Ana Yasa dəyişirmi?
03.09.2022 [10:12]
Türkiyə Prezidenti buna ehtiyac olduğunu deyir
Türkiyədə Konstitusiya dəyişikliyinə ehtiyac var. Cümə axşamı Türkiyə Ali Məhkəməsində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib.
O, qeyd edib ki, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir. Türkiyə lideri xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Əsas Qanunu layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb. Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə artıq bir sıra ölkələrdə tətbiq olunan “hüquqi müdafiə sığortası” sistemini tətbiq etməyi planlaşdırır. “Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik! Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, - deyə dövlət başçısı əmin edib.
Türkiyə prezidenti çıxışında Avropa İnsan Haqları Məhkəməsini (AİHM) tənqid edib. Ərdoğan AİHM-i ədalət prinsiplərindən uzaq siyasi motivli qərar qəbul edən qurum adlandırıb: “Türkiyədən söhbət gedəndə siyasi motivli hökmlər verilir, Almaniya və ya Fransada iddialar müzakirə olunanda isə tamam başqa planla qərarlar verilir”.
Qeyd edək ki, Türkiyə Respublikasının hazırkı Konstitusiyası 7 noyabr 1982-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib. Bu Konstitusiyanın layihəsi 12 sentyabr hərbi çevrilişindən sonra hərbi rəhbərliyin əmri ilə Məşvərət Məclisi tərəfindən hazırlanıb və 23 sentyabr 1982-ci ildə Məşvərət Məclisi, 18 oktyabr 1982-ci ildə Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib. Konstitusiya referendum nəticəsində 91,37 faiz lehinə olmaqla qəbul olunub.
Konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi və ona dəyişiklik təklif edilməsi dördüncü maddə ilə qadağandır. Türkiyə Konstitusiyasına 1987-ci, 2007-ci, 2010-cu, 2017-ci illərdə dəyişiklik edilib. Konstitusiyada 7 bölmə, 177 maddə və 16 müvəqqəti maddə var. 1980-ci il hərbi çevrilişinin əsas “səbəbi” olaraq dövlətin zəifliyi göstərildiyi üçün tərtib edilən yeni konstitusiyanın əsas məqsədi dövləti gücləndirmək, onu müxalifətdən qorumaq olmuşdu. Çevrilişçilərin qurduğu Milli Məclis ilə hazırlanmış olan yeni Konstitusiyaya “Milli Güvenlik Konseyi” tərəfindən bəzi dəyişikliklər edilib, hazır vəziyyətə gətirilmişdi. 1982-ci il konstitusiyası, əsasən, 12 sentyabr 1980-ci il tarixindən əvvəl ortaya çıxan problemləri aradan qaldırmaq və qanunların icrası zamanı ortaya çıxan narahatlıqlara son vermək üçün hazırlanmış konstitusiyadır. Dövlətin güclənməsi onun icraedici gücü ilə əlaqələndirilmiş, hətta dövlətin fövqəladə hallarda konstitusiyaya zidd qanunlar qəbul etməsinə belə icazə verilmişdi. İcraedici orqanların qərarlarına mühakimə orqanı nə qədər nəzarət etsə də, hökumətin hətta insan hüquqlarına qarşı olan qərarlar qəbul etməsinə də şərait yaradılmışdı.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, Konstitusiya hər bir ölkənin idarə edilməsində, dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində, hüquqi dövlət quruculuğu prosesində ən önəmli aktıdır. Bu baxımdan, labüd olan inkişaf bəzi məqamlarda ən ideal hesab olunan sənədlərin də yenilənməsini, müasir tələblərə uyğunlaşdırılmasını tələb edir. Yeni Konstitusiyanın qəbulu və ya ona hər hansı bir dəyişiklik, əlavə isə yalnız ümumxalq səsverməsi - referendum yolu ilə baş tutur: “Təbii ki, indiki halda Türkiyədə Ana Yasanın dəyişdirilməsi və ya yenidən qəbulu bu ölkənin siyasi dairələrinin verəcəyi bir qərardır. Xalqın bu qərara rəyi olduqca böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə isə, Türkiyə son 20 ildə böyük bir yol keçib. Son dövrlərdə isə bu irəliləyiş, bu inkişaf daha çox nəzərə çarpmaqdadır. Artıq Türkiyə regional deyil, qlobal siyasi aktor qismində çıxış edir. Belə olduğu halda isə müəyyən yeniliklər və ya dəyişikliklər də zəruri hal ala bilər”.
R.Həsənin sözlərinə görə, 1982-ci ildə qəbul edilmiş Türkiyə Konstitusiyasının dövlətin gücünü qorumaq prinsipi daha prioritet idi. “Məsələn, 1961-ci il konstitusiyasında məhdudiyyətlər istisna, azadlıq isə qayda olaraq yer alırdısa, 1982-ci il konstitusiyasında əksinə - məhdudiyyətlər daha önəmli yer tutmuşdu. Düzdür, sonradan bir sıra dəyişikliklər və əlavələr edilsə də, Konstitusiyanın mahiyyəti dəyişmədi. İndiki halda, insan hüquq və azadlıqlarının daha geniş təsbit edilməsi, dövlətin bu istiqamətdə məsuliyyəti əsas qanunların ana xəttini təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası ən gözəl örnəkdir. Konstitusiyamızın üçdə iki hissəsi insan hüquq və azadlıqlarının təsbitinə həsr olunub. Yəqin ki, Türkiyə lideri də bütün bunları nəzərə alaraq belə bir fikir irəli sürüb”, -deyə R.Həsən əlavə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

