43 deputatın qərəzli məktubunda nələr yazılıb?
08.04.2022 [10:26]
Avropa İttifaqı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
P. İsmayılov
Üçtərəfli Brüssel danışıqlarının ikinci raundu da baş tutdu. Bu danışıqların mahiyyəti, xarakteri iki dövlət arasında münasibətləri normallaşdırmaqla yanaşı, regionda təhlükəsizliyin təminatına yol açmaqdır. Bu isə, qarşıdakı mərhələdə regionun qlobal iqtisadi cəlbediciliyini də artırır. Məsələyə digər tərəfdən yanaşdıqda Qərb tərəflər arasında sülhə nail olmaqla yeni iqtisadi münasibətlər sistemi formalaşdırmağa çalışır. Bu, həm də Avropa İttifaqının siyasi çəkisinin artmasına xidmət edir.
Amma erməni diasporu və onun əlaltıları yenə də özünün məkrli xislətini ortaya qoyur və prosesə mane olmaq istəyir. Belə ki, Brüssel görüşü ərəfəsində Avropa Parlamentinin 43 deputatı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə və Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borelə məktub göndərib. Avropa Parlamentinin deputatları Lukas Fourlas və Fransua-Ksavye Belaminin təşəbbüsü ilə siyasi fraksiyaların 43 deputatı Azərbaycanın guya Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə siyasəti aparması barədə xəbərdarlıq ediblər. Onlar Aİ liderlərini Qarabağda aqressiv siyasətini dayandırmaq, silahlı qüvvələrini dərhal ilkin mövqelərinə qaytarmaq və yerli erməni əhalinin təhlükəsizliyinə, rifahına təhlükə yarada biləcək hər hansı hərəkətləri dayandırmaq üçün Azərbaycana təzyiq etməyə və bunun üçün bütün imkanlardan istifadə etməyə çağırıblar.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadənin fikrincə, həmin 43 deputat erməni diasporu ilə sıx təmasda olan insanlardır. Onun fikrincə, bu cür sifarişlər məhz erməni diasporundan gələ bilər: “Bu kimi “təzyiq” metodları ondan xəbər verir ki, Qərbdəki erməni diasporu gedən proseslərdən narahatdır. Bu qruplar proseslərin hazırki istiqamətdəki inkişafını özləri üçün arzuolunmaz sayır. Qeyd edim ki, erməni diasporu Ermənistan reallıqlarından qat-qat uzaq insanlardır. Onlar illərdir ki, xarici ölkələrdə sığınacaq tapıb yaşayırlar və Ermənistanda yaşayan sadə ermənilərin problemlərindən xəbərsizdirlər. Rusiyada yaşayan diaspor nümayəndələri Ermənistana Rusiyanın, Qərbdə yaşayanlar isə Qərbin əlindəki geosiyasi alət kimi baxırlar. Onlar çalışırlar ki, Ermənistanın əli ilə bu ölkələr öz məqsədlərinə çatsınlar, maraqlarını təmin etsinlər. Onların düşüncə tərzi bundan ibarətdir”.
İ.Vəlizadə bu qrupları kifayət qədər maddi cəhətdən imkanlı və siyasi çəkisi olan adlandırıb. Onun sözlərinə görə, onlar əllərindəki imkanlardan istifadə etməklə hədəflərinə çatmaq istəyirlər. “Bununla belə heç nəyə nail ola bilmirlər. Onların bu məktubunu, hətta təzyiq kimi də qiymətləndirmək olmaz. Çünki onlar Azərbaycana təzyiq göstərə bilməzlər. Onlar, hətta Avropa İttifaqının özünə hər hansı bir təzyiq göstərə bilmirlər. Aİ rəhbərliyinin bəyanatından da görünür ki, bu 43 deputatın rəyi maraq kəsb etmir. Avropa İttifaqına Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi, regionda sülhün bərqərar olması lazımdır. Bu, həmin təşkilatın regionda nüfuzunu artıracaq amilə çevriləcək. Bu baxımdan, bir neçə erməninin marağı onlar üçün heç bir əhəmiyyət kəsb etmir”, - deyə İ.Vəlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

