Ukrayna güzəştə gedəcəkmi?
11.03.2022 [10:58]
Taleh AĞAVERDİYEV
Bütün dünya ictimaiyyətini narahat edən əsas mövzulardan biri hələ də Ukraynadakı hərbi münaqişədir. Bu günlərdə Ukrayna prezidenti Vladimir Zelenski Krım, eləcə də “DXR” və “LXR” ilə bağlı Rusiya ilə dialoqa hazır olduğunu bildirib.
“Danışıqlar aparmağa hazıram, güzəştə getməyə hazıram. Lakin onlar mənim xalqıma xəyanət şəklində ola bilməz”, - deyən Zelenski Rusiya tərəfinin də kompromislərə hazır olması lazım olduğunu qeyd edib. Ukrayna lideri daha əvvəl qeyd edib ki, Rusiya hakimiyyətindən başqa heç kim psevdo-respublikaların müstəqilliyini tanımayıb: “Ancaq biz bu ərazilərin necə yaşayacağını müzakirə edib kompromis tapa bilərik. Mənim üçün vacib olan Ukraynanın bir hissəsi olmaq istəyən insanların orada necə yaşayacağıdır”. Eyni zamanda, o, Ukraynanın “ultimatumlara hazır olmadığını” vurğulayıb. Qeyd edək ki, Kreml bundan əvvəl Rusiyanın Ukraynadakı “hərbi əməliyyatı” üç şərtlə dayandıracağını bəyan etmişdi: Kiyev Krımı Rusiyanın ərazisi kimi tanısa, qondarma “DXR” və “LXR”nin müstəqilliyini tanıyarsa və “hər hansı bloka” qoşulmaqdan imtina edərsə.
Bəs Ukraynanın nəticə etibarilə Rusiyanın şərtlərini qəbul etməsi nə dərəcədə mümkündür? Bu məsələnin həlli üçün hansı alternativlər var, tərəflər hansı güzəştlərə gedə bilər? Bu suallarla bağlı rəy bildirməsi üçün azərbaycanlı politoloq, “Cənubi Qafqaz” Politologiya Klubunun rəhbəri İlqar Vəlizadəyə müraciət etdik.
“Vəziyyətin belə bir ssenari üzrə inkişaf etmə ehtimalı çox azdır, əks halda, Ukrayna tərəfinin son həftələrdə məruz qaldığı itkilərə, qurbanlara necə haqq qazandırmaq olar? Təbii ki, Ukraynanın hazırkı hakimiyyəti çətin ki, Krımı Rusiyanın ərazisi kimi və qondarma “DXR” və “LXR”-i tanısın, lakin bu istiqamətdə müəyyən kompromislər mümkündür”,- deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, kompromislər ondan ibarət ola bilər ki, Ukrayna tərəfi bu separatçı ərazilərin müəyyən federal statusunu tanıya bilər, amma bu məsələdə tez bir zamanda kompromis tapmaq mümkün olmayacaq”, - Vəliyev qeyd edib.
Ekspert hesab edir ki, bu gün atəşkəs, vəziyyətin dinc məcraya keçməsi üçün şəraitin yaradılması məsələsi daha aktualdır.
“Bu isə ümumilikdə bu gün mübahisəli olan bu məqamların müəyyən müddətdən sonra yenidən aktuallaşdırılması üçün mövcud vəziyyətin müəyyən müddətə saxlanılması deməkdir. Rusiya tərəfinin reaksiyasına əsasən demək olar ki, Moskva belə bir ssenariyə o qədər də hazır deyil. Yarımçıq həll yolları Moskva üçün qəbuledilməzdir. Digər tərəfdən, indiki şəraitdə Kiyev daha çox bu məsələdə müəyyənliyə ümid edir. Tərəflərə bu gün qeyri-müəyyənlik və ya təxirə salınan qərarlar lazım deyil və məsələnin praktik müstəvidə necə həll olunacağını yəqin ki, zaman göstərəcək. Hər halda danışıqlar qaçılmazdır, davam edir və bu gün, qeyd etdiyim kimi, ən aktual məsələ hərbi əməliyyatların dayandırılması məsələsidir. Bu mümkün razılaşma nə qədər davam edəcək, bunu zaman göstərəcək”, - deyə politoloq bildirib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

