Azərbaycan və Türkiyə prezidentləri “CNN Türk”ün müxbirinin suallarını cavablandırıblar
30.04.2023 [00:17]
"TEKNOFEST” festivalında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan “CNN Türk” televiziyasının müxbiri Fulya Öztürkün suallarını cavablandırıblar.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müsahibədə deyib: Çox xoşbəxtəm ki, qardaşımın yanındayam, burada da olmalıyam. Bu gözəl, möhtəşəm bayramı bərabər qeyd etdik, təbriklərimizi çatdırdıq. Mən söylədim ki, bu il artıq üçüncü dəfədir Türkiyədəyəm. İndi növbə qardaşımındır. İnşallah, seçkilərdən sonra onu Azərbaycanda gözləyirik.
Fulya Öztürk: Mehriban xanım da buradadır. Salam, necəsiniz?
Mehriban xanım Əliyeva: Salam, sağ olun. Çox qürur duyuruq.
Əminə xanım Ərdoğan: Bu xoş günü birlikdə qeyd edirik və buna görə çox təşəkkür edirik. Bu xoş günümüzdə bizimlə olduqlarına və zəlzələ zonasında etdikləri yardımlara görə sonsuz təşəkkürlərimizi bildiririk.
Mehriban xanım Əliyeva: Sağ olun. Çox böyük qürur duyuruq.
Fulya Öztürk: “TEKNOFEST” ötən il Azərbaycanda keçirilmişdi, yenidən təşkil olunacaqmı?
Prezident İlham Əliyev: Gözləyirik, əlbəttə, keçiriləcək. Mən dedim ki, Azərbaycanda “Bayraktar” Mərkəzi qurulacaq, “TEKNOFEST” yenə də gələcək. Keçən il çox gözəl bir tədbir keçirildi. Gözləyəcəyik, sizi də gözləyirik.
Fulya Öztürk: İnşallah, gələcəyik. İkinci Qarabağ müharibəsi qazisi də burada, “TEKNOFEST”dədir. Adınızı öyrənə bilərəm?
Qazi: İkinci Qarabağ müharibəsinin qalibi, iki ayağını da ağır döyüşlərdə itirmiş qazi Taleh Camalov. Vətən sağ olsun.
Prezident İlham Əliyev: Gör, nə qədər medalı var. “Xocavənd”, “Cəbrayıl”, “Füzuli”, “Fərqlənməyə görə”, “Xarı bülbül”.
Qazi Taleh Camalov: Bir ay döyüşdə oldum.
Prezident İlham Əliyev: Qəhrəmandır, bizim torpaqlarımızı azad edənlər bunun kimi qəhrəmanlardır.
Qazi Taleh Camalov: Sizin sayənizdə, Selçuk Bayraktar qardaşımızın sayəsində, onların silahlı PUA-larının sayəsində.
Səmada nümunəvi uçuşlar edən “Kızılelma” və “Akıncı” PUA-larını göstərən Selçuk Bayraktar dedi: “Kızılelma” və “Akıncı” bərabər uçurlar. Bu uçuş forması dünyada ilk dəfədir.
Prezident İlham Əliyev: “Akıncı” və “Kızılelma”.
Fulya Öztürk: Nümunəvi uçuş edirlər.
x x x
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”in keçirildiyi məkandan ayrılarkən yenidən Fulya Öztürkün suallarını cavablandırıblar.
Fulya Öztürk: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev hazırda “Togg” avtomobilindədirlər. “Togg”u idarə etmək necə hissdir?
Prezident İlham Əliyev: Gözəl, çox gözəl.
Prezident Rəcəb Tayyib Ərdoğan: Bu qızı tanıyırsan?
Prezident İlham Əliyev: Təbii ki, tanıyırıq. Bu, bizim qızdır. İkinci Qarabağ savaşında ən təhlükəli yerlərə gedən jurnalistdir. Bizimlə kədərləndi, bizimlə sevindi, Qələbəni də bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır.
Əminə xanım Ərdoğan: Maşallah, qəhrəmandır.
Prezident Rəcəb Tayyib Ərdoğan: Əsl vətənpərvərdir.
Fulya Öztürk: Biz qardaşıq.
Prezident İlham Əliyev: Bəli.
Fulya Öztürk: Cənab Prezident, necəsiniz? Sağlamlığınız necədir?
Prezident Rəcəb Tayyib Ərdoğan: Şükür olsun, çox yaxşıyam.
Prezident İlham Əliyev: Maşallah, hər kəsdən daha gözəl, cavan, gənc.
Fulya Öztürk: Cənab Prezident, Sizi yaxşı gördük, maşallah.
Prezident Rəcəb Tayyib Ərdoğan: Sağ ol.
Fulya Öztürk: Çox təşəkkür edirəm, yolunuz açıq olsun.
Prezident İlham Əliyev: Sağ ol.
Xəbər lenti
Hamısına baxSosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50

