Gürcüstanda hakimiyyətdaxili çatlar...
08.06.2022 [10:33]
Prezident niyə məhkəməyə verildi?
P.İSMAYILOV
Gürcüstanda hakimiyyətdaxili siyasi vəziyyət gərginləşib. Belə ki, Gürcüstan hökuməti prezident Salome Zurabişviliyə qarşı hakimiyyət qolları arasında hüquq və səlahiyyətlərin dəqiqləşdirilməsi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Yayılan məlumatda, bu barədə hökumət administrasiyasının rəhbəri Revaz Cavelidzenin bazar ertəsi yayılan şərhində deyilir. Cavelidze vurğulayıb ki, Konstitusiya Məhkəməsinə müraciətə səbəb prezidentin hökumətin təklifi ilə bir sıra ölkələrdə səfir təyin etməkdən imtina etməsi olub. Nazirlər Kabinetinin fikrincə, səfirlərin təyin edilməsi və onların vəzifədən azad edilməsi Gürcüstan prezidentinin konstitusiya səlahiyyətlərinə aid deyil.
Qeyd edək ki, hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyası ilə prezident arasında mübahisələr Zurabişvilinin mart ayında parlamentə illik müraciətində çıxışı zamanı hökumətin razılığı olmadan bir sıra Avropa ölkələrinə şəxsi səfər etdiyini deməsindən sonra başlayıb. Hakim partiya prezidenti konstitusiyanı pozmaqda ittiham edib, daha sonra hökumət əlavə edib ki, prezident bir sıra səfirlərin təyinatına qarşı çıxıb. Diplomatların adları açıqlanmayıb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Konstitusiyaya görə, Gürcüstan parlamentli respublikadır. Xarici və daxili siyasətin əsas istiqamətlərini parlament müəyyən edir, onların həyata keçirilməsini isə baş nazirin rəhbərlik etdiyi hökumət həyata keçirir. Gürcüstan prezidentinə bir növ hakim rolu verilir. Bu baxımdan, parlament sözügedən addımı ata bilər. Amma ortada olan problemin sırf qeyd edilən səbəblərdən qaynaqlanması inandırıcı deyil: “Xatırlayaq ki, hələ fevral ayının sonunda Rusiya - Ukrayna münaqişəsi başlanan zaman Gürcüstan mühafizəkar mövqe nümayiş etdirmişdi və müəyyən məsələlərdə loyal qalmağa üstünlük vermişdi. Bu isə, hətta hökumət daxilində belə müəyyən narazılıqların səslənməsinə gətirib çıxarmışdı. Gürcüstanın Rusiya ilə məlum problemləri hər kəsə bəllidir və bu baxımdan, Tbilisinin Kiyevə tam dəstək verməsi tələb edilirdi. Amma geosiyasi vəziyyəti dəyərləndirən Gürcüstan hakimiyyəti sözügedən mövqedə dayanmağa üstünlük verdi. Bu ölkə Rusiyaya qarşı sanksiyalara da qoşulmayıb. O baxımdan, prezident ilə hökumət arasında yaranan narazılıqlarda mövcud geosiyasi situasiyaya fərqli siyasi baxışlar da təsir göstərir”.
Millət vəkili bildirib ki, Salome Zurabişvili hakim partiyanın üzvü deyil. 2018-ci ildə keçirilən prezident seçkiləri zamanı bitərəf kimi seçkiyə qatılan Zurabişvili parlament çoxluğuna malik partiya tərəfindən dəstəklənmişdi. İndiki halda isə ona qarşı çıxan da məhz həmin siyasi qüvvədir. “Bu gün post-sovetdə mühüm siyasi, hətta hərbi proseslər gedir. Bu proseslərə münasibətdə isə hər bir ölkə özünün milli maraqları çərçivəsində yanaşır. Gürcüstanın tutduğu mövqe onların daxili işləridir. Amma qonşu ölkə olaraq Gürcüstanda sabitliyin qorunması, inkişaf etdirilməsi bizim də mənafeyimizə uyğundur. Azərbaycan hər zaman sülhpərvər mövqedən çıxış edir. Biz bütün qarşıdurmaların məhz sülh və danışıqlar yolu ilə tənzimlənməsinin tərəfdarıyıq. Prezident İlham Əliyev hər zaman Gürcüstan - Azərbaycan münasibətlərinə xüsusi önəm verib. İkitərəfli münasibətlərin strateji inkişafı ilə bağlı Azərbaycan tərəfindən lazımi olan bütün addımların atılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılır. Gürcüstan Azərbaycanın mühüm tərəfdaşlarındandır. O baxımdan, biz hər zaman Gürcüstanın sabit inkişafını arzulayırıq. İnanıram ki, Gürcüstanda gedən siyasi proseslər də sabitliyə hər hansı bir təhlükə törətməyəcək”, - deyə R.Həsən əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35

