Sülhməramlı kontingentin gələcəyi...
02.11.2022 [10:16]
Hər tərəfin öz fikri var
Azərbaycan və Rusiya prezidentlərinin, o cümlədən Ermənistanın baş nazirinin üçtərəfli Soçi görüşü bir sıra maraqlı məqamlarla yadda qaldı. Bu görüş Azərbaycanın qəti diplomatik qələbəsi ilə yekunlaşdı. Bununla belə, Rusiya prezidentinin bəzi açıqlamaları sual yaradır.
Sülhməramlılarla bağlı səsləndirilən fikirlər fərziyyələrdir
Məsələn, V.Putinin Rusiyanın regiondakı sülhməramlı kontingentinin xidmət müddəti ilə bağlı açıqlaması birmənalı qarşılana bilməz. Belə ki, Rusiya prezidenti Qarabağdakı Rusiya sülhməramlı kontingentinin gələcək taleyindən danışarkən bildirib ki, bunun üçün birgə razılıq olmalıdır: “Bilirsiniz, bu, digər məsələlərdən asılı olacaq. Misal üçün, sülh müqaviləsinin mümkün imzalanması və sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdən asılıdır. Əgər bu məsələlər həll olunsa, o zaman sülhməramlı məsələsi başqa cür qoyulacaq. Əgər həll olunmasa və ya hansısa həcmdə həll olunsa, o zaman bundan bizim sülhməramlıların taleyi asılı olacaq”.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Putinin ifadə etdiyi fikirlər onun şəxsi fikridir. Sülhməramlıların gələcəyi, onların xidmət müddəti ilə bağlı isə hər tərəfin öz fikri var: “Bu məsələ ilə bağlı hər tərəfin öz fikri var. O demək deyil ki, proses Putinin fikirləri əsasında gerçəkləşəcək. Məsələn, Putin özü etiraf edir ki, müharibədən öncə Kəlbəcər və Laçının Azərbaycana verilməməsi ilə bağlı plan vardı. Amma vəziyyət elə gətirdi ki, bu planlar həyata keçmədi. Sülhməramlılarla bağlı da səsləndirilən fikirlər fərziyyələrdir. Burada əsas məqsədlərdən biri erməni tərəfinə “biz bu məsələni yaddan çıxarmamışıq” kimi mesaj verməkdir. Çünki Paşinyan görüş ərəfəsində bu məsələni gündəmə gətirmək istəmişdi və bildirmişdi ki, sülhməramlıların regionda hətta 20 il qalmasını arzulayır. Ola bilsin ki, Rusiya prezidentinin fikirləri bununla bağlıdır. Amma bu onların fikirləridir və bu fikirlərin bizə aidiyyatı yoxdur. Bizim mövqeyimiz aydındır. Heç bir statusdan söhbət belə gedə bilməz və sülhməramlılar da öz fəaliyyətlərini sülh müqaviləsinin imzalanması ilə yekunlaşdırmalıdırlar ki, məsələ birdəfəlik həll edilsin”.
Azərbaycan irəli sürdüyü təkliflər əsasında sülhün imzalanmasını istəyir
V.Putin üçtərəfli görüşünün yekunları ilə bağlı mətbuat konfransında sülh müqaviləsi ilə bağlı məsələyə də toxunub. O bildirib ki, sülh müqaviləsi hələlik yoxdur: “Hələlik bu sənədin əsas tərkibi haqqında danışmaq tezdir. Ona görə ki, bu, yəqin Rusiyanın vasitəçiliyi ilə hər iki tərəfin nail olacağı güzəştlər predmetidir”.
Maraqlıdır ki, Rusiya dövlət başçısının fikirləri sanki sülh prosesinin uzadılmasına xidmət göstərir. Politoloq İlqar Vəlizadə bu məsələyə də münasibət bildirib və vurğulayıb ki, Rusiya və Ermənistanın sülh müqaviləsinin imzalanmasındakı maraqları həmin müqavilənin mətni ilə bağlı dəyişir: “Ermənistan dəfələrlə bildirib ki, biz sülh müqaviləsi imzalamağa hazırıq. Amma bu sülh müqaviləsi ümumi bir xarakterli sənəd olacaqsa, buna Azərbaycan razı olmayacaq. Azərbaycan konkret olaraq irəli sürdüyü təkliflər əsasında sülhün imzalanmasını istəyir. Azərbaycanın təklifləri üzərində tərtib olunmuş sülh müqaviləsinə isə nə Rusiya, nə də Ermənistan razı deyil. Bunu açıq demək lazımdır. Rusiya tərəfi gizlətmir ki, bəzi məsələlərlə razı deyillər. Hətta “Qarabağ” sözünün ifadə olunması məsələsində belə fikir ayrılığı var və Putin də bildirib ki, biz bu məsələni hələ müzakirə edəcəyik. Amma onlar bu məsələni kiminlə müzakirə edəcəklər, bu bilinmir. Cənab Prezident İlham Əliyev Soçidə bildirdi ki, Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur”.
Biz digər xəritələrdən də istifadə edə bilərik
Rusiya dövlət başçısı öz çıxışında Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinə də toxunaraq bildirib ki, üçtərəfli görüşdə bu haqda çox danışılıb: “Biz sərəncamımızda olan Sovet Ordusunun Baş Qərargahının xəritələrini təqdim etməyə hazırıq. Onlar ən dəqiq xəritələrdir. Bu bazada hər iki tərəflə irəli getməyi müzakirə etməyə hazırıq. Biz razılaşdıq ki, bu təmaslar, danışıqlar və məsləhətləşmələr davam etdiriləcək”.
Bəs bu xəritələr hansı illərin xəritələridir və həmin xəritələr əsl reallığı özündə əks etdirirmi? Politoloq İ.Vəlizadənin fikrincə, Putin burada 1970-ci illərdə tərtib olunmuş topoqrafik xəritələri nəzərdə tutur. Azərbaycan SSRİ və Ermənistan SSRİ-nin inzibati sərhədləri bu xəritələrə uyğun müəyyənləşdirilmişdi: “Həmin xəritələrə əsasən bizim ərazimiz 86.6, Ermənistanın ərazisi isə 29, 8 min kv kilometr kimi müəyyənləşdirilmişdi. Ona görə məntiqlə bu xəritələr əsas üçün götürülə bilər. Amma erməni tərəfi bu xəritələrlə də razı deyil. Onlar deyirlər ki, fərqli xəritələr əsas götürülsün. Biz də onda deyə bilərik ki, biz tamam fərqli xəritələrə müraicət edəcəyik. Şərti olaraq 1970-ci illərin xəritələri orientir kimi təklif edilir. Amma bu o demək deyil ki, biz digər xəritələrdən istifadə etməyəcəyik”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27

