Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Regionun təhlükəsizlik məsələləri Soçidə müzakirə olundu

Regionun təhlükəsizlik məsələləri Soçidə müzakirə olundu

06.08.2022 [10:30]

Türkiyə - Rusiya razılaşmaları hansı yeniliklər vəd edir?

Dünən Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. İkitərəfli görüş öncəsi dövlət başçılarının 5 mühüm gündəm məsələsini müzakirə edəcəkləri bildirilirdi. Bunların Suriyada təhlükəsizliklə bağlı planlaşdırılan anti-terror əməliyyatları, regionda terrora qarşı mübarizədə həmrəylik, Rusiya ilə Ukrayna arasında sülhün tezliklə bərpa olunmasının zəruriliyi, taxıl dəhlizi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlərin olduğu qeyd edilib.

Soçi səfərində Türkiyə Prezidentini xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez, xəzinə və maliyyə naziri Nurəddin Nebati, ticarət naziri Mehmet Muş, kənd təsərrüfatı və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Prezident Admin?strasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Prezidentin sözçüsü İbrahim Kalın və MİT sədri Hakan Fidan müşayiət edib.

V.Putinin dəvəti ilə Soçiyə gələn Türkiyə lideri görüşdən əvvəl keçirdikləri mətbuat konfransında bir sıra açıqlamaları ilə yadda qalıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, prezident Ərdoğan nümayəndə heyətləri arasında Türkiyədə baş tutan görüşlərin müsbət keçdiyini, siyasi və ticari məsələlər ətrafında tam şəkildə müzakirələr aparıldığını bildirib. Onun sözlərinə görə, bu danışıqların nəticələri Türkiyə-Rusiya münasibətlərini daha yüksək səviyyəyə daşıyacaq.

Bunun qarşılığında isə prezident Putin “Avropa Ərdoğana minnətdar olmalıdır”, - deyib. O həm də qeyd edib ki, Ukrayna taxılının Qara dəniz limanlarından daşınmasına başlanılmasında uğur əldə edilib. “Türkiyədə keçirilən danışıqlarda ikitərəfli əməkdaşlığımızın əsas istiqamətləri müzakirə edilib. Yenə də müzakirə ediləcək çoxlu məsələlər var. Qarşılıqlı ticarətin həcmi artmaqdadır. Həyata keçirməyi planlaşdırdığımız bir çox strateji layihələr var. Mühüm marşrut olan Türkiyə axını xəttinin tikintisi başa çatıb. Türk axını nizamlı və tam işləməyə davam edir və yalnız təbii qaz nəql etmir. Heç bir problem olmadan Türkiyəyə neft, kömür, təbii qaz ixrac edirik. Rusiya ərzaq məhsulları, Rusiya gübrələri dünyaya satılır. Bu, inkişaf etməkdə olan ölkələr üçün həssas məsələdir”, - deyə Putin əlavə edib. Rusiya prezidenti bildirib ki, ərzaq böhranı səbəbindən ciddi problemlər yarana bilərdi: “Prezident Ərdoğanın şəxsi töhfələri sayəsində anlaşma memorandumunu imzaladıq. Türkiyə və Rusiya Suriya böhranı başda olmaqla, bütün böhranların həllinə ciddi töhfələr verir. Və razılaşdığımız kimi, ümid edirəm ki, bu gün biz nümayəndə heyətimizin cəmi bir-iki gün əvvəl Türkiyədə işləyərkən əldə etdiyi razılaşmaları nəzərə alaraq, ticarət-iqtisadi əlaqələrimizin inkişafı ilə bağlı müvafiq memorandum imzalaya biləcəyik”.

Son dəfə Tehranda görüşdüklərini xatırladan Rusiya Prezidenti “Soçidə görüşməzdən əvvəl Rusiya hökumətinin iqtisadi blokunun nümayəndə heyəti sizin dəvətinizlə Türkiyəyə səfər etdi və həmkarlarımızla əməkdaşlığımızın bütün ən mühüm sahələrini işləyib hazırladı. Təkcə onu xatırlatmaq kifayətdir ki, ötən il ticarət dövriyyəmiz 57 faiz, bu ilin ilk aylarında isə may ayı daxil olmaqla iki dəfə artıb”, - deyə əlavə etdi.

Prezident Putin Rusiyanın böyük layihələri olduğunu və “Akkuyu” AES-in tikintisinin hamıya məlum olduğunu vurğuladı.

Rusiya prezidenti əmin olduğunu bildirib ki, ikitərəfli müzakirələrdə uzun müddətdir hər iki ölkənin məşğul olduğu problemlərdən də - bölgədəki təhlükəsizlik məsələləri və ilk növbədə, Suriya böhranından da danışılacaq: “Burada Türkiyə və Rusiya vəziyyətin normallaşmasına çox böyük töhfə veriblər və biz də təbii ki, bu mövzunu nəzərdən qaçırmayacağıq”.

Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, iki ölkənin nümayəndə heyətləri arasında Türkiyədə keçirilən görüşlər səmərəli olub. O vurğulayıb ki, bu görüşlərdə siyasi, iqtisadi və kommersiya sahələrindəki məsələlər müzakirə edilib: “Enerji sahəsində, taxılın Qara dəniz xətti ilə ixracı, turizmlə bağlı danışıqlar, nəqliyyatla bağlı atılan addımlar nümayəndə heyətlərimiz tərəfindən müzakirə edilib. Təkbətək görüşdə də bu məsələlər müzakirə olunacaq”.

“Terrorla mübarizədə həmrəyliyimiz böyük əhəmiyyət kəsb edir”, -deyən prezident Ərdoğan bu mövzuda atılacaq addımların səyləri daha da gücləndirəcəyinə inandığını bildirib. Bundan başqa, Türkiyə lideri bu görüşün əhəmiyyətinə də toxunub: “Bu gün dünyanın gözü Soçiyə dikilib: onlar Soçidə nə edəcəklər, nəyi müzakirə edəcəklər? Yəqin ki, dünya bizim Soçi görüşümüzü diqqətlə izləyir. Və bizim görüşümüzdən sonra bəlkə də ən yaxşı cavab bu dairələrə, həmin şəxslərə göndəriləcək”.

“Akkuyu” AES-in inşasına toxunan Rəcəb Tayyib Ərdoğan bildirib ki, “Akkuyu” AES-in enerji sektorunda böyük əhəmiyyəti var: “Biz uğur qazandıq, müəyyən bir nöqtəyə gəldik: həqiqətən də “Akkuyu”da proses elə davam edir ki, heç bir gecikmə olmasın, bütün bu işlər qrafikə uyğun getsin və bütün işlər plan üzrə tamamlansın, çünki bu, bizim üçün böyük əhəmiyyət kəsb edir. Türkiyənin enerjiyə olan ehtiyacı - on faizi sadəcə olaraq, “Akkuyu” AES vasitəsilə təmin ediləcək”.

Türkiyə-Rusiya münasibətlərində yeni səhifə açılacağını deyən Türkiyə lideri bunun həm enerji, həm “taxıl dəhlizi”, həm də nəqliyyatla bağlı olduğunu söylədi: “Bu, enerjiyə də aiddir, bu, xüsusən də Qara dənizdən keçən “taxıl dəhlizi”nə aiddir. Bütün bu məsələlərlə bağlı - turizm, nəqliyyatla bağlı bu sahələrdə addımlar atılıb. Bütün bu məsələlərlə yanaşı, regionda atılan addımlar da var”.

Türkiyənin nöqteyi-nəzərindən Rusiyanın bu baxımdan dünya səhnəsində xüsusi rolu olduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan terrorizmlə mübarizənin regionda vəziyyəti asanlaşdıracağına əmin olduğunu bildirdi. Türkiyə prezidenti “Bu baxımdan bizim həmrəyliyimiz böyük əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı bizim addımlarımız, görüşlərimiz - bu tendensiyanı, əlaqələrimizi gücləndirəcək” - deyə əlavə etdi.

PƏRVİZ

Paylaş:
Baxılıb: 134 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31