Yeni qanun layihəsi müasir siyasi çağırışlara cavab verir
27.10.2022 [10:34]
Azər Badamov: Qəbul olunacaq qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək
Elşad Mirbəşir: İnanıram ki, təkmil yeni qanun layihəsi qəbul ediləcək
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi gündəmin əsas müzakirə predmetlərindəndir. Mövcud Qanun 30 il bundan əvvəl - 1992-ci ildə qəbul edilib. Bu mənada, artıq yeni siyasi çağırışları nəzərə alsaq, Qanunun da yenilənməsinə ehtiyac duyulur. Parlamentdə təmsil olunan siyasi partiyalar “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı parlament rəhbərliyinə müraciət edib. Beləliklə, ərsəyə gələn yeni qanun layihəsi Azərbaycanda mövcud olan siyasi sistemin ciddi məqamları nəzərə alınmaqla hazırlanıb. Qanunun hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərə alınıb. Qanunun hazırlanması ilə məşğul olan ekspert Komissiyası tərəfindən isə iyirmi ölkənin bu sahədəki təcrübəsi diqqətlə öyrənilib və araşdırılıb. Qanun layihəsinin hazırlanmasında ölkədə olan siyasi partiyalardan gələn təkliflər də mühüm rol oynayıb. Sənədlə bağlı 47 siyasi partiyadan 250-yə qədər təklif gəlib. Bu təkliflər qruplaşdırılıb, təhlil edilib. Bəlli olduğu kimi, Milli Məclisdə oktyabrın 24-də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı dinləmələr keçirildi və dinləmələrdə iştirak edən siyasi partiya təmsilçiləri, ekspertlər də layihə ilə bağlı öz fikirlərini bölüşdülər. Yeni qanunun mahiyyət etibarı ilə yeni siyasi çağırışlara cavab verdiyi, o cümlədən son illərdə Azərbaycanda həyata keçirilən çoxvektorlu siyasi islahatlarla da uyğun gəldiyi vurğulandı.
Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan son 30 ildə böyük inkişaf yolu keçib. Demək olar ki, cəmiyyətin hər bir sahəsində böyük dəyişikliklərə imza atılıb: “Sevindirici haldır ki, ölkənin siyasi spektrının mütləq əksəriyyətini təşkil edən siyasi partiyalar arasında dialoq mühiti, milli maraqları kəsb edən məsələlərdə vahid mövqedən çıxış etmək mədəniyyəti formalaşıb. 44 günlük Vətən müharibəsində siyasi baxışlarından asılı olmayaraq, demək olar ki, bütün partiyaların birləşməsi və xalqımızın haqq işinin dəstəklənməsi yeni siyasi reallıqdır. Həmin dövrdə siyasi partiyaların birgə bəyanatı, həm də dünya ictimaiyyəti üçün mühüm bir mesaja çevrildi. Azərbaycan xalqının Qarabağ uğrunda mübarizədə vahid bir gücə çevrildiyini göstərən bu bəyanat milli həmrəyliyi nümayiş etdirdi. Bu, eyni zamanda, onu göstərdi ki, heç bir fərqli xarici maraq və ya güc həmin partiyalardan hansısa məkrli planlarında istifadə edə bilməz. Xalqımız Azərbaycan dövlətini qorumaq, gücləndirmək üçün mübarizəyə hazırdır. Müharibədə qazanılmış qələbədən sonra isə yaranmış yeni reallığa uyğun siyasi partiyaların aktivliyinin artırılması və siyasi proseslərdə iştirak edərək cəmiyyətin aktiv qüvvəsinə çevrilməsi aktuallaşıb. Bu mənada, artıq yeni siyasi çağırışları özündə əks etdirən yeni qanuna da ehtiyac duyulur. Bəlli olduğu kimi, yeni qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Qanun layihəsində siyasi partiyaların fəaliyyətində keyfiyyətin artmasına xidmət edəcək dəyişikliklər nəzərdə tutulur. Hesab edirəm ki, qəbul olunacaq qanun layihəsi ölkəmizdəki siyasi mühiti keyfiyyətcə yeni mərhələyə daxil edəcək”.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşir də ölkəmizdə iqtisadi və idarəetmə sistemində davamlı islahatların aparıldığını diqqətə çatdırıb. Millət vəkilinin sözlərinə görə, siyasi mühitin daha da demokratikləşdirilmə prosesi davam etməkdədir, yeni siyasi konfiqurasiya formalaşdırılıb. Yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin inkişafı dayanır ki, bu da, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtdir. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev öz çıxışlarında da hər zaman bildirib ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır: “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Qeyd edək ki, bu gün siyasi partiyaların siyasi sistemə töhfələr verməsi üçün geniş spektr mexanizmi mövcuddur. Parlamentdə çoxpartiyalı sistemin mövcudluğu ölkədə siyasi dialoq mühitinin daha da münbitləşməsində əsaslı rol oynayır. Ən ümdəsi isə, Azərbaycan bu gün özünün şanlı tarixini yaşayır. İstər Vətən müharibəsində əldə olunan qələbə, istərsə də beynəlxalq münasibətlər sistemində tutduğumuz yer yeni siyasi reallıqların nəticəsidir. Bu mənada, ölkədə siyasi partiyalar arasındakı münasibətlər də yeni məcraya qədəm qoyub”.
E.Mirbəşirin fikrincə, Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, müasir dövrün çağrışlarındandır. Bu baxımdan, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasına bu islahatların tərkib hissəsi kimi baxmaq lazımdır: “Yeni inkişaf hədəfləri kontekstində “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulu zərurətdən irəli gəlir. Nəzərə almaq lazımdır ki, mövcud “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib. Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi. Fikrimcə, layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Artıq qanun layihəsi ilə bağlı ilkin dinləmə baş tutub. Yeni dinləmələrin keçirilməsi də istisna olunmur. İnanıram ki, son nəticədə müasir siyasi tələblərə cavab verən, təkmil yeni qanun layihəsi qəbul ediləcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24

