Qərəzli bəyanat
14.04.2023 [10:10]
Fransa yenə də təxribatçılığı müdafiə etdi
Nardar BAYRAMLI
Fransa Ermənistanın aprelin 11-də şərti dövlət sərhədinin Laçın istiqamətində törətdiyi hərbi təxribata münasibət bildirib. Lakin hadisəyə yanaşmada rəsmi Paris yenə də Ermənistanın “böyük bacısı” mövqeyindən çıxış edərək ermənilərin tərəfini tutub. Belə ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, demarkasiya müstəsna olaraq danışıqlar yolu ilə həyata keçirilməli və tərəflər bu istiqamətdə səylərini davam etdirməlidir. Bəyanatda əsassız olaraq deyilir ki, Ermənistanın ərazi bütövlüyünə hörmət və təmas xəttində “işğal olunmuş” Ermənistan mövqelərindən Azərbaycan qüvvələrinin çıxarılması gələcək insidentlərin qarşısının alınması və regionda sabit sülhün əsaslarının qorunması üçün vacibdir. “Fransa sərhədin Ermənistan tərəfində yerləşən və gərginliyin azaldılmasında mərkəzi rol oynayan Avropa İttifaqının müşahidə missiyasının əməliyyatlarını tam dəstəkləyir”,- deyə bəyanatda vurğulanır.
Bu, ədalətsiz yanaşmadır
Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın bu bəyanatına münasibət bildirib. Bununla bağlı nazirliyin açıqlamasında qeyd olunur ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin aprelin 11-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanatı reallığı əks etdirmir. Qeyd olunub ki, 25 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib. “Üçtərəfli Bəyanata və Fransa prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir. Fransa tərəfini, Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq”,-deyə Azərbaycan XİN bəyan edib.
Fransanın dəstəyi Ermənistana “stimul” verir
Ümumiyyətlə, son zamanlar Ermənistan hakimiyyəti ziddiyyətli, sülh prosesini ləngitməyə xidmət edən mövqe nümayiş etdirir. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığı, bu məqsədlə tərəflərin müxtəlif platformalarda görüşə dəvət olunması ilə bağlı ideyanın müzakirə olunduğu bir vaxtda Ermənistanın bu təxribatını təsadüfi hesab etmək olmaz. Laçın istiqamətində törədilən təxribatı regionda baş verən proseslər kontekstində qiymətləndirmək lazımdır. Açıq şəkildə görünür ki, Ermənistan hökuməti müxtəlif addımlarla sülh sazişinin imzalanmasından yayınmağa çalışır. Əsas məqsəd ondan ibarətdir ki, hadisənin bütün məsuliyyəti Azərbaycanın üzərində qalsın. Lakin ordumuzun peşəkarlığı, müvafiq dövlət strukturlarının çevik reaksiyası bu planın həyata keçməsinə imkan vermədi. Fransanın bəyanatı isə rəsmi İrəvana bu cür fəaliyyətində bir növ “stimul” verir.
Məsələyə münasibət bildirən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında deyib ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistanı dəstəkləyən bəyanatı qəbuledilməzdir. Bu gün Fransa Cənubi Qafqazda sülh təşəbbüslərinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesinə zərbə vurur. Deputatın fikrincə, Fransa hakimiyyəti Azərbaycanın 44 günlük müharibə ilə öz ərazilərini erməni işğalından azad etməsini həzm edə bilmir. Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar işğalçı Ermənistana dəstək verdi. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizlik etməklə Fransa Cənubi Qafqazda sülh prosesində vasitəçi ola bilməyəcəyini nümayiş etdirir.
Revanşistlərə dəstək
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi olaraq Fransa tərəfinin məlum mövqeyinə etiraz etməsi tamamilə düzgün addımdır: “Təəccüblüdür ki, Fransa tərəfinin bəyanatında birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğu bildirilir. Amma Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığından bəhs olunmur. Bu fakt bir daha təsdiqləyir ki, rəsmi Paris hələ də Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarını dəstəkləyir və bu məqsəd üçün İrəvanı himayə edir”. S.Fətəliyeva qeyd edib ki, bu kimi addımları ilə Fransa Ermənistanı növbəti təxribatlara təhrik edir və revanşist qüvvələrə dəstək verir. Regionumuzda sülhün təmin olunmasına ən böyük əngəllərdən biri də məhz Parisin belə mövqeyidir.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

