G20: iqtisadi platformada siyasi debatlar
22.04.2022 [10:23]
Mübariz ABDULLAYEV
Rusiya-Ukrayna müharibəsi davam etdikcə qlobal iqtisadiyyatda çətinliklər də artır. Demək olar ki, müharibənin hər ötən günü, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların hər mərhələsi dünya ölkələrinin iqtisadiyyatı üçün yeni təhdidlər yaradır. Qlobal iqtisadiyyatın üzləşdiyi ciddi çağırışlar fonunda Vaşinqtonda start götürən “böyük iyirmilik” ölkələrinin növbəti görüşündən gözləntilər də böyük idi. G20-də təmsil olunan dövlətlərin maliyyə nazirlərinin, mərkəzi bankların rəhbərlərinin qatıldıqları görüşdə iqtisadi məzmunlu müzakirələrlə bərabər, siyasi debatlar da aparılıb və bu debatlar kifayət qədər qızğın atmosferdə keçib.
Sanksiya müəlliflərinin bostanına atılan daş
Şübhəsiz ki, qlobal iqtisadiyyatın üzləşdiyi durum görüşdə aparılan müzakirələrin mərkəzində dayanan əsas mövzudur. Ayrı-ayrı ölkələrin təmsilçiləri getdikcə dərinləşməkdə olan böhran meyilləri barədə fikirlərini ifadə ediblər. Bildirildiyi kimi, qlobal iqtisadiyyatda arzuolunmaz proseslər təchizat-satış zəncirinin pozulması, daşıma-logistika xərclərinin artması, təklifin tələbi getdikcə daha çox dərəcədə qarşılamaması, enerji daşıyıcılarının qiymətlərinin kəskin artması, əmək bazarına çıxış imkanlarının məhdudlaşması və bu kimi digər neqativlərdən qaynaqlanır. Bütün bunların əsas katalizatoru kimi isə Rusiya-Ukrayna müharibəsi göstərilir.
Yeri gəlmişkən, görüşdə müharibə tərəfi olan Rusiyanın maliyyə naziri Anton Siluanov ölkəsinə qarşı sanksiyalar tətbiq edən G20 dövlətlərinin, necə deyərlər, bostanına daş atmaqdan da qalmayıb. Rusiya dövlətinin rəsmisi görüşdəki çıxışında vurğulayıb ki, inkişaf etmiş ölkələr son dövrlərdə hədsiz dərəcədə yumşaq büdcə və pul-kredit siyasətinə keçiblər ki, bu da dünya üzrə inflyasiyanı sürətləndirib. Nazir əlavə edib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar prosesə əlavə impuls verib. İndi qlobal iqtisadiyyat pandemiyadan sonra yeni risklərlə üz-üzə qalıb. Qlobal iqtisadiyyatdakı ağırlaşmalara görə sanksiya müəlliflərini günahlandıran rusiyalı nazir bildirib ki, enerji daşıyıcılarının və kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması, ilk növbədə, inkişaf etməkdə olan və gəlirləri az olan ölkələrə təsir göstərəcək. Belə ölkələrin bir çoxunda yalnız iqtisadi deyil, həm də ciddi sosial problemlər yaşanır.
Beynəlxalq maliyyə sisteminə inamsızlıq
“İndiki böhranın digər mühüm səbəbi mövcud beynəlxalq maliyyə sisteminə inamın qırılmasıdır”. Bu fikri də G20 platformasında Rusiyanın təmsilçisi ifadə edib. “Rusiyaya qarşı sanksiyalar göstərdi ki, artıq dünyada beynəlxalq hesabların qorunmasına ümid bəsləmək və sərbəst ticarət, maliyyə əməliyyatları aparmaq mümkün deyil. “Artıq beynəlxalq maliyyə institutlarında hansısa bir ölkənin bu qurumlara əlçatanlığını nəhəng səhmdarlar müəyyən edirlər”, - deyə A.Siluanov vurğulayıb.
İqtisadi platformada boykot
G20 iqtisadi platformadır. Elə görüş iştirakçılarının bir çoxu da ölkələrin nümayəndələrini G20 çərçivəsində siyasi debatlardan kənarda qalmağa çağırış ediblər. Lakin Rusiya təmsilçisinin səsləndirdiyi fikirlərdən də göründüyü kimi, bu, mümkün olmayıb. Digər ölkələrin təmsilçilərinin fikirlərində və davranışlarında da siyasi notlar, Rusiyaya qarşı qəzəb ritorikası açıq-aşkar özünü göstərib. İlk növbədə, onu vurğulayaq ki, G20-də təmsil olunan bir sıra dövlətlər Rusiyanın tədbirdə iştirakına qarşı çıxıblar. Bu, baş tutmadıqda isə zalda rusiyalı nazirin çıxışının boykot edilməsinə cəhdlər göstərilib. Belə ki, ayrı-ayrı iştirakçılar, o cümlədən ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın və bir sıra digər dövlətlərin maliyyə nazirləri A.Siluanovun çıxışının yayımı başlayan kimi zalı tərk ediblər. Bəzi iştirakçılar isə öz etirazlarını kompüterləri söndürməklə bildiriblər. Bununla onlar Ukraynaya münasibətdə Rusiyanın mövqeyinə qarşı olduqlarını diqqətə çatdırmaq istəyiblər. Bəzi ölkələr isə Rusiyanı bundan sonra G20-nin tədbirlərinə qatılmamağa çağırıblar. “Müharibə əməkdaşlıqla bir araya sığmır”, - deyə Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

