Sülh qiyafəli 40 avropalı
14.10.2022 [10:27]
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaza, Ermənistan-Azərbaycan sərhədinə mülki missiya göndərilməsi məsələsi reallaşır. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar oktyabrın 10-da Avropa Parlamentində müzakirələr zamanı belə məlumat verib.
O, bildirib ki, Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə mülki missiya ilə bağlı qərar üzv dövlətlər tərəfindən verilməlidir: “Bu məsələ Siyasi və Təhlükəsizlik Komitəsində müzakirə olunacaq”.
Klaar fikirlərinə belə davam edib: “Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildən artıq bir müddətdə davam edib. 30 ildən çox davam edən münaqişə zamanı Azərbaycanın böyük bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycanlılar 100 min köçkünü, qəbiristanlıqların təhqir olunmasını, kəndlərin, şəhərlərin dağıdılmasını göstərə bilər. Bu gün vəziyyət radikal dərəcədə fərqlidir. 2020-ci ildə müharibədən sonra atəşkəs imzalandı və Azərbaycanın itirdiyi torpaqlar qayıtdı. Azərbaycan indi bu şəhərlərdəki infrastrukturu bərpa etməyə çalışır. Baxmayaraq ki, ölkə bu gün təmizlənməmiş minalar və partlamamış sursatlar kimi vacib bir problemlə üzləşir”.
Aİ-nin xüsusi nümayəndəsi qeyd edib ki, Aİ Azərbaycanın minalardan təmizləmə səylərinin ən böyük dəstəkçisidir: “Biz burada stabilliyin dialoq yolu ilə əldə olunmağını istəyirik. Biz tərəfləri sülh istiqamətində konkret addımlar atmağa, əldə olunan razılaşmaların müddəalarına əməl etməyə təşviq edirik”. Klaar xüsusi olaraq Birinci Qarabağ müharibəsində itkin düşən 4000 azərbaycanlının məsələsinə də toxunub: “1990-cı illərdə müharibədən sonra minlərlə insan hələ də itkindir və onların çoxu azərbaycanlıdır. Minlərlə insan hələ də öz sevdiklərini, ailə üzvlərini gözləyir, onların başına nə gəldiyini bilmir. Bunlar hamısı araşdırılmalıdır. Bütün olanlara, ötən həftələrdə üzləşdiyimiz çətinliklərə baxmayaraq, qarşıya baxdıqda deyə bilərəm ki, Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda - Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasına töhfə vermək istiqamətində yaxşı mövqedədir. Regionda vəziyyət çox təhlükəli olaraq qalır, vəziyyət qeyri-stabildir. Ötən otuz ildən bəri qalmış qəzəb hissi var. Ancaq biz bu iki ölkənin qonşuları olaraq onlara kömək etməliyik. Kömək etməliyik ki, bunun öhdəsindən gəlsinlər. Çünki bu, Cənubi Qafqaz üçün vacibdir. Ədalətli sülhün əldə olunması istiqamətində görüləcək işlər çoxdur”.
İlkin məlumata görə, missiya yaxın günlərdə artıq Ermənistanda olacaq. 40 nəfərdən ibarət heyətlə təmsil olunacaq missiya iki ay müddətində qalacaq. Azərbaycan isə onlarla yalnız əməkdaşlıq edəcək, yəni bizim ərazilərdə fəaliyyət göstərməyəcəklər.
Məsələ ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan siyasi şərhçi İlyas Hüseynov bu missiyanın həyata keçirilməsini Ermənistanın Rusiyaya qarşı demarş siyasəti olaraq dəyərləndirir. Politoloq regionda hərbi təxribatların baş verməsi hallarını da istisna etmir: “Düşünürəm ki, Praqa görüşündə Azərbaycan və Ermənistan liderləri arasında əldə olunan razılaşmalarda Ermənistan ərazisinə Avropa İttifaqının mülki missiyasının gəlməsi bir yenilikdir. Və bu missiyanın ölkəmizin ərazisində yerləşdirilməsinə Azərbaycan qarşı çıxdı. Çünki regiona yeni oyunçunun gəlməsi, hətta mülki qiyafədə olsa da, ölkəmiz üçün qəbulolunmazdır. Lakin Ermənistan böyük həvəslə bu missiyanı qəbul etməyə razılaşdı və hazırkı durumda bunun həyata keçirilməsi gözlənilir. Bu missiya açıq-aydın şəkildə Ermənistanın Rusiyaya qarşı demarş siyasətidir. Ermənistan həm 102-ci bazanın ölkədən çıxarılmasını, eləcə də KTMT-dən Ermənistanın iştirakının sonlandırılması kursunu götürüb və bunu açıq ifadə edirlər, gizlətmirlər. Eyni zamanda, mülki missiyanın regiona gəlməsindən sonra hərbi təxribatlar da baş verə bilər. Hərbi təxribatlar isə region üçün yeni bir mənfi ssenari formalaşdıracaq. Ola bilsin ki, hansısa formada Avropa İttifaqının mülki missiyası hərbi missiyaya çevrilsin”.
Ekspertin sözlərinə görə, bu, Ermənistan ərazisində artıq iki geosiyasi qütb ordularının yerləşdirilməsi, regional hərbi-siyasi balansın pozulması və Rusiyanın Cənubi Qafqazda mövqelərinin itirilməsi anlamına gələcəkdir: “Düşünürəm ki, bunun üçün Azərbaycan sərhədlərin etibarlı şəkildə mühafizəsini təşkil etməlidir, eyni zamanda, Ermənistanın daxilində də hansısa təxribatların baş verməməsi üçün bəzi təhlillər və tədqiqatlara ehtiyac vardır”.
Politoloq onu da qeyd edib ki, təxribatların baş verməsi mülki missiyanın işinə də mənfi təsir göstərə bilər: ”Başqa bir tərəfdən, Ermənistan ordusu da monolit deyil. Ermənistan ordusunda revanşist qüvvələrə sadiq olanlar da var və Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti hələ tam olaraq təmizlənməyib. Onların təxribatları, həm də mülki missiyanın işinə mənfi təsir göstərə bilər. Mülki missiyanın işi isə müşahidələrin, monitorinqlərin delimitasiya komissiyasına ötürülməsidir və delimitasiya komissiyası məhz Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi üzərində çalışmalıdır. Ona görə vəziyyəti gərginləşdirməyə çalışan tərəf İrəvandır və onlar bu missiya vasitəsi ilə həm vaxt udmaq, həm də kənar oyunçuları regiona cəlb etmək niyyəti güdür. Paşinyan elə ötən ilin ortalarından beynəlxalq qüvvələrin və güclərin regiona cəlb edilməsinin tərəfdarı kimi çıxış edirdi. ATƏT və BMT onun əsas istəyi idi. Lakin son dövlər Fransa və ABŞ güclərinin regiona cəlb edilməsi kursu götürülüb”.
“Təbii ki, arzuolunandır ki, bu mülki missiya tam həcmdə və geniş miqyasda öz işlərini görsün, delimitasiya prosesi sabitlik şəraitində keçirilsin və sülh müqaviləsinin imzalanması üçün mühüm töhfə olsun. Lakin Ermənistanın xislətini biz dərindən bildiyimiz üçün prosesin heç də hamar olmayacağını proqnozlaşdırırıq”, - deyə İ.Hüseynov fikirlərinə yekun vurub.
Nicat PAŞA
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45

