Maraqlar Qara dənizdə toqquşur
13.05.2022 [10:30]
NATO-Rusiya münasibətləri gərginləşdiyi vaxtda Türkiyənin mövqeyi
Taleh AĞAVERDİYEV
Bu günlərdə Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Kiril Mixaylov ilə görüşdən sonra, NATO Hərbi Dəniz Qüvvələrinin komandanı, Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Kit Blaunt diqqət çəkən bəyanatla çıxış edib. O bildirib ki, Şimali Atlantika Alyansı uzun müddət Qara dənizdən kənarda qalmaq niyyətində deyil. Vitse-admiralın sözlərinə görə, NATO-nun Qara dənizdəki planları vəziyyətin xüsusiyyətlərindən asılı olaraq hər gün nəzərdən keçirilir.
Qara dəniz böyük geosiyasi və strateji əhəmiyyətə malikdir. Coğrafi cəhətdən bu dəniz Avropa, Avrasiya və Yaxın Şərqin kəsişməsində yerləşir və bu, müxtəlif ölkələrin daim maraqlarının toqquşmasına gətirib çıxarır. Bundan əlavə, Qara dəniz böyük təbii qaz və neft, kimya və mineral xammal yataqlarına malikdir, o, həm də bioloji ehtiyatları ilə məşhurdur, mühüm nəqliyyat yolları da bu dənizdən keçir...
Xəzər regionundan və Yaxın Şərqdən enerji resurslarının nəqli üçün sabit dəhlizin yaradılması imkanları Qara dəniz regionunu Aİ və NATO üçün strateji prioritet kimi müəyyən edib. Region, həmçinin resurslarla zəngin Mərkəzi Asiya ilə qlobal enerji bazarı arasında əlaqə yaratmaq potensialına malikdir.
Öz növbəsində, Qara dənizdəki Novorossiysk və Tuapse limanları Rusiyanın əsl dəniz qapılarıdır. Oradan ölkəni Avropa, Asiya, Afrika və digər qitələrin dövlətləri ilə birləşdirən mal, xammal və material tədarükü axınları keçir. Bu, həm də Rusiyadan gələn neft və təbii qazın dünya bazarlarına daşındığı mühüm enerji dəhlizidir, Qara dəniz limanları vasitəsilə taxıl, filiz, metal, şəkər və digər məhsulların fəal ticarəti aparılır.
Qara dənizdəki vəziyyət onun coğrafi mövqeyini və siyasi əhəmiyyətini nəzərə alaraq Balkanlarda, Qafqazda və Xəzərdə təhlükəsizlik dinamikasına birbaşa təsir göstərir. Məsələn, Avropa Siyasətinin Təhlili Mərkəzi bir sıra araşdırmalarında Rumıniyanın NATO-nun cənub-şərq cinahının möhkəmləndirilməsində, xüsusən də alyansın regional qərargahının orada yerləşdirilməsində rolunu vurğulayır. Bundan əlavə, NATO Rusiyanın Qara dənizdə güclənməsinin Avropa ölkələri üçün təhlükə yaratdığı qənaətindədir. Qərb Rusiyanın Tartusdakı (Suriya) hərbi-dəniz bazasının genişləndirilməsindən və onun Aralıq dənizində mövcudluğunun artmasından ehtiyat edir.
Odur ki, Qara dəniz regionu qlobal geosiyasi rəqabət meydanıdır. Və yalnız Türkiyənin sayəsində müəyyən balans qorunur, mövcud rəqabətin genişmiqyaslı hərbi münaqişəyə çevrilməsinin qarşısı alınır. Belə ki, Türkiyənin Qara dənizdən Aralıq dənizinə aparan Bosfor və Dardanel boğazları üzərində suverenliyini təsdiq edən Montrö Konvensiyasının müddəalarına görə, Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmiləri Qara dənizdə 21 gündən çox qala bilməz. Buna görə də, Qara dənizdə ABŞ və alyansın digər üzvlərinin dəniz qüvvələrinin daimi mövcudluğu yoxdur.
Lakin Ukraynada hərbi əməliyyatların başlaması ilə Rusiya ilə NATO arasında gərginləşən münasibətlər fonunda Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə məhdud mövcudluğu belə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Səbəbsiz deyil ki, 2022-ci il martın 1-də Ankara Montrö Konvensiyasına əsasən hərbi gəmilərin Bosfor və Dardanel boğazlarından keçməsinə qadağa qoyulması ilə bağlı bütün xarici dövlətlərə xəbərdarlıq edib. Çünki Türkiyə Qara dənizin strateji qarşıdurma zonasına çevrilməsini istəmir.
Qeyd edək ki, hələ aprelin birinci yarısında NATO Ukraynanın yerləşdirdiyi və qırılaraq açıq dənizə düşən lövbər minalarının məhvinə kömək etmək bəhanəsi ilə Qara dənizdə donanmasını yerləşdirməyi planlaşdırırdı (Türkiyə sahillərində 3 mina tapılıb, hamısı məhv edilib). Hətta müxtəlif ekspertlər belə fikirlər səsləndirirdilər ki, Qara dənizdəki minalar təsadüfən oraya düşə bilməzdi və bu, NATO donanmasının ora daxil olması və Rusiya donanmasının əsəblərini pozması üçün Qərbin təxribatı idi. Türkiyənin müdafiə naziri Hulusi Akar da Qara dənizdə tapılan minaların şübhəli olduğunu (tros qırılan zaman minalar öz-özünə deaktiv olunmalıdı, amma bu, baş verməyib), lakin Ankaranın Montrö Konvensiyasını pozmayacağını və NATO ölkələri də daxil olmaqla hərbi gəmiləri Qara dənizə buraxmayacağını bildirib. Aprelin sonu və mayın əvvəlində nazir Türkiyə hakimiyyətinin NATO-ya üzv dövlətləri Qara dənizdən uzaqlaşdırmağa çalışdığını bir daha vurğulayıb. Onun sözlərinə görə, “NATO müttəfiqlərinin Qara dənizə girməsi həssaslığı artıracaq”.
İndi isə NATO yenidən Qara dənizə girmək niyyətini açıq şəkildə bəyan edir. Və bu halda minalarla bağlı məqsədyönlü təxribat nəzəriyyəsi olduqca real görünür. Çünki indiki dövrdə alyansın digər üzvlərinin hərbi gəmilərinin Qara dənizdə peyda olması, şübhəsiz ki, Rusiya ilə Türkiyə arasında münasibətləri korlayacaq, Qərb dövlətlərinin çoxdan nail olmaq istədiyi də məhz budur.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

