2 bəyanat, 2 səhv...
16.04.2022 [10:30]
Arayik separatçıları aldadır
Nardar BAYRAMLI
Son zamanlar Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması, sülh sazişi ilə bağlı danışıqlara başlanması istiqamətində konkret addımlar atılır. Bununla əlaqədar aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən görüşdə müvafiq razılıq əldə olunub. Bundan sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri birbaşa telefonla danışaraq Brüssel razılaşmalarının icrasını müzakirə ediblər. Digər tərəfdən, Nikol Paşinyanın Ermənistan parlamentində son çıxışları artıq rəsmi İrəvanın Azərbaycanın şərtləri ilə razılaşmağa, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur qaldığını təsdiqləyir.
Belə bir vəziyyət Qarabağdakı erməni separatçılarını ciddi təşvişə salıb. Ermənistanı indiyədək özlərinin “təminatçısı” hesab edən separatçılar Paşinyanın son bəyanatlarını etirazla qarşılayır. Bu səbəbdən erməni separatçılarının başçısı Arayik Arutyunyan yeni dəstək axtarışına çıxıb. O, Ağdərəyə gedərək sərsəm bəyanatlar səsləndirib. Arayik həm bölgədəki Rusiya sülhməramlılarının sayının artırılmasını, həm də Azərbaycan ordusunun Fərrux dağından geri çəkilməsi ilə bağlı sülhməramlıların komandanlığı ilə “danışıqların davam etdiyini” deyib. Göründüyü kimi, Arutyunyan hər iki bəyanatında saxta iddialarla çıxış edib.
Qarabağdakı erməni separatçılarının bu addımları nəyə hesablanıb? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb və müvafiq beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə də “Dağlıq Qarabağ” ifadəsi işlədilmir. Onun sözlərinə görə, Brüssel görüşünün nəticələri ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatı da bunu təsdiqləyir: “Hazırda müzakirə olunan məsələlər Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi və tərəflər arasında sülh sazişinin imzalanmasıdır. Qarabağ ermənilərinə hər hansı status verilməsindən söhbət getmir. Nəzərə alsaq ki, A.Arutyunyanı biz separatçı hesab edirik, bu halda onun Ağdərədə hansısa görüşlər keçirməsi tamamilə qanunsuzdur. Həmin görüşdə o, hətta Rusiya sülhməramlı kontingentinin sayının artırılması və onların bölgədə müddətsiz olması iddiası ilə çıxış edib. Əlbəttə ki, bir separatçının belə bir iddialarla çııxş etməsinin əsası yoxdur. Məlumdur ki, Rusiya sülhməramlı kontingenti Azərbaycanın həmin ərazilərində müvəqqəti olaraq yerləşdirilib və bu, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsaslanır. Həmin bəyanatda sülhməramlı kontingentin müddəti, texnikaların, hərbçilərin sayı dəqiq göstərilib. Azərbaycanın razılığı olmadan onların sayının artırılması mümkün deyil”.
Millət vəkili qeyd edib ki, Arutyunyanın Fərrux yüksəkliyi ilə bağlı dediklərinə də əhəmiyyət vermək lazım deyil: “Bu məsələ haqda dövlətimizin mövqeyi ortadadır. Həmin ərazi ordumuzun nəzarətindədir. Azərbaycan öz ərazisində qanuni addımlar atır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, dinc erməni əhalisi Azərbaycan qanunlarına tabe olub bu torpaqlarda yaşamalıdırlar. 10 noyabr bəyanatında vaxtilə doğma torpaqlarından qovulmuş azərbaycanlıların Qarabağa qayıtmaları haqda ayrıca bənd var. Bu məsələlər mərhələlərlə icra olunacaq. A.Arutyunyan isə bir separatçıdır. Azərbaycan təmkin nümayiş etdirərək bütün problemlərin dinc yolla həllinin tərəfdarıdır. Əks halda, qanuni addımlar atmaq hüququna sahibdir. Bəzi təxribatlara tutarlı cavab verilməsi də bunu təsdiqləyir. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, Qarabağda separatçılığın qarşısı tamamilə alınmaldır və belə də olacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

