Lui Bononun ölkəmizə səfəri...
20.04.2023 [10:18]
ABŞ Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır
Nardar BAYRAMLI
Hazırda regionda baş verən proseslər, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılmasına dair aparılan danışıqlar beynəlxalq birliyin maraq dairəsindədir. Bu mənada ABŞ da prosesləri diqqətlə izləyir. Aprelin 17-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun ölkəmizə səfəri və xarici işlər naziri Ceyhun Bayramovla görüşü bunu təsdiqləyir. Görüş zamanı, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda, Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov üçtərəfli bəyanat çərçivəsində Ermənistanın öhdəliklərini yerinə yetirmədiyini, qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb. Bununla yanaşı, Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, həmin gün XİN rəhbəri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında da telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh gündəliyi müzakirə edilib.
Ümumiyyətlə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün müxtəlif beynəlxalq təşəbbüslər mövcuddur. Azərbaycan regionda sülhün təmin olunması naminə irəli sürülən bütün təşəbbüsləri müsbət qarşılayır. Məhz bu səbəbdən də, dövlətimiz bu proseslə bağlı təklif edilən görüşlərdə və danışıqlarda iştirak edir. Keçirilən hər bir görüş sülhə xidmət etməlidir. İkinci Qarabağ müharibəsi Rusiyanın vasitəçiliyi ilə 10 noyabr birgə bəyanatının imzalanması ilə yekunlaşdı. Lakin bunun ardınca regionda sabitliyin dayanıqlı təmin olunması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması gündəmə gəldi. 44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə bitməsindən sonra Avropa İttifaqı da Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün fəal vasitəçiliyə başladı. Belə ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşü keçirilib. Rəsmi Bakı “Brüssel formatı”nı dəstəklədiyini bəyan edib.
Eyni zamanda, ABŞ da bu prosesdə fəal iştirak edir. Belə ki, Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken mütəmadi olaraq hər iki ölkənin liderlərinə telefon zəngi edərək sülh prosesini müzakirə edir. Blinken sonuncu dəfə martın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu fakt da göstərir ki, ABŞ regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Dövlət katibi bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Onun təşəbbüsü ilə Azərbaycan və Ermənistanın liderləri bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüş də keçiriblər.
ABŞ Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. Rəsmi Vaşinqtonun sülh prosesində vasitəçilik missiyası da buna hədəflənib. Amma unutmaq lazım deyil ki, Ermənistan indiyə qədər sülh prosesini pozmağa çalışıb, bu məqsədlə müxtəlif təxribatlar törədib. Burada məqsəd Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmaqdır. Ermənist?nın hakimiyyəti ilə yanaşı erməni diasporu və lobbisi də qarayaxma kampaniyasında aktiv iştirak edir. Bütün bunlar isə sülh təşəbbüslərinə zərbə vurur. Amma Azərbaycan öz mövqeyində haqlıdır və bunu bütün dünyaya bəyan edir. Ona görə də, beynəlxalq birlik, o cümlədən ABŞ sülhə gəlmək üçün Ermənistana təzyiq göstərməlidir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

