İkitərəfli əlaqələrin ruhuna zidd addım
10.03.2022 [10:58]
Rəsmi Kreml Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır
Pərviz SADAYOĞLU
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidi yoxdur. Rusiya Federasiyası tərəfindən dəfələrlə ali və yüksək səviyyələrdə verilmiş açıqlamalarda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək təsdiq edilmişdir. “Eyni zamanda iki ölkə arasında imzalanmış müvafiq sənədlərdə də bu mövqe bir daha təsbit olunmuşdur. Rusiya Federasiyasının rəsmi mövqeyinə zidd olaraq, bundan əvvəl də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi açıqlamalarında Azərbaycanın suveren ərazilərinə bu adla müraciət edilməsi halları müşahidə olunmuşdur”, - deyə məlumatda vurğulanır. O da qeyd edilib ki, bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyini ölkəmizin suveren ərazilərinə Azərbaycan Respublikasında mövcud olmayan inzibati-ərazi vahidləri adı altında müraciət edilməsi təcrübəsinin dayandırılmasına çağırır”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirib ki, 2020-ci ildə baş vermiş Vətən müharibəsində əldə olunan qələbə 30 ilə yaxın davam etmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsini yekunlaşdırdı. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ilə də Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. A.Badamov qeyd edib ki, Azərbaycanda rəsmi şəkildə “Dağlıq Qarabağ” adlı ərazi vahidi mövcud deyil. Rusiya Müdafiə Nazirliyinin bu ifadəni işlətməsi qəbuledilməzdir: “İstər Vətən müharibəsindən sonra Rusiya və Azərbaycan prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanatlarda, istərsə də Rusiya ilə Azərbaycan arasında bu il fevralın 22-də imzalanmış Moskva bəyannaməsində rəsmi Kreml Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Sözügedən sonuncu müttəfiqlik barədə bəyannamənin birinci bəndində bu məsələ öz təsdiqini tapır. Bu sənədlər Cənubi Qafqazda davamlı sülhə nail olunması, təhlükəsizliyin təmini yönündə olduqca mühüm addımlardır. Bu gün Azərbaycan ilə Rusiya arasında çoxşaxəli əlaqələr mövcuddur. Diplomatik, iqtisadi, mədəni, ümumilikdə bütün sahələr üzrə əməkdaşlıq əlaqələri gücləndirilməkdədir. Prezident İlham Əliyevin Rusiyaya son səfəri zamanı bu əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə edildi. Belə olan halda Rusiya müdafiə nazirliyinin öz açıqlamasında Azərbaycanda mövcud olmayan bir ərazi vahidindən bəhs açmasını yersiz və ikitərəfli əlaqələrin ruhuna zidd olduğunu düşünürəm”.
Millət vəkili onu da vurğulayıb ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat regionda yeni siyasi-iqtisadi reallıqlar yaradıb. Bu reallıqların ən mühüm amillərindən biri isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsidir. Bunu Ermənistan da daxil olmaqla bütün dünya qəbul edir.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

