Ermənistan qarışdı
19.04.2022 [10:21]
Revanşistlərin mitinqlərininheç bir perspektivi yoxdur
Nardar BAYRAMLI
Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı etirafları İrəvanda etirazlara səbəb olub. Paşinyan parlamentdə çıxışı zamanı demişdi ki, beynəlxalq ictimaiyyət Ermənistandan “status”la bağlı tələblərini geri çəkməyi istəyir. Müxalifət isə baş nazirin bu sözlərini hakimiyyətin Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olması kimi qiymətləndirib. Bununla əlaqədar müxalif “Şərəfim var” parlament fraksiyasının rəhbəri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müddətsiz etiraz aksiyası elan edib. Aprelin 18-dən İrəvanda müxalifət tərəfdarları küçələrə çıxaraq, Paşinyanın tezliklə sülh sazişinin imzalanması və Qarabağın Azərbaycana məxsus olması barədə fikirlərinə qarşı çıxıblar. Aksiya zamanı polislə etirazçılar arasında toqquşma baş verib. Belə ki, nümayişçilər İrəvanın mərkəzi küçələrindən birini bağlamağa cəhd ediblər. Bu zaman polis müdaxilə edərək bir neçə nəfəri saxlayıb.
Ermənistanda etiraz aksiyaları nə ilə nəticələnə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan Vətən müharibəsində işğalçı Ermənistanı diz çökdürdü. Müharibədə Ermənistan ordusunun məhv edildiyini deyən millət vəkilinin sözlərinə görə, hazırda ermənilərin durumu çox ağırdır: “Müharibədən sonra Ermənistan öz havadarları hesabına nələrəsə nail olmaq istəyir. Amma güclü Azərbaycan dövləti bütün bunların qarşısını alır. Dövlətimiz artıq regionda yeni reallıqlar yaradıb və beynəlxalq ictimaiyyət də bu reallıqları qəbul edir. Aprelin 6-da keçirilən Brüssel görüşü bunu bir daha təsdiq edir. Paşinyanın Ermənistan parlamentindəki çıxışı da təsadüfi deyil. Bu o deməkdir ki, ermənilərin başqa çıxış yolu qalmayıb. Dünya Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və bunu Ermənistandan da tələb edir. Elə xarici ölkə var ki, Azərbaycanın uğurlarına sevinmir, amma reallıqları qəbul etmək məcburiyyətindədir. Çünki biz görürük ki, yaxın regionumuzda baş verən mürəkkəb proseslər Avropanın Azərbaycanın neft və qazına ehtiyacını artırıb. Ona görə də, Azərbaycanla və onun düzgün siyasəti ilə razılaşmaq zorundadırlar. Onlar da Paşinyanı məcbur edirlər ki, sənin başqa çıxış yolun yoxdur. Əgər ölkəni inkişaf etdirmək istəyirsənsə, Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, Qarabağdan gözünü çəkməlisən. Paşinyan da bunu parlamentdə səsləndirdi. Ona görə də, müxalifət Paşinyana etiraz edir”.
Millət vəkili qeyd edib ki, müxalifətdə olan Robert Köçəryan və Serj Sarkisyanın erməni cəmiyyətində nüfuzu yoxdur: “Onlar əli uşaq, qoca qanına bulaşmış qatillərdir. Köçəryanla Sarkisyan erməni xalqına qarşı da çoxlu cinayət törədiblər. Bu səbəbdən də erməni cəmiyyəti onları dəstəkləmir. Müxalifətin keçirdiyi aksiyada az adamın iştirak etməsi də bunu təsdiqləyir. İndi guya müxalifət Paşinyanın Azərbaycanla razılaşmaya getməməsi üçün müddətsiz mitinqlər keçirməyə başlayıb. Onları dəstəkləyən olmayacaq. Çünki sadə ermənilər başa düşməyə başlayıblar ki, başqasının torpağına göz dikməyin axırı necə olur. Yoxsa, Sarkisyanın, Vanetsyanın başqa variantları var? 44 günlük müharibə zamanı onlar Qarabağa gəlmişdilər. Amma ordumuzun gücünü görən kimi qaçıb getdilər. Düşünürəm ki, erməni revanşistlərin keçirdikləri mitinqlərin heç bir perspektivi yoxdur”.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

