Ararat Mirzoyanın əsassız iddiaları
20.05.2022 [10:39]
Ermənistan sülh sazişi üzrə danışıqlardan niyə qaçır?
N.BAYRAMLI
Brüsseldə səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi ilə bağlı danışıqların başlanması məsələləri haqqında jurnalistlərin suallarını cavablandırıb. A.Mirzoyan rəsmi İrəvanın guya sülh prosesinə sadiq olduğunu, Azərbaycan tərəfinə təqdim olunan altı bəndlik təklifə müsbət cavab almadıqlarını iddia edib.
Ermənistan XİN başçısının bu iddiaları nədən qaynaqlanır? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, A.Mirzoyanın fikirlərinin heç bir əsası yoxdur. Onun sözlərinə görə, əldə olunan razılaşmaların yerinə yetirilməməsinin səbəbkarı Ermənistandır: “Bilirsiniz ki, aprelin 6-da Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması və komissiyanın bu il aprelin sonunda iclasının keçirilməsi haqda razılıq əldə olunmuşdu. Digər bir razılığa əsasən iki ölkənin rəhbərləri xarici işlər nazirlərinə iki ölkə arasında sülh danışıqlarına hazırlaşmağa başlamağı tapşırıblar. Azərbaycan tərəfi bu razılaşmalara tam əməl edir. Hələ aprel ayında rəsmi Bakı hər iki razılaşmaya uyğun olaraq prosesə başlamağa hazır olduğunu bəyan edib. Dövlətimiz qarşı tərəfə beş bənddən ibarət sülh paketi təqdim edib. Rəsmi İrəvan isə bəyan etdi ki, Azərbaycanın təklif etdiyi bəndlərdə Ermənistan tərəfi üçün qəbuledilməz heç nə yoxdur. Amma bir müddət sonra Azərbaycanın beş bəndlik təklifinə qarşı erməni tərəfi altı bəndlik təkliflə çıxış etdi. Əslində isə, həmin bəndlər təklif deyil. Burada əsasən bizim təqdim etdiyimiz təkliflər şərh olunur. Məsələn, biz təklif edirik ki, qarşılıqlı olaraq ərazi bütövlüyü tanınsın. Qarşı tərəf isə təqdim etdiyi paketdə göstərir ki, Ermənistan 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və s. Sadəcə olaraq, İrəvanın təqdim etdiyi paketdə sülh müqaviləsi üzrə danışıqların ATƏT-in Minsk qrupunun həmsədrliyi və mandatı çərçivəsində davam etdirilməsi, eləcə də Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi təmin olunması məsələsi yer alır. Minsk qrupunun 28 il ərzində səmərəli fəaliyyət göstərməməsi hər kəsə məlumdur. Hazırda isə Minsk qrupunun fəaliyyətinin iflic olmasının əsas səbəblərindən biri həmsədr dövlətlərin münasibətlərinin soyuq olmasıdır. Qarabağda yaşayan ermənilərin hüquqlarına gəlincə, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda bütün vətəndaşların hüquqları bərabərdir. Azərbaycan çoxmillətli dövlətdir və digər etnik qruplar kimi ermənilərin də hüquqları qanunlarla qorunacaq. Amma ermənilər heç kimdən üstün deyil, ona görə də onlara hər hansı statsus verilməsindən söhbət getmir”.
Millət vəkili qeyd edib ki, A.Mirzoyanın həmin fikirləri 6 aprel razılaşmalarının əldə olunduğu məkandan səsləndirməsi təsadüfi deyil: “Əlbəttə, Avropa İttifaqı regionumuzda sülhün və əməkdaşlığın təmin olunmasına maraqlı olduğu üçün razılaşmaların da yerinə yetirilməsini gözləyir və Ermənistandan cavab tələb edir. A.Mirzoyan da Brüsseldə səfərdə olduğu üçün Avropa İttifaqı rəsmiləri ilə görüşündə ölkəsini təmizə çıxarmaq istəyir. Bu səbəbdən də Azərbaycana qarşı əsassız iddialar səsləndirib. Amma şübhəsiz ki, Avropa İttifaqı kimin kim olduğunu yaxşı bilir. Rəsmi Bakı açıq şəkildə bəyan edib ki, sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır və bu məqsədlə nümayəndə heyəti də müəyyənləşib. Sadəcə, Paşinyan hakimiyyəti ölkədəki kütləvi etirazlardan qorxur. Eyni zamanda, Ermənistan forpost ölkə olduğu üçün müəyyən xarici qüvvələrin di?təsi ilə hərəkət edir. İrəvanın sülh sazişi üzrə danışıqlara hələ ki, gəlməməsinin əsas səbəbi də bundan ibarətdir. Lakin Paşinyan hakimiyyəti nəzərə almalıdır ki, bu yol onlar üçün yaxşı heç nə vəd etmir”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28

