/ / Sabirabadda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib
Sabirabadda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib
24.05.2011 [09:18]
ümummilli liderimizin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına təkan verib, bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların-soyqırımların adı çəkilib, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanıb.
N.İsmayılov bildirib ki, 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyev uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşasını, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. ölkəyə rəhbərlik etdiyi son 8 ilə yaxın bir dövrdə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək “Biz müdafiədə deyil, hücumda olmalıyıq!”, deyən Prezidentimiz İlham Əliyevin tövsiyələrinə adekvat olaraq bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olunub.
Natiq qeyd edib ki, bu gün erməni diplomatiyasının, təbliğatının uğursuzluğu ortadadır. Bütün səviyyələrdə ifşa olunan, beynəlxalq ictimaiyyətin sərt qınaqları, təzyiqləri ilə üzləşən rəsmi Yerevan xaricdəki erməni diasporu və lobbisinə çirkin təbliğat kampaniyasını genişləndirməyi tövsiyə edir. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabında erməni rəhbərinin cəfəng siyasi mülahizələri alt-üst edilib. Əsərdə ciddi elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda və tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri barədə geniş məlumat verilir, o cümlədən, erməni-daşnaq ideoloqlarının rəhbərliyi altında xalqımıza qarşı amansızlıqla həyata keçirilən soyqırımı, terror və deportasiyadan bəhs olunur.
Əsərdə göstərilən tutarlı faktlara əsaslanan N.İsmayılov ermənilərin nəinki Cənubi Qafqaza, hətta ön Asiyaya gəlmə olduqlarını, azərbaycanlılara məxsus yer adlarının ermənilər tərəfindən zaman-zaman dəyişdirildiyini bildirib. Qeyd olunub ki, kitabda Sarkisyanın Cənubi Qafqazda baş vermiş tarixi demoqrafik proseslərdə ermənilərin iştirakı barədə uydurmaları müxtəlif statistik hesabatlar əsasında alt-üst edilib. Tədbirdə Rusiya istilasınadək Dağlıq Qarabağ, İrəvan və Naxçıvanda ermənilərin heç bir vaxt üstünlük təşkil etmədikləri kitabda verilən tarixi faktlar və statistik məlumatlarla diqqətə çatdırılıb.
Konfransda ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında həyata keçirdikləri mədəni terrordan da danışılıb. Qeyd edilib ki, ermənilər işğal etdikləri ərazilərdə nəinki dağıntı işləri aparır, hətta tarixi Azərbaycan torpaqlarını müxtəlif terror təşkilatlarının siyasi sığınacaq yerinə çeviriblər. ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində erməni və başqa terror təşkilatlarının fəaliyyət göstərməsi haqqında ilk informasiyalar Avropa Şurası Parlamet Assambleyasının yüksək tribunasından cənab İlham Əliyev tərəfindən səsləndirilib.
İcra başçısı erməni lobbisinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq aləmdə tanınması istiqamətində səyləri gücləndirməyi tövsiyə edən Sarkisyanın bu istəyinin kitabda göstərildiyi kimi heç zaman gerçəkləşməyəcəyini qətiyyətlə vurğulayıb və möhtərəm Prezidentimiz İlham Əliyevin aşağıdakı bəyanatını səsləndirib: “Nə 5 ildən sonra, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə də 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır. Mən nə qədər Prezidentəm, buna yol verməyəcəyəm”.
Daha sonra mövzu ətrafında müzakirələr keçirilib. çıxış edən rayon prokuroru Seyfulla Aslanov “Gorus-2010: absurd teatrı mövsümü” kitabında ermənilərin məkrli niyyətlərini əks etdirən tarixi faktlardan, H.Z.Tağıyev adına şəhər tam orta məktəbinin müəllimi Afiq Ağayev isə S.Şaumyanın başda olmaqla, 1918-ci ilin martında Bakıda törədilən qırğınlardan danışıblar. Tədbirdə akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının tarixi saxtalaşdırmaq istəyənlərə tutarlı elmi cavab olduğu dönə-dönə vurğulanıb, buradakı hər bir müddəanın, real faktlara söykənən elmi-nəzəri təhlillərin ziyalılar, xüsusilə, gənclər tərəfindən dərindən öyrənilməsi və geniş ictimaiyyətə çatdırılması tövsiyə edilib.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30

