SEPAH - qoşun hissəsi, yoxsa “qara bankçılıq”?
02.11.2022 [10:44]
İranın ən böyük silahlı qüvvəsi olan SEPAH-ın ölkədə bütün sahələrə nüfuz etməsi sirr deyil. Maraqlıdır ki, sadəcə qoşun hissəsi kimi assosiasiya olunan SEPAH, başqa adla İran İslam İnqilabı Keşikçiləri Korpusu sən demə, bu ölkənin ən böyük bank sistemini də əlində saxlayırmış. Məhz bunun nəticəsi imiş ki, son illərdə “milyardlarla dollarlıq iş imperiyası”na çevrilən SEPAH İran Milli Neft Şirkəti və “İmam Rza Fondu”ndan sonra İranın üçüncü ən varlı təşkilatı sayılır.
Bank sistemi SEPAH-ın nüfuz etdiyi çoxsaylı sahələrdən biridir. Belə ki, SEPAH bank adı ilə məşhur olan qurum İranın böyük dövlət bankı sayılır. Bu bank beynəlxalq sənədlərdə ABŞ Maliyyə Nazirliyi tərəfindən İran Aerokosmik Sənaye Təşkilatının (AİO) “seçim bankı” və İranın raket proqramı üçün xaricdən məxfi materialların əldə edilməsi üçün “maliyyə kanalı” kimi təsvir edilib.
SEPAH bank çoxmilyonluq əməliyyatları emal edir
ABŞ Xəzinədarlıq Departamentinin məlumatına görə, SEPAH bank AİO və onun tabeliyində olan şirkətlər üçün maliyyələşdirməni təşkil edir və çoxmilyonluq əməliyyatları emal edir. Bununla yanaşı, bank AIO-nun törəmə şirkətləri Shahid Hemmat Industries Group (SHIG) və Shahid Bakeri Industries Group (SBIG) üçün əsas maliyyə xidmətləri təminatçısı kimi çıxış edir. Qeyd edək ki, SHIG, həm də SBIG BMT Təhlükəsizlik Şurası tərəfindən İranın ballistik raket proqramında iştirakçı tərəf kimi müəyyənləşdirilib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, bu bank 2005-ci ildə Çin firması tərəfindən İrana nüvə raketləri ilə bağlı malların satışını maliyyələşdirib və AIO adından Koreya Mədən İnkişafı Bürosu (KOMİD) ilə əlaqəli Şimali Koreya firmasına 500.000 dollardan çox pul köçürüb. Xəzinədarlıq Departamenti tərəfindən SEPAH bank “Şimali Koreyanın ən yaxşı ballistik raket ixracatçısı” kimi göstərilib.
Vurğulayaq ki, bankın 1700-ə yaxın yerli filialı, Paris, Roma və Frankfurtda üç filialı, Londonda isə Bank Sepah International Plc adlı bir törəmə şirkəti fəaliyyət göstərir. SEPAH bankla birbaşa əlaqəsi olan iki şirkət - Omid (OIM Co) və broker Bank SEPAH (BSB Co) da bu şəbəkəyə daxildir. OIM Co və BSB Co ilə birlikdə SEPAH investisiya şirkətinin səhmlərinin 50 faizindən çoxuna sahibdir.
Yalnız hərbçilərə “xidmət etməli” idi...
Bankın yaranma tarixinin isə 1925-ci il olması oxucuları çaşdırmasın - bu bankın yaranma məqsədi hərbçilərə xidmət göstərmək idi. Belə ki, banka ilkin olaraq hərbi rütbəli kadrların pensiya fondundan 3,883,950 İran rialı sərmayə qoyulmuşdu və bank yalnız hərbi personalı kreditlər şəklində maliyyə yardımları ilə təmin etməli idi. Xidmət sahələrinin daha da artması nəticəsində isə bankın əhatəsi genişləndi. 1926-cı il martın 15-dən etibarən Rəştdə daha bir filialın açılması ilə Bank SEPAH təkcə hərbi qulluqçulara deyil, iş adamları kimi daha geniş ictimaiyyətə də xidmət göstərməyə başladı. Qeyd edək ki, SEPAH Bank bu yaxınlarda İranın daha 4 bankını və 1 kredit təşkilatını özünə birləşdirdi. Bunlar Ansar Bank, Mehr Eghtesad Bank, Hekmat Iranian Bank, Ghavamin Bank və Kosar Kredit Təşkilatıdır.
Beynəlxalq aləm SEPAH-ı nüvə zənginləşdirilməsi proqramının iştirakçısı kimi tanyır
Banka qarşı fərqli zamanlarda tətbiq olunan sanksiyaların maraqlı tarixçəsi var. Belə ki, ABŞ hökuməti 2008-ci il oktyabrın 23-də SEPAH-a və onunla əlaqəli bütün şirkətlərə, o cümlədən SEPAH banka da sanksiyalar tətbiq edib. 2007-ci il sentyabrın 25-də Konqresin Nümayəndələr Palatası SEPAH-ın adını terrorçu təşkilatlar siyahısına salandan sonra ABŞ hökuməti bu qurumla iqtisadi və ticari əlaqələrə girən hər hansı müəssisə və ya təşkilata sanksiyalar tətbiq edəcəyini bildirimişdi. Hökumət xarici dövlət və bankları kapitallarını İran banklarından çıxarmağa təşviq edərək SEPAH-ın və onun üzvlərinin ABŞ-dakı bütün bank hesablarını dondurmuşdu. ABŞ hökuməti bu sanksiyanı kütləvi qırğın silahlarının və raket texnologiyasının qanunsuz alış-verişi ilə məşğul olduğuna görə SEPAH-a və ona yaxın şirkətlərə, birbaşa SEPAH banka tətbiq etdiyini bildirmişdi. Həmin qərara əsasən sanksiyalar Çin, Cənubi Koreya, Şimali Koreya, Suriya, Rusiya, Sudan və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərərək SEPAH-la əməkdaşlıq edən 12 özəl və hərbi şirkətə də şamil olunmuşdu.
2016-cı il yanvar ayında isə nüvə proqramı ilə əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olundu. Beləliklə, SEPAH-a, dolayısı ilə SEPAH banka qarşı sanksiyalar müəyyən müddətə səngisə də, 2018-ci ilin may ayında ABŞ-ın bu plandan çıxdığını bəyan etməsi ilə sanksiyalar yenidən gündəmə gəldi.
Kanada da 2016-cı il fevralın 5-də SEPAH-ın İranın nüvə zənginləşdirilməsi layihəsindəki iştirakına görə quruma və ona yaxın şirkətlərə sanksiya tətbiq etdi.
2007-ci ilin aprelində isə Avropa İttifaqı SEPAH-ı həssas nüvə fəaliyyətlərində və İranın nüvə proqramlarında əlaqəli təşkilat kimi sanksiya siyahısına salsa da, 2016-cı ildə qurum bu siyahıdan çıxarıldı. Eləcə də, böyük Britaniya 2015-ci ildə qurumu və ona yaxın olan təşkilatları potensial kütləvi qırğın silahlarının satınalınması ilə bağlı narahatlıq doğuran qurum kimi siyahıya saldı, lakin 2017-ci ildə yenidən siyahıdan çıxardı.
SEPAH Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 24 mart 2007-ci il tarixli 1737 (2006) qətnaməsinə əsasən, İranın nüvə silahlarının yayılmasına həssas olan fəaliyyətlərində iştirakçı qurum kimi göstərlidi. BMT-nin sanksiyaları 17 yanvar 2016-cı ildə ləğv edildi.
Hizbullahı və Müqtəda əs-Sədri SEPAH müliyyələşdirir
Bu mənada, SEPAH məhz əlindəki maliyyə rıçaqları vasitəsilə dünyada bir sıra terror təşkilatlarının yaradıcısı və onun maliyyə dəstəkçisti kimi ittiham olunur. Təsadüfi deyil ki, ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Bəhreyn
SEPAH-ı terror təşkilatı kimi tanıyır. Almaniya və Aİ isə bu məsələni nəzərdən keçirir. Təbii ki, ortadakı şübhələr də genişdir. Məsələn, terrorçu təşkilat kimi tanınan “Hizbullah”ın məhz SEPAH və onun maliyyə qurumları tərəfindən dəstəklənməsi ilə bağlı bir sıra xəbərlər dolaşır ki, bunun da əsası var. Bundan başqa, hətta xarici ekspertlər də İraqın tanınmış şiə lideri, bu yaxınlarda siyasətdən çəkildiyini bəyan etmiş Müqtədə əs-Sədrin də SEPAH tərəfindən maliyyələşdirildiyini irəli sürür. Yayılan məlumatlara görə, son dövrlərdə İraqda İranın nüfuzunun aşağı düşməsi və digər sünni dövlətlərinin rəsmi Bağdada daha çox təsir göstərməsi əs-Sədri siyasətdən çəkilməyə vadar edib.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43

