda dörd şərti mövqe tutmalı idilər: Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya “sərhədlərində”, başqa sözlə, Gürcüstanın beynəlxalq səviyyədə tanınan, amma nəzarətindən kənarda olan sərhədlərində. O cümlədən Gürcüstanın inzibati saydığı Abxaziya-Gürcüstan və Cənubi Osetiya- Gürcüstan sərhədlərində. Aparılan araşdırma göstərir ki, Kerobyanın müqayisəsi hər bir halda səhvdir.
Niyə məhz Fransa şirkəti...
Kerobyanın açıqlamasında ən maraqlı cəhət isə Naxçıvanla kommunikasiya məsələsində İsveçrə şirkətinin deyil, Fransa şirkətinin təmsilçiliyini “irəli” sürməsidir. Təbii ki, burada məqsəd bəllidir - onsuz da danışıqlar prosesindən kanarda qalan Parisin “könlünü almaq” istəyən İrəvan hakimiyyəti bu və ya digər yolla yenidən Fransanı prosesə daxil etmək istəyir. Dəfn edilmiş ATƏT-in Minsk Qrupundan dişində “şirə qalmış” Ermənistan bu yolla “bacısına” yarınmaq istəyir.
İnternet resurslarında apardığımız araşdırmalardan bəlli oldu ki, adıçəkilən İsveçrənin SGS şirkətinin xidmət apardığı sahədə əsas rəqibləri Bureau Veritas, Germanischer Lloyd (GL), Cotecna (uyğunluq testi üzrə) və Core Laboratories (malların keyfiyyət və kəmiyyət yoxlanışı sahəsində) şirkətləridir. Bunlardan Germanischer Lloyd (GL) Norveç, Cotecna İsveçrə, Core Laboratorie isə amerikan şirkətidir.
Son qərar Azərbaycanındır...
Yəni, heç də Kerobyanın iddia etdiyi kimi bu sahədə saysız fransız şirkəti fəaliyyət göstərmir - hətta beynəlxalq səviyyədə cəmisi bir şirkətdən başqa heç bir şirkət populyar deyil.
Beləliklə, Kerobyanın “təklifi”nin altındakı gizli arzusu üzə çıxır. Bu təklif Fransanın “maraqlarının təmini üçün tələm-tələsik irəli sürülmüş kimi görünür. Amma Ermənistan unutmamalıdır ki, hər zaman olduğu kimi son qərarı məhz Azərbaycan verir!
S.İsmayılzadə
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

