Azərbaycan dövləti hər zaman öz maraqlarını qorumağı bacarır
06.01.2011 [12:27]
Geridə qoyduğumuz 2010-cu il ölkəmiz üçün istər iqtisadi, istərsə də siyasi sferada böyük uğurlarla müşayiət olundu. Müstəqil Azərbaycan dövləti bir sıra mühüm istiqamətlərdə böyük üstünlüklər əldə etdi. Eyni zamanda, ölkəmiz 2010-cu ildə də balanslaşdırılmış və hər bir ölkə ilə bərabərsəviyyəli münasibətlərə söykənən əlaqələrin inkişaf etdirilməsinə yönəlik siyasət nümayiş etdirdi. Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilən Azərbaycan atdığı bütün addımlarda, qəbul etdiyi bütün qərarlarda yalnız milli maraqları konteksindən çıxış etdi. Bütün bunlarla yanaşı, ölkəmizdə daxili sabitliyin qorunub saxlanılması, xalqla hakimiyyətin vəhdəti bütünlüklə kompleks inkişafın daha da sürətlənməsinə zəmin yaratdı.
Təbii ki, bu uğurlar bir sıra maraqlı güclərin planları ilə uyğun deyil. Bölgədə sabitliyin, inkişafın qarşısını almaq, öz korporativ maraqları çərçivəsində nəticələrə nail olmaq üçün ölkəmizə qarşı böhtan kampaniyaları aparılır. Bu kampaniyalar isə əsassız fikirlərə, yalanlara “söykənir”.
ötən il dekabrın 29-da “Jurnalistlərin dostu” mükafatının təqdimetmə mərasimindəki çıxışında Prezident İlham Əliyev də bu məsələyə toxunub: “Azərbaycana qarşı böhtan kampaniyasının əsas səbəbi ondan ibarətdir ki, ölkəmiz müstəqil siyasət aparır, heç kimin qarşısında baş əymir, heç kimin sözü ilə oturub-durmur, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tutur”.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün Azərbaycan dövləti bütün sahələrdə öz milli maraqları kontekstindən çıxış edir. İstər ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu qlobalmiqyaslı layihələrin gerçəkləşməsi prosesində, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın birmənalı şəkildə dövlət mənafeyindən çıxış etməsi məhz həmin qüvvələrin bu yollara əl atmasına gətirib çıxarır. Bəli, bu faktdır ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində geri çəkilmir və beynəlxalq təzyiqlərə qarşı mübarizə, dözümlülük göstərir.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan öz yolundan dönməyəcək: “Əlbəttə, elə dairələr var ki, bizim belə açıq hərəkətlərimiz onların xoşuna gəlmir. ölkə daxilində onların əlində rıçaqların olmaması onları bu çirkin yola getməyə sövq edir. Ancaq biz buna gərək soyuqqanlı yanaşaq. Bu, müasir mübarizənin-siyasi mübarizənin bir üsuludur. Biz emosiyaya qapılmamalıyıq. Ancaq biz öz yolumuzdan da dönməyəcəyik. Bütün bu böhtançı qüvvələrə ən yaxşı cavabımız öz strateji xəttimizə sədaqətimizdir. Azərbaycan bu yoldan dönməyəcək, Azərbaycana təzyiq etmək mümkün deyildir. Bütün təzyiq cəhdləri uğursuzluqla nəticələndi, bizə nə qədər çox təzyiq cəhdləri göstərilirsə, biz o qədər də mətin, dönməz, əyilməz və inadkar oluruq”.
Bu, bir daha Azərbaycan Prezidentinin, dövlətimizin milli mənafeyinin qorunması üçün nə qədər böyük səy göstərdiyini sübuta yetirir. Bəli, Azərbaycan dövləti öz haqq işindən bir addım da geri çəkilmək fikrində deyil. çirkin kampaniyalarla xalqımıza, dövlətimizə təzyiq edəcəyini fikirləşənlər isə göründüyü kimi səhv yoldadırlar. Onlar Azərbaycanda mövcud olan xalq-hakimiyyət birliyinə xələl gətirmək gücündə deyillər. çünki xalqımız ölkəmizdə keçirilən bütün seçki kampaniyalarında yalnız dövlətçilik və xalqın mənafeyini qoruyan siyasi qüvvələri dəstəklədiyini əyani nümayiş etdirib.
Azərbaycan Prezidenti öz çıxışında bildirib ki, bütün bu təzyiqlərə qarşı xalqımız iradə ilə mübarizə aparmalıdır: “Azərbaycan müstəqil ölkədir. Azərbaycanın gələcəyi Azərbaycan xalqının əlindədir. Azərbaycan xalqının iradəsi hər şeydən üstündür və hamımız çalışmalıyıq ki, ölkəmizi qoruyaq. İstisna olunmur ki, gələcəkdə bizə qarşı təzyiqlər daha da güclənsin. çünki ölkəmizin coğrafi vəziyyəti, bölgədə gedən proseslər, Azərbaycanın güclənməsi və qüdrətli, müasir dövlətə çevrilməsi, əlbəttə, hesab edirəm ki, gələcəkdə bu təzyiqlərin artmasına gətirib çıxara bilər”.
Həqiqətən də, Azərbaycanın inkişafını, güclənməsini, varlanmasını istəməyən, buna qarşı bütün çirkin kampaniyalara əl atan, ölkəmizdəki siyasi sabitliyi pozmağa çalışanlara qarşı xalqımız öz mövqeyini ortaya qoymalı, barışmaz olmalıdır. Dünyada gedən qlobal siyasi oyunlar müstəvisində öz xalqının mənafeyini layiqincə qoruyan azsaylı dövlətlərdən olan Azərbaycan hər zaman öz xalqına arxalanıb. 2011-ci ildə əldə olunacaq uğurların da təməlində xalqımızın dövlətimizə dəstəyi və dönməz iradəsi dayanacaq...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49

