Qolodomoru tanıyanlar...
02.12.2022 [10:33]
Xocalı soyqırımını niyə tanımır?
Almaniya Bundestaqı 1930-cu illərdə Sovet lideri Stalinin siyasəti nəticəsində Ukraynada milyonlarla insanın ölümünə səbəb olan aclığı soyqırımı elan edib. Qəbul edilən qətnamədə Qolodomor insanlığa qarşı cinayət adlandırılıb. “Baş verənlərə görə Stalinin rəhbərliyi altında Sovet İttifaqının siyasi heyəti məsuliyyət daşıyırdı”, - deyə bildirilib.
Kansler Olaf Şoltsun hakim koalisiyasına daxil olan üç partiya - Sosial Demokratlar, Yaşıllar və Azad Demokratlar, eləcə də əsas müxalifətdə olan Xristian Demokratlar və Xristian Sosial İttifaqı Bundestaqda qətnamənin lehinə səs verib.
Yeri gəlmişkən, 1932-ci ilin fevral ayından 1933-cü ilin iyul ayına qədər davam etmiş qıtlıq Ukrayna SSR ərazisində, o cümlədən, Moldova Muxtar SSR-də böyük faciəyə yol açıb. Qıtlıq illərində 2500-dən çox kannibalizm hadisəsi qeydə alınıb. Tarixşünaslıqda bu hadisə Qıtlıq-soyqrımı, Böyük qıtlıq və ya Ukrayna soyqırımı adları ilə də tanınır. Faciə zamanı əksəriyyəti etnik ukraynalı olan xeyli insan aclıqdan ölüb. 2006-cı ildən Qolodomoru Ukrayna və başqa 15 dövlət Sovet hökumətinin ukrayna xalqına qarşı törətdiyi soyqrımı hadisəsi olaraq tanıyıb. Soyqırımı zamanı dəqiq nə qədər insanın öldüyü haqqında fikirlər müxtəlifdir. Bəzi qaynaqlara görə, bu illərdə 12 milyon etnik ukraynalı həyatını itirib. 2003-cü ildə BMT tərəfindən qəbul edilmiş və 25 ölkənin imzaladığı qətnamədə soyqırımı qurbanlarının sayı 7-10 milyon aralığında göstərilib.
2010-cu ildə Kiyev Apelyasiya Məhkəməsinin qərarına əsasən isə aclıqdan qaynaqlanan demoqrafik itki 10 milyona qədər qiymətləndirilib.
Xocalı soyqırımı insanlıq əleyhinə cinayətdir
Təbii ki, tarixdə baş vermiş faciələr öz layiqli qiymətini almalıdır. Amma bu istiqamətdə aparılan işlər heç də birtərəfli olmamalıdır. Yəni özünü demokratik adlandıran, bu prinsiplərlə yaşayan ölkələr belə faciələrə münasibətdə səmimlik nümayiş etdirməli, fərqli standarta yol verməməlidir. Məsələn, sual yaranır ki, Almaniyanın timsalında bu faciəni rəsmi şəkildə soyqırımı kimi tanıyan ölkələr nə üçün daha yaxın tarixdə - 1992-ci ildə Xocalıda baş verən soyqırımını tanımırlar? Halbuki Xocalı faciəsi erməni vandalizminin ən pik nöqtəsi sayılır. Burada baş verən dəhşətlərin miqyası ölçüyəgəlməzdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı faciəsi ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Bütövlükdə, Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
17 ölkə, ABŞ-ın 24 ştatı və İƏT Xocalı soyqırımını tanıyıb
Bu gün dünyanın bəzi ölkələrində erməni yalanlarının və erməni diaspor təşkilatlarının ianələrinin girovuna çevrilən siyasətçilər XX əsrin əvvəlində baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı” yalanlarını “araşdırmaq”la dünyada ictimai rəyi yanıltmağa çalışırlar. Belə olan halda, cəmi 30 il öncə baş vermiş və hələ də bəzi şahidlərinin həyatda olduğu, haqqında minlərlə dəlil və fakt olan əsl soyqırımının - Xocalı faciəsinin tanınması istiqamətində informasiya və diplomatik mübarizə müstəvisində sistemli fəaliyyətin həyata keçirilməsi zərurəti var. Azərbaycan dövləti tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbirlər, müxtəlif xarakterli aksiyalar ölkədə və ölkədən kənarda təkcə faciənin baş verdiyi tarix ərəfəsində deyil, bütövlükdə il ərzində reallaşdırılır. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində keçirilən genişmiqyaslı tədbirlər, görülən işlər də real və konkret nəticələrini verir. Bu kampaniyanın uğurla davam etdirilməsi nəticəsində erməni vandallarının soyqırımı siyasəti daha geniş miqyasda ifşa edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan hücum diplomatiyasının əhəmiyyətli strateji istiqamətlərindən biri kimi həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası qarşıya qoyduğu hədəflərə çatır. Bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiqini tapıb. Eyni zamanda, Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qətlə yetirilməsinin “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” olduğunu müəyyən edib. Dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qərar və qətnamələr qəbul ediblər.
Faciəni törədənlər layiqli cəzalarını almalıdırlar
Bu gün əsas müzakirə predmetinə çevrilməli olan məsələ Xocalı faciəsinin beynəlxalq hüquq normalarına əsasən qiymətləndirilməsidir. Əvvəla qeyd etmək lazımdır ki, BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsinə və 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, Xocalıda törədilmiş kütləvi qətliam məhz soyqırımıdır. Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilib ki, bu, beynəlxalq hüquq normalarına əsasən qəbul edilmiş konvensiyalara müvafiq olaraq hərbi cinayət kimi xarakterizə olunur. Azad dəhliz barədə məlumatın Xocalı əhalisinin çoxuna çatdırılmaması da müvafiq konvensiyalara ziddir. Konkret olaraq Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin II, III, V, IX, XVII maddələrinə ziddir. Eyni zamanda, Ermənistan tərəfindən törədilmiş müharibə, insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır. Nəhayət, BMT-nin “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasına əsasən, soyqırımını törədənlər milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdırlar. Bir sözlə, faciəni törədənlər mütləq ədalət mühakiməsinə cəlb olunmalı, layiqli cəzalarını almalıdırlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
03 Fevral 21:22

Xəbər lenti
03 Fevral 19:40

Xəbər lenti
03 Fevral 18:08

Xəbər lenti
03 Fevral 17:34

Xəbər lenti
03 Fevral 17:00

Maraqlı
03 Fevral 16:44

Xəbər lenti
03 Fevral 16:18

Siyasət
03 Fevral 15:31

Dünya
03 Fevral 15:22

Xəbər lenti
03 Fevral 15:09

Xəbər lenti
03 Fevral 14:55

İqtisadiyyat
03 Fevral 14:53

Xəbər lenti
03 Fevral 14:20

Maraqlı
03 Fevral 14:19

Xəbər lenti
03 Fevral 13:18

Xəbər lenti
03 Fevral 13:16

Xəbər lenti
03 Fevral 13:10

Xəbər lenti
03 Fevral 13:07

Xəbər lenti
03 Fevral 12:48

Xəbər lenti
03 Fevral 12:39

Xəbər lenti
03 Fevral 12:35

İqtisadiyyat
03 Fevral 12:04

Xəbər lenti
03 Fevral 12:03

Xəbər lenti
03 Fevral 12:01

Xəbər lenti
03 Fevral 12:00

Xəbər lenti
03 Fevral 11:57

Xəbər lenti
03 Fevral 11:50

Xəbər lenti
03 Fevral 11:47

İqtisadiyyat
03 Fevral 11:16

Xəbər lenti
03 Fevral 11:14

Xəbər lenti
03 Fevral 11:03

Xəbər lenti
03 Fevral 11:02

Sosial
03 Fevral 11:00

Xəbər lenti
03 Fevral 10:58

Ədəbiyyat
03 Fevral 10:56

Sosial
03 Fevral 10:53

Siyasət
03 Fevral 10:51

Siyasət
03 Fevral 10:47

İqtisadiyyat
03 Fevral 10:39

Siyasət
03 Fevral 10:37

Gündəm
03 Fevral 10:34

İqtisadiyyat
03 Fevral 10:33

İqtisadiyyat
03 Fevral 10:31

Siyasət
03 Fevral 10:30

Gündəm
03 Fevral 10:16

Gündəm
03 Fevral 10:14

Siyasət
03 Fevral 10:12

Xəbər lenti
03 Fevral 10:03

Dünya
03 Fevral 09:23

Xəbər lenti
03 Fevral 09:19

Xəbər lenti
02 Fevral 21:08

Xəbər lenti
02 Fevral 21:03

Xəbər lenti
02 Fevral 20:54

Siyasət
02 Fevral 20:48

Xəbər lenti
02 Fevral 20:20

Gündəm
02 Fevral 20:17

İqtisadiyyat
02 Fevral 20:15

Xəbər lenti
02 Fevral 20:00

Xəbər lenti
02 Fevral 18:51

Siyasət
02 Fevral 18:49

Xəbər lenti
02 Fevral 17:48

Xəbər lenti
02 Fevral 17:47

Xəbər lenti
02 Fevral 17:44

Xəbər lenti
02 Fevral 17:35

Siyasət
02 Fevral 17:27

YAP xəbərləri
02 Fevral 17:07

Xəbər lenti
02 Fevral 16:48

Xəbər lenti
02 Fevral 16:36

Xəbər lenti
02 Fevral 16:25

Xəbər lenti
02 Fevral 16:24
