Laçın dəhlizi nəzarətə götürülməlidir
02.12.2022 [10:46]
Sülhməramlılar Qarabağda baş verən cinayətlərə göz yumurlar
Qarabağda Rusiya sülhməramlı kontingentinin gözü qarşısında, hətta birbaşa iştirakı ilə baş verən cinayətkarlıq əməlləri haqqında məlumatlar yayılmaqdadır. Belə ki, hərbi dairələrə yaxın mənbələrdən “Caliber.az”a verilən informasiyaya görə, daxil olan videomüşahidə materiallarına əsasən, noyabrın 10-dan 14-dək saat 21:00-dan 23:00-a qədər olan vaxt intervalında 8 ədəd “Kamaz” markalı avtomobil 731 - AB - 61 ER erməni qeydiyyat nömrəli “Nissan Patrol” markalı avtomobilinin müşayiəti ilə hər gün Xankəndidən Ermənistana səfər edib. Noyabrın 16-18-də isə səhər saatlarında eyni avtomobillərin Ermənistandan Xankəndiyə Laçın yolu ilə hərəkəti qeyd edilib. Maşınlar gecə vaxtı şəhəri tərk ediblər. Əməliyyat məlumatlarına görə, Azərbaycanın keçmiş Ağdərə (indiki Tərtər) rayonunun Gülyatağ kəndi yaxınlığında, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşən qızıl mədənlərində hasil edilən xammal həmin “Kamaz” markalı yük maşınlarında xaricə çıxarılır.
Daşıma İsveçrədə yerləşən “Vallex Group” QSC-yə daxil olan və həm işğal illərində Kəlbəcər, Zəngilan, həm də hazırkı dövrdə, sülhməramlıların nəzarəti altında qalan Ağdərədə qiymətli metalların talanması ilə məşğul olan “Base Metals” şirkəti tərəfindən həyata keçirilir. Vurğulayaq ki, bunu hələ 2016-cı ildə ölkəmizin Xarici İşlər Nazirliyi “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlər” adlı hesabatında qeyd edib. Şirkətin Xankəndidə ofisi də var.
“Vallex Group”un rəhbəri Ermənistan Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü, İrəvanda Bironi küçəsi 30, mənzil 3-də qeydiyyatda olan Valeri Mejlumyandır. Maliyyə investoru isə İsveçrə vətəndaşı, 1956-cı il təvəllüdlü, Cenevrə kantonunun Koloniya bələdiyyəsində qeydiyyatda olan Vartan Sirmakesdir. “Base metals”ın icraçı direktoru Artur Mkrtumyandır, o, Lori vilayətinin Alaverdi şəhərində, Baqramyan küçəsi 20, mənzil 8-də yaşayır.
Volkovla Vardanyanın şərikli qızıl biznesi...
Azərbaycanın təbii sərvətlərinin soyğunçuluq yolu ilə talan edilməsi, inanılmaz gəlirlər gətirməsi (2019-cu ildə “Base Metals” şirkəti separatçıların “büdcəsinə” 38 mln. dollar ödəməklə ən böyük “vergi ödəyicisi” adını alıbmış) özünü “dövlət naziri” elan edən Ruben Vardanyanın diqqətindən yayına bilməzdi. Bəzi məlumatlara görə, o, artıq Gülyataq kəndi yaxınlığındakı mədənə nəzarəti bərpa edib və “Base Metals” sahiblərindən “xərac”ını alır. Təhlükəsizlik məsələsinə gəldikdə isə, bunu Rusiyanın sülhməramlı kontingenti “həyata keçirir”. Çünki Qarabağdakı sülhməramlıların komandiri general Volkov da onlardan qidalanır və Vardanyanla şərikli qızıl biznesini qurub. Qeyd olunur ki, Azərbaycanın qızıl mədəninin istismarından əldə olunan gəlirlər Qarabağda mövcud vəziyyətin qorunub saxlanmasından faydalananların Moskva və İrəvandakı qara kassalarına axır. Ermənistandakı vəsaitin bir hissəsi rusiyayönlü, anti-Paşinyan müxalifətinin maliyyələşdirilməsinə, digər hissəsi isə Rusiya üçün sanksiya mallarının alınmasına yönəldilib. Bu mənada Volkov-Vardanyan kriminal birliyi Azərbaycana qarşı cinayətlərini davam etdirir və təbii sərvətlərimizi talayırlar.
İran xüsusi xidmət orqanlarının əməkdaşları Qarabağa keçib?
Bu, sülhməramlı kontingentin yaratdığı qanunsuz mühitin yalnız bir faktıdır. Digər faktlara da müraciət etmək olar. Məsələn, sülhməramlılar öz mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin ediblər. KİV-də yayılan məlumatlara görə, Qarabağ ərazisinə buraxılan 14 nəfər İran İslam Respublikasının vətəndaşlarıdır. Onlar noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndiyə gəliblər və hazırda oradadırar. İranlıların postu keçdikləri “Mersedes-Benz” avtomobilinin seriya nömrəsi 34-QA-444-dür. Maraqlıdır ki, adıçəkilən 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. Qeyd edək ki, İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndəriliblər. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir. Bu şəxslərin İranın xüsusi-xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur.
Laçın dəhlizi nəzarətə götürülməlidir
Nəzərə almaq lazımdır ki, bir müddət öncə, DTX-nin rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski də qeyd etmişdi ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması xüsusilə diqqət çəkir. Bütün bu faktlar onu deməyə əsas verir ki, Rusiya sülhməramlılarının ölkəmizin Qarabağ bölgəsinin müəyyən hissəsinə yerləşdirilməsinə baxmayaraq, rəsmi Bakı orada da baş verən hadisələr haqqında müfəssəl məlumata malikdir. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bildirib ki, regionda müasir texniki vasitələrə, o cümlədən peyklərə malik olmaqla insanların və nəqliyyat vasitələrinin hərəkətini izləmək, hətta bu avtomobillərin nömrələrini görmək imkanına malikdirlər. Təbii ki, bizim bu ərazilərdə qanunsuz fəaliyyətləri qeydə almaq imkanımız var. Və bunlar əsassız iddialar deyil.
Bu amil mühüm əhəmiyyət daşıyır. O baxımdan ki, Qarabağa daşınan silahlar ermənilərin Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirilməlidir. Bunun qarşısını almaq üçün isə yeganə yol Laçın koridoru məsələsinin öz həllini tapması, başqa sözlə, Azərbaycanın bu koridoru öz nəzarəti altına almasıdır.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, baş verənlər düşündürücü və önəmli məsələlərdir. İndiyə qədər siyasi gündəmə gəlməyən bir cinayətin üstünün açıldığını deyən İ.Hüseynov Qarabağda qanunsuz olaraq fəaliyyət göstərən qrupun ifşasını yüksək dəyərləndirib: “Azərbaycanın təbii sərvətlərini talayan, Gülyataq kəndi yaxınlığında yerləşən və qızıl mədənini işlədən qrupun cinayət əməlləri ifşa olunub. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, bölgəyə nəzarət edir, avtomobillərin və insanların hərəkət istiqaməti bizim üçün bəllidir. Məhz yük maşınlarının və onları müşayiət edən avtomobillərin kamera görüntüləri, eyni nömrə nişanlı yük maşınlarının Xankəndi-Ermənistan marşrutu üzrə hərəkəti müəyyən olunub. Bu onu deməyə əsas verir ki, qeyri-qanuni fəaliyyət artıq geniş məzmundadır. Xüsusilə rusiyalı erməni əsilli oliqarx Ruben Vardanyanın bölgəyə gəlməsi bu cür cinayət əməllərini və Azərbaycanın təbii sərvətlərinin talanmasını daha da genişləndirib. Bu işdə əli olan şəxslərin kimliyi və ünvanları Azərbaycan tərəfinə məlumdur. Eyni zamanda, Ermənistanın və digər ölkələrin vətəndaşlarının Azərbaycanın ərazi bütövluyünü pozması, Azərbaycan qanunverciliyini görməzdən gəlməsi halları davam etməkdədir. Bu dözülməz bir haldır”.
İ.Hüseynovun fikrincə, sülhməramlı kontingentin komandanı general Volkov da baş verənlərə göz yumur. Çünki o da bu cinayət əməllərinin yaxın iştirakçısıdır. “Bu cinayətkar şəbəkənin iki məqsədi var. Birinci məqsəd Paşinyan əleyhinə müxalifəti maliyyələşdirməkdir ki, bunun üçün qeyri-qanuni biznesin formalaşdırılması həyata keçirilir. İkincisi isə, Rusiya üçün müasir texnologiyaların alınması üçün maliyyənin toplanmasıdır. Bu dözülməz halın qarşısını almaq üçün isə Laçın dəhlizinə nəzarəti bərpa etməklə bağlı artıq geniş şəkildə kampaniya başlamalıdır. Bütün cinayətkar şəbəkələrin ifşa olunması, onların dayandırılması, preventiv tədbirlərin görülməsi məhz Laçın dəhlizinin bağlanması işini zəruriləşdirir. Yalnız bununla bölgədəki qeyri-qanuni cinayətkar şəbəkənin qarşısını almaq olar. Gələcəkdə isə Azərbaycan tərəfi digər adekvat addımlar atacaq. Çünki bu bizim beynəlxalq hüquqdan irəli gələn vəzifəmizdir və dünya birliyi də bu maraqlarımızın yerinə yetirilməsinə yardımçı olmalıdır”, - deyə İ.Hüseynov əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Fevral 21:22

Xəbər lenti
03 Fevral 19:40

Xəbər lenti
03 Fevral 18:08

Xəbər lenti
03 Fevral 17:34

Xəbər lenti
03 Fevral 17:00

Maraqlı
03 Fevral 16:44

Xəbər lenti
03 Fevral 16:18

Siyasət
03 Fevral 15:31

Dünya
03 Fevral 15:22

Xəbər lenti
03 Fevral 15:09

Xəbər lenti
03 Fevral 14:55

İqtisadiyyat
03 Fevral 14:53

Xəbər lenti
03 Fevral 14:20

Maraqlı
03 Fevral 14:19

Xəbər lenti
03 Fevral 13:18

Xəbər lenti
03 Fevral 13:16

Xəbər lenti
03 Fevral 13:10

Xəbər lenti
03 Fevral 13:07

Xəbər lenti
03 Fevral 12:48

Xəbər lenti
03 Fevral 12:39

Xəbər lenti
03 Fevral 12:35

İqtisadiyyat
03 Fevral 12:04

Xəbər lenti
03 Fevral 12:03

Xəbər lenti
03 Fevral 12:01

Xəbər lenti
03 Fevral 12:00

Xəbər lenti
03 Fevral 11:57

Xəbər lenti
03 Fevral 11:50

Xəbər lenti
03 Fevral 11:47

İqtisadiyyat
03 Fevral 11:16

Xəbər lenti
03 Fevral 11:14

Xəbər lenti
03 Fevral 11:03

Xəbər lenti
03 Fevral 11:02

Sosial
03 Fevral 11:00

Xəbər lenti
03 Fevral 10:58

Ədəbiyyat
03 Fevral 10:56

Sosial
03 Fevral 10:53

Siyasət
03 Fevral 10:51

Siyasət
03 Fevral 10:47

İqtisadiyyat
03 Fevral 10:39

Siyasət
03 Fevral 10:37

Gündəm
03 Fevral 10:34

İqtisadiyyat
03 Fevral 10:33

İqtisadiyyat
03 Fevral 10:31

Siyasət
03 Fevral 10:30

Gündəm
03 Fevral 10:16

Gündəm
03 Fevral 10:14

Siyasət
03 Fevral 10:12

Xəbər lenti
03 Fevral 10:03

Dünya
03 Fevral 09:23

Xəbər lenti
03 Fevral 09:19

Xəbər lenti
02 Fevral 21:08

Xəbər lenti
02 Fevral 21:03

Xəbər lenti
02 Fevral 20:54

Siyasət
02 Fevral 20:48

Xəbər lenti
02 Fevral 20:20

Gündəm
02 Fevral 20:17

İqtisadiyyat
02 Fevral 20:15

Xəbər lenti
02 Fevral 20:00

Xəbər lenti
02 Fevral 18:51

Siyasət
02 Fevral 18:49

Xəbər lenti
02 Fevral 17:48

Xəbər lenti
02 Fevral 17:47

Xəbər lenti
02 Fevral 17:44

Xəbər lenti
02 Fevral 17:35

Siyasət
02 Fevral 17:27

YAP xəbərləri
02 Fevral 17:07

Xəbər lenti
02 Fevral 16:48

Xəbər lenti
02 Fevral 16:36

Xəbər lenti
02 Fevral 16:25

Xəbər lenti
02 Fevral 16:24
