Danışıqlar gərginliyi azaldacaqmı?
12.04.2023 [10:31]
Nardar BAYRAMLI
Azərbaycan bütün dünya dövlətləri ilə normal və bərabərhüquqlu əlaqələrin qurulmasının tərəfdarıdır. Bu istiqamətdə də xarici siyasətimiz uğurla davam etdirilir. Eləcə də, Azərbaycan hər zaman mehriban qonşuluq siyasətinə sadiqdir. Ölkəmiz heç vaxt ayrı-ayrı dövlətlərlə münasibətlərini üçüncü ölkəyə qarşı qurmaq niyyətində olmayıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Lakin cənub qonşumuz olan İranın hakimiyyəti Azərbaycanın xoşməramlı addımlarını geri çevirərək sağlam olmayan ideoloji xətlə gedir. Rəsmi Bakı dəfələrlə qarşı tərəfi konstruktiv olmağa, mehriban qonşuluq siyasətinə sadiq olmağa çağırıb.
İran müstəqil siyasətimizə hörmətlə yanaşmalıdır
Yeri gəlmişkən, xatırladaq ki, aprelin 7 və 8-ində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Telefon danışığı zamanı, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Telefon danışığından sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani qeyd edib ki, qonşu ölkələr ümumi maraqlara diqqət yetirməli və başqaların ikitərəfli münasibətlərdə gərginlik yaratmasına imkan verməməlidir. "İran həmişə dialoqun vacibliyini vurğulayıb, lakin “qonşu, qardaş və müsəlman olan” İran və Azərbaycanın qonşuluq münasibətlərinin olmasını istəməyən düşmənlər var", - deyən Kənani əlavə edib ki, Tehran diplomatik üsullarla ikitərəfli münasibətlərdə gərginliyi azaltmağa çalışıb və Tehranın təşəbbüsü ilə iki ölkənin xarici işlər nazirləri arasında müsbət və konstruktiv telefon danışıqları olub. Bununla belə, o, İranın Qafqazdakı proseslərlə bağlı mövqeyinin dəyişmədiyini söyləyib.
Buna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mətbuata açıqlamasında bildirib ki, Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla hər zaman qonşuluq münasibətlərinin inkişafında maraqlı olub. Dövlətlərin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı əsasda hörmət Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetidir. Onun sözlərinə görə, bu xüsusda, Azərbaycan tərəfi ölkəmizin milli mənafeyi və milli təhlükəsizliyinin təmin olunması üçün səylərini davam etdirir. “Azərbaycan tərəfi bu danışıqları müsbət qiymətləndirir və məsləhətləşmələrin davam etdirilməsini vacib hesab edir”, - deyə Ayxan Hacızadə vurğulayıb.
SEPAH-dan tövbəti təhdid
Lakin İran tərəfindən normal münasibətlərin bərpası istiqamətində addımların atılacağı real görünmür. Belə ki, nazirlərin telefon danışığından sonra da İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “telegram” kanallarında yenə də “İran Bakı sərhədlərinə yaxınlaşır” kimi təhdid xarakterli videolar paylaşıb. Eləcə də, İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona non-grata” elan edilməsi ilə bağlı atılan addım da qarşı tərəfdən əsassız olaraq mənfi reaksiya ilə qarşılanıb.
İlk addımları Tehran atmalıdır
Ümumiyyətlə, iki ölkənin xarici işlər nazirlərinin telefon danışıqlarının mövcud gərginliyi azaldacağına inam azdır. Çünki belə telefon danışıqları əvvəllər də olub, amma münasibətlərin normallaşmasına müsbət təsir etməyib. Ekspertlər hesab edirlər ki, münasibətlərin gərginlik mərhələsindən çıxması üçün ilk addımları Tehran atmalıdır. İlk növbədə, regiondakı proseslərlə əlaqədar İran hakimiyyəti Ermənistan üçün “vəkillik” etməməli, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Eləcə də, Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum obyektiv araşdırılmalı və bu barədə Bakıya müfəssəl məlumat verilməlidir. Bundan əlavə, İranın sərhəddə qoşun toplamasından və hərbi təlimlərindən tutmuş, digər internetdə təxribatçı addımlarına son qoyulmalıdır.
Mövzu ilə əlaqədar Milli Məclisin deputatı Ceyhun Məmmədov hesab edir ki, İran xarici işlər nazirinin son günlər azərbaycanlı həmkarına zəngi Tehranın Azərbaycanın qəbul etdiyi qərarlardan ciddi narahat olduğunu göstərir: “Bəs İran niyə narahatdır? İranı hazırda ən çox narahat edən məsələ 30 il ərzində böyük maliyyə vəsaiti ayıraraq Azərbaycanda yaratdığı şəbəkənin çökdürülməsidir. Bu şəbəkənin məhv edilməsi İranın Azərbaycanla bağlı planının süquta uğradığı anlamına gəlir”.
Münasibətlərin sonrakı mərhələsinin İranın özünü necə aparmasından çox asılı olduğunu qeyd edən C.Məmmədov deyib: “Düşünürəm ki, gərginliyin azaldılması üçün müəyyən addımlar atılmasına baxıla bilər. Ancaq bu, daha çox İrandan asılıdır. İran təxribatlara son qoymalıdır. Ancaq bütün hallarda Azərbaycandakı İran şəbəkəsinin çökdürülməsi istiqamətində addımlar davam etdiriləcək. İranın Azərbaycanın daxili işlərinə qarışmasına heç bir haqqı yoxdur”.
Xəbər lenti
Hamısına baxDünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11

