Timsah göz yaşları
23.04.2022 [09:40]
Ermənilər artıq qondarma “soyqırımı” məsələsi ətrafında ajiotaj yarada bilmirlər
Nurlan QƏLƏNDƏRLİ
Hər il aprelin 24-ü ərəfəsində erməni lobbisinin fəallığı artır, beynəlxalq ictimaiyyəti qondarma “erməni soyqırımı”na inandırmaq üçün yeni cəhdlər edilir. Ermənipərəst mövqedən çıxış edən, yaxud qondarma “erməni məsələsi”ndən öz maraqları naminə istifadə etməyə çalışan müxtəlif ölkələrdəki bəzi siyasi dairələr də bu uydurma iddiaları dəstəkləyirlər. Həmin geosiyasi mərkəzlər bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Əsl soyqırımını ermənilər törədiblər
Məsələnin tarixi köklərinə nəzər saldıqda 1915-ci il 24 aprel tarixinin məhz erməni cinayətkarlığı, quldurluğu ilə bağlılığı, soyqırımına məruz qalan tərəfin isə elə həmin dövrdə Anadoluda və Cənubi Qafqazda yaşayan türklər olduğu üzə çıxır. Bundan başqa, tarixin müxtəlif dövrlərində baş verən hadisələrə diqqət yetirdikdə əsl soyqırımının məhz ermənilər tərəfindən Azərbaycan xalqına və türklərə qarşı törədildiyi tam aşkar olur. Faktlara nəzər salaq: ermənilər azərbaycanlılara qarşı 1905-1907-ci illərin kütləvi qətliamlarından sonra 1918-ci ildə böyük miqyasda qırğınlar törədiblər. Ermənilərin xalqımıza qarşı amansızlıqla törətdiyi soyqırımı aktları sırasında 31 mart soyqırımını xüsusi vurğulamaq lazımdır. Tarixdən məlum olduğu kimi, 31 mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirilib. Digər tərəfdən, bu soyqırımının coğrafiyası yalnız Bakı ilə məhdudlaşmır. Belə ki, ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı aktını davam etdiriblər və minlərlə soydaşımız xüsusi amansızlıqla qətlə yetirilib. Azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirilməsi, soyqırımına məruz qalması sonrakı dövrlərdə də davam edib. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. 1930-cu illərə də diqqət yetirsək, görərik ki, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırımına məruz qalıb və bu prosesdə ermənilər xüsusi fəallıq göstəriblər. Xalqımıza qarşı soyqırımları törədən mənfur qonşularımız öz çirkin niyyətlərini reallaşdırmaq üçün istənilən fürsətdən yararlanmağa çalışıblar. Bu istiqamətdə növbəti addım ötən əsrin 60-cı illərində atılıb. Belə ki, 1960-cı illərdə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edib. Eyni zamanda, 1977-ci ildə SSRİ Konstitusiyası hazırlanarkən ermənilər bundan istifadə edərək öz çirkin məqsədlərinə nail olmağa çalışsalar da, ulu öndər Heydər Əliyev buna imkan verməyib. 1988-ci ildən isə mənfur qonşularımız yenidən fəallaşmağa başlayıblar. SSRİ rəhbərliyinin razılığı ilə Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb, işğalçılıq siyasətinə start verib və bu gün həmin təcavüzün nəticələri davam etməkdədir. Bundan başqa, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən dəhşətli soyqırımlarından birini törədiblər. Nəzərdən qaçırmaq olmaz ki, Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Xocalı soyqırımında iştirak ediblər və cəzasız qalıblar.
İkili standartlar rəvac verir
İndi ermənilər, sadəcə olaraq, timsah göz yaşları ilə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməyə çalışırlar. Eyni zamanda, ikili standartlar ermənilərin saxta təbliğatına və qeyri-qanuni hərəkətlərinə rəvac verir. Ötən il ABŞ-ın prezidenti Co Bayden ciddi tarixi-siyasi səhvə yol verdi. C.Baydenin “soyqırımı” ifadəsini işlətməsi tarixin kobud surətdə təhrif olunması ilə yanaşı, ümumbəşəri dəyərlərə və beynəlxalq hüquq normalarına da tamamilə zidd idi. Ermənistan isə bundan heç nə qazanmadı. Ona görə dərk etməlidirlər ki, artıq bu mövzu ətrafında ajiotaj yaratmaq getdikcə çətin olur. Başqa bir məqama diqqət yetirək: Fransa prezidenti Makron Ukraynanın Buça şəhərində baş vermiş faciəni “soyqırımı” adlandırmaqdan imtina etdi. O bildirdi ki, “soyqırımı faktına siyasətçilər yox, hüquqşünaslar qiymət verməlidirlər”. Əgər belədirsə, qondarma “erməni soyqırımı” məsələsinə də yanaşma bu cür olmalıdır. Həmin hadisələrə yalnız tarixçilər qiymət verməlidirlər. Tarix isə mifi, yalanı istisna və inkar edir. Ona görə də ermənilərin absurd iddiaları puç olur.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52

