Yeni dünya düzəni masa üzərində...
29.03.2023 [10:51]
“Demokratiya Sammiti” nələri “refreş” etmək gücündədir?
2021-ci ilin dekabrında baş tutmuş və yeni dünya düzəninin formalaşdırılması istiqamətində ilk addım kimi qiymətləndirilən Demokratiya Sammitinin ikinci raundu maraqla gözlənilməkdədir. Qeyd edək ki, martın 29-30-da baş tutacağı gözlənilən 2-ci Demokratiya Sammiti Bayden administrasiyasının təşəbbüsü ilə baş tutur. Sammitin ikinci raunduna birincidən fərqli olaraq ABŞ-la yanaşı, Kosta Rika, Niderland, Cənubi Koreya və Zambiya da ev sahibliyi edəcək. Sammitin ilk günü virtual formatda keçiriləcək və ardınca hibrid formatda hər bir ev sahibi ölkədə hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin və özəl sektorun iştirakı ilə müxtəlif toplantılar təşkil olunacaq. Vurğulayaq ki, Bayden administrasiyası sammitə dəvət etdiyi dünya liderlərinin sayını bu il 120-yə çatdırlıb. Onlar arasında 2021-ci ilin dekabrında keçirilən birinci sammitə dəvət edilməmiş səkkiz ölkə - Bosniya və Hersoqovina, Qambiya, Honduras, Kot-D’ivuar, Lixtenşteyn, Mavritaniya, Mozambik və Tanzaniya da var.
Birinci raund ilə ikinci raund arasındakı “taym-out”...
Əgər siyasi kuluarlarda ABŞ prezidentinin təşəbbüsü ilə baş tutan birinci “sammit” “insan hüquq və azadlıqlarının müdafiəsi” məsələsinin yenidən ABŞ xarici siyasətində prioritetə çevrilməsi kimi də qiymətləndirilirdisə, ikinci sammitin əsas hədəfləri ilə bağlı fərqli mülahizələr mövcuddur. Belə ki, hələ birinci sammit dövründə bir sıra dövlətlər qonaqların siyahısına nəzərən bildirirdilər ki, Vaşinqton əsasən sammitdə müstəqil siyasət yürüdən dövlətləri görmək istəmir. Ermənistan kimi ciddi insan haqları pozuntularına yol verən, demokratiya anlayışından çox uzaq ölkələrin də sammitə dəvət edilməsi ABŞ-ın bu tədbiri keçirməkdəki məqsədini daha da anlaşılmaz edirdi söyləyənlər də tapılırdı - ta ki...
Sammitdən cəmisi 3 ay sonra başlayan Rusiya-Ukrayna müharibəsi dünyanın yenidən şəkilləndirilməsi istiqamətində əsas bazaya çevrildi. Hətta Ermənistanın da cəmisi 1 il ərzində Rusiyadan üz döndərmək üçün fürsət axtardığını göz önünə gətirsək, deyilənlər öz təsdiqini tapır - İlk Demokratiya Sammiti əslində qlobal səviyyədə qütbləşmənin daha da artmasına töhfə verdi. Qərb gözlənilən Rusiya-Ukrayna müharibəsinə diplomatik alətlərlə müdaxilə edərək gərginliyi aradan qaldırmaq yerinə demokratiya anlayışını istismar edərək komandasını ətrafına toplayaraq əzələ nümayişi etdirməyə başladı.
Birinci sammitdən ötən dövrdə geosiyasi meydanda mühüm dəyişikliklər baş verib - oturuşmuş təhlükəsizlik arxitekturası əsaslı şəkildə yenilənib. Beynəlxalq hüquq anlayışı müəyyən deformasiyalara məruz qalıb ki, qarşıdakı mərhələdə, bu mənada, daha böyük fəqliliklər görəcəyimizi belə proqnozlaşdırmaq olar. Çünki indiki şəraitdə 2-ci Sammit ən mühüm - “Çin dostdur, yoxsa rəqib?” sualına cavab tapmaq məcburiyyətindədir.
Koalisiya hansı zərbələri dəf edə bildi - hesabat vaxtıdır...
Sammitin ikinci raundu ABŞ-ın “qlobal birlik” və ya “düşmənlərə qarşı vahid ittifaq” platformalarını bəyan etməsinin birinci ildönümü ilə üst-üstə düşür. Xatırladaq ki, ötən il Pentaqon rəhbəri Lloyd Ostin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik konfransındakı nitqində ilk dəfə olaraq adıçəkilən platformanı “təqdim etmişdi”. Burada əsas məqam qlobal “təhlükəsizliyi” təhdid edən qüvvələrə qarşı loyal münasibəti ilə seçilən və ya susqunluq nümayiş etdirən dövlətlərə mövcud situasiyanın “izah edilməsi” idi. Ostin ABŞ-ın mövqeyini əsaslandıran zaman dünya nizamını pozmaq cəhdlərinə cavab olaraq beynəlxalq ictimaiyyətin öz qüvvələrini birləşdirməli olduğunu, ümumi məqsəd uğrunda birləşmək və qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək üçün birlik faktorundan istifadə etmək məcburiyyətini dilə gətirmişdi. Ötən bir il ərzində baş verənlər isə “ümumi məqsədlər uğrunda birləşən qüvvələr”in hansı maneələri dəf etmək üçün “zərbəyə” hazır olmalı olduğunu göstərdi. Dünyanın təhlükəsizlik arxitekturasına təhdid yaradan ölkələr və ya qüvvələr kimliyindən asılı olmayaraq güc birliyi ilə sıradan çıxarılmalıdır - hədəf bu istqamətə köklənib. “Qaydalara əsaslanan beynəlxalq nizam” isə mövcud status-kvonun dəyişəcəyindən xəbər verir. Yəni, sabit iqtisadi inkişafa malik, heç bir siyasi və ya hərbi ittifaqlara meyil etməyən kontingent belə öz tərəfini seçməli, siyasi aktivliyini artırmalıdır. Bu mənada, qarşıdakı dövr üçün beynəlxalq nizamın qaydaları 29-30 martda ən xırda detallarına qədər bir də gözdən keçiriləcək...
Dünya iqtisadiyyatı yeni şəkilləndirmə yolunda...
İkinci sammit yeni siyasi nizamın müəyənləşməsi istiqamətində də ən mühüm addım ola bilər. Əgər ötən sammitdə bunun ştrixləri cızılmışdısa, artıq bu dəfə sərhədlər formalaşdırılacaq. Bu mənada, ötən ilin martında Prezident Baydenin Varşavadakı çıxışının detallarına nəzər saldıqda, ikinci raundda qarşıdakı 5 ilin “proqramı” ilə tanış ola bilərik. Məsələn, ABŞ Prezidenti əvvəlki dönəmdə açıq şəkildə Rusiyaya qarşı sanksiya müharibəsinin hansı məqsəd və hədəfə xidmət etdiyini göstərmişdi - Bayden “Rusiya iqtisadiyyatını ürəyindən vurduq. Daha çox özəl transmilli şirkətlər Rusiyadan çəkildi. Bir dollar artıq 200 rubldur və Rusiya iqtisadiyyatı tezliklə ilk iyirmilikdən çıxacaq. Sanksiyalar Rusiya Federasiyasını gücdən məhrum edir” deməklə yeni nizamın konturlarını cızmışdı. Yəni, məsələ yalnız Rusiyanın mövqeyini zəiflətməklə bitmir, Vaşinqtonun aparıcı rolu fonunda Qərb bloku - Avroatlantika cəbhəsi dünya iqtisadiyyatını yenidən tənzimləyəcək. Başqa sözlə, yeni sistem qurulacaq. Yeni sistemin də ən böyük sualı məhz Çinlə bağlı olacaq.
3 saatlıq görüş - sammitqabağı “soyuq duş” effekti...
II Sammit öncəsi Çin lideri Si Cinpinin Rusiyaya səfəri hər kəs üçün böyü? maraq doğurdu. Hətta ABŞ dövlət katibi Antoni Blinken belə Rusiya və Çini Amerikanın strateji rəqibləri saysa da, onları ölkə üçün çağırışlar siyahısında birinci yerdə qərarlaşdırıb. Başqa sözlə, dövlət katibi bildirib ki, Soyuq müharibədən sonrakı dünya bitib və gələcəyi müəyyən etmək üçün gərgin rəqabət mövcuddur. Blinken bildirib ki, Rusiya və Çin Amerika Birləşmiş Ştatlar üçün çağırışlar siyahısında birinci yerdədir, Rusiya təcili, kəskin təhlükə, Çin isə uzunmüddətli çağırışdır. Beləliklə ABŞ bununla da Rusiyaya səfər etmiş Çin rəhbərinə Vaşinqtonun Pekin haqqında “düşüncələrini” çatdırıb. Bu o demək idi ki, Moskva görüşlərinin ruhu II Sammitlə səsləşməlidir.
Moskvada keçirilmiş 3 saatlıq görüş isə birgə bəyanat imzalanması ilə yekunlaşdı. Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın dərinləşdirilməsi haqda olan bəyanatla yanaşı, 2030-cu ilə qədər əsas sahələrdə Rusiya-Çin iqtisadi əməkdaşlığının inkişafı planı haqqında bəyanatın da imzalanması mühüm nəticələrə yol açdı:
- Çin bir daha bəyan etdi ki, heç kimin hərbi müttəfiqi deyil - bunu Rusiya prezidenti də açıq kontekstdə dilə gətirdi;
- Çin üçün yalnız öz maraqları mövcuddur - enerji əməkdaşlığı bunu aşkara çıxardı;
- Çin sülh tərəfdarıdır - ABŞ-a qarşı hər hansı bir əsaslı müttəfiqliyin qurulmaması bunu ortaya qoydu.
Beləliklə, Çin prezidentinin Moskva səfəri daha çox hərbi eskalasiyanın sönməsi istiqaməti və ehtimalı ilə seçildi. Yeri gəlmişkən, Avropalı liderlərin qarşıdakı Çin səfərinin təxirə düşməməsinin də əsl səbəbi məhz sülhlə bağlı proqnozların varlığıdır.
Mərkəzçi Avropa “ABŞ arzuları - qırmızı qanad”da təmsil olunmaq istəmir
Bəli, Avropa da II Sammitin nəticələrindən ən azı elə Rusiya qədər narahatdır. Qeyd edilməlidir ki, mərkəzçi Avropanın “ABŞ arzuları - qırmızı qanad” adlandırılan təkqütblü dünya koalisiyasında təmsil olunmaq istəməməsi onu Çinlə eyni səfdə yer almağa istiqamətləndirib. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin gələn ayın əvvəlində Fransa Prezidenti Emmanuel Makronla birlikdə Çinə səfəri maraqla gözlənilir. Fransa prezidenti bu haqda danışarkən maraqlı bir fikir işlədib: “Leyen onu Çinə səfərində müşayiət etməyi təklif etdi. Bu, bizim “vahid mövqedən” danışa bilməmiz üçün vacibdir. Mənim Avropa mandatım yoxdur, çünki Fransanın müstəqil diplomatiyası var, amma mən Avropa koordinasiyasına bağlıyam”.
Beləliklə Makron etiraf edir ki, Çin məsələsinə münasibətdə Avropada tək mövqe hakim deyil. Ortada ən azı iki mövqe var ki, burada da avrosentrislərlə anqlo- sakson ittifaqının fikirləri toqquşur. Çinin Rusiya ilə yeni energi müqaviləsi haqda razılaşması isə mərkəzçi Avropa qanadını daha da çirnikləndirib...
Çinə Belarusdan ucuz - Avropa əl-ayağa düşüb
Xatırladaq ki, Rusiyaya verdiyi “dəstək” müqabilində ÇXR hökuməti şimal qonşusundan ciddi iqtisadi güzəştlər qopara bilib. Rusiya biznesi Çinin artan enerji tələbatını ödəmək qabiliyyətinə malikdir”, deyə Vladimir Putin Çin lideri Si Tzinpinlə görüşündə bu cümlələri sərf edib. Onun sözlərinə görə, 2030-cu ilə qədər Rusiya qazının Çinə tədarükü ən azı 98 milyard kubmetr, üstəgəl 100 milyon ton LNG həcmində olacaq.
Yeri gəlmişkən, Rusiyanın Çin üçün verdiyi qazın qiyməti Avropa üçün bazar qiymətlərindən üç dəfədən çox aşağıdır. “The Moscow Times” qəzetinin yazdığına görə, indi “Qazprom” Çinə min kubmetri təqribən 290 dollardan qaz nəql edir. Bu, avropalı müştərilərin müqavilələrin şərtlərinə görə ödədiyi məbləğdən üç dəfədən çox azdır. Avropalılar üçün təbii qazın qiyməti ötən ilin dekabrın sonunda hər min kubmetr üçün təxminən 1000 dollar təşkil edirdi.
Beləliklə, Rusiya qazına Çin üçün endirim təxminən 70% təşkil edir. 2021-ci ilin birinci rübündə Çin üçün qazın qiyməti min kubmetr üçün 120 dollardan aşağı idi. Hətta Belarusa Rusiya qazı daha yüksək qiymətə - 128,5 dollara satılıb.
Beləliklə, indiki halda II Sammit həm siyasi birliklərin formalaşdırılması formatına, həm də iqtisadi əməkdaşlıq platformalarına yenidən baxmaq zərurətini ortaya qoya bilər. Yeni “dost olmaq” rəqabətinin ünvanı isə PEKİNDİR!!!
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 May 19:44

Xəbər lenti
29 May 18:22

Siyasət
29 May 17:10

Xəbər lenti
29 May 17:02

İqtisadiyyat
29 May 13:59

Xəbər lenti
29 May 13:57

Xəbər lenti
29 May 13:09

Xəbər lenti
29 May 12:21

Xəbər lenti
29 May 12:13

Xəbər lenti
29 May 11:25

Siyasət
29 May 11:03

Xəbər lenti
29 May 10:38

İdman
29 May 10:24

Xəbər lenti
29 May 09:30

Siyasət
28 May 23:24

Xəbər lenti
28 May 23:14

Xəbər lenti
28 May 23:08

Gündəm
28 May 22:44

Siyasət
28 May 22:09

Siyasət
28 May 21:30

Gündəm
28 May 21:17

Xəbər lenti
28 May 20:17

Xəbər lenti
28 May 20:14

Xəbər lenti
28 May 19:32

Xəbər lenti
28 May 18:40

Xəbər lenti
28 May 18:37

Xəbər lenti
28 May 18:35

Xəbər lenti
28 May 17:10

Xəbər lenti
28 May 17:08

Gündəm
28 May 16:59

Xəbər lenti
28 May 16:16

Xəbər lenti
28 May 16:13

Xəbər lenti
28 May 16:11

Xəbər lenti
28 May 13:38

Siyasət
28 May 13:21

Gündəm
28 May 13:19

Xəbər lenti
28 May 12:44

Xəbər lenti
28 May 11:53

Xəbər lenti
28 May 11:46

Xəbər lenti
28 May 11:40

Xəbər lenti
28 May 11:38

Xəbər lenti
28 May 11:35

Siyasət
28 May 11:32

Gündəm
28 May 11:30

Xəbər lenti
28 May 11:28

Xəbər lenti
28 May 11:01

Gündəm
28 May 10:59

Dünya
28 May 09:10

Xəbər lenti
27 May 23:47

Xəbər lenti
27 May 22:57

Xəbər lenti
27 May 22:55

Xəbər lenti
27 May 22:15

Xəbər lenti
27 May 22:14

Xəbər lenti
27 May 22:12

Gündəm
27 May 21:29

Xəbər lenti
27 May 21:27

Xəbər lenti
27 May 20:43

Xəbər lenti
27 May 20:41

Xəbər lenti
27 May 20:38

Xəbər lenti
27 May 19:38

Xəbər lenti
27 May 18:48

Xəbər lenti
27 May 18:42

Xəbər lenti
27 May 16:34

Siyasət
27 May 16:11

İqtisadiyyat
27 May 16:08

Xəbər lenti
27 May 16:06

Xəbər lenti
27 May 16:03

Xəbər lenti
27 May 14:08

Xəbər lenti
27 May 13:29

Xəbər lenti
27 May 13:26
