Müsavat Partiyasının üzvünün İsmayıllıdakı fırıldağı ifşa edildi
13.10.2010 [09:26]
Seçki prosesinin imzatoplama kampaniyası artıq başa çatıb. Bəlli olduğu kimi, Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi təşkilat partiya olaraq MSK-da qeydiyyatdan keçə bilmədi. çünki digər siyasi təşkilatlar, partiya blokları seçki qanunvericiliyində tələb olunduğu kimi 60 namizədlə seçkidə iştirakı bacarmadı. Təbii ki, bunun arxasında duran ən əsas səbəb həmin namizədlərin xalq tərəfindən tanınmaması və həmin təsadüfi namizədlərin imzatoplama prosesini həyata keçirə bilməmələri oldu. Təəssüf ki, müxalifət öz bacarıqsızlığını, zəifliyini etiraf etməkdənsə, bu dəfə də hakim partiyaya və iqtidara böhtan atmaqla uğursuzluğunu kompensasiya etməyə çalışır.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, parlament seçkilərində iştirak etmək üçün müxalifətin irəli sürdüyü namizədlərin bəziləri imzatoplama prosesində, hətta seçki qanunvericiliyinə zidd hərəkətlərlə də məşğul olublar. Bununla belə, heç bir nəticə əldə edə bilməyən belələri öz saxtakarlıqlarının, yalanlarının üstünün açılmaması üçün fərqli yollara əl atır, hətta rəqiblərinə qarşı açıq şantaj kampaniyalarına da baş vururlar. Bu mənzərə 86 saylı İsmayıllı seçki dairəsində də yaranıb.
Əldə etdiyimiz məlumata görə, 86 saylı İsmayıllı Seçki Dairəsindən AXCP-Müsavat Partiyasının namizədi Dünyaxanım Cərullayeva imzatoplama kampaniyasında YAP-ın adından istifadə edib. İmza toplanan kəndlərdə özünü YAP-ın namizədi qismində təqdim edən D.Cərullayevanın yalanının üstü tez açılıb. Qaraqaya, Buynuz, Bizlan, Qoşakənd, Talıstan və başqa kəndlərdən onun namizədliyinin qeydə alınması üçün imza verən seçicilər DSK-ya müraciət ediblər. Müraciətdə bildirilib ki, D.Cərullayevanın imzatoplama kampaniyasını həyata keçirən insanlar onu YAP-ın namizədi kimi qələmə verərək insanları aldadıblar. Aldanan seçicilər isə verdikləri imzaların ləğv edilməsi xahişi ilə DSK-ya müraciət ediblər. Oktyabrın 11-də isə 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası müraciətləri araşdırıb və təqdim olunan faktların sübut olunması qənaətinə gəlib. Ona görə də, D.Cərullayevanın namizədliyinin qeydə alınmaması haqda qərar qəbul edib.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən YAP İsmayıllı rayon təşkilatının sədri, YAP Mərkəzi seçki qərargahının İsmayıllı rayon şöbəsinin rəhbəri Əzizə Vahabova da bu faktı təsdiqləyib. O, özünü Müsavat Partiyasının sədrinin müşaviri kimi təqdim edən D.Cərullayevanı rayonda heç kimin tanımadığını və ciddi şəxs kimi qəbul olunmadığını bildirib. Onun sözlərinə görə, həqiqətən də AXCP-Müsavat seçki bloku tərəfindən parlament seçkilərində namizəd kimi irəli sürülən bu şəxs insanları aldadaraq özünə imza toplamağa cəhd göstərib: “Dünyaxanım Cərullayeva görəndə ki, ona imza verən yoxdur, kəndlərdə insanları aldadaraq özünü YAP-ın namizədi kimi qələmə verib və imza toplayıb. Bu qadın, hətta Talıstan və Qaraqaya kəndlərində imza toplamaq üçün qohumlarının məktəbli uşaqlarından istifadə edib. Sonradan onun yalanından xəbər tutan, bu qadının YAP ilə heç bir əlaqəsinin olmadığını bilən insanlar DSK-ya müraciət edərək məsələyə aydınlıq gətiriblər və öz hüquqlarını qoruyublar. Onun imzatoplama kampaniyasına qardaşı, usta Məcid rəhbərlik edib”.
Ə.Vahabova bildirib ki, D.Cərullayeva orta təhsilli klub işçisidir və qardaşı da daxil olmaqla, kəndlərdə yalandan deyiblər ki, guya bacıları YAP-da yüksək vəzifə tutur, bu kəndlərə yol çəkdirəcək: “Onlar insanlardan imza almaq üçün min bir yalan uydurublar. Sonradan xəbər tutan seçicilərin DSK-ya müraciəti olub və bu məsələ araşdırılıb. Dünyaxanım Cərullayevanın yalanları ifşa olunandan sonra onun qardaşı yenidən kəndlərdə imza verən şəxslərə təzyiq göstərib”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

