Azərbaycan-Rusiya münasibətlərində yeni səviyyə
23.02.2022 [10:32]
Taleh AĞAVERDİYEV
Fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalayıblar.
Bəyannamə 43 bənddən ibarətdir. Qeyd edək ki, Rusiya ilə Ermənistan arasında imzalanan oxşar bəyannamədə onların sayı cəmi 15-dir.
Məlum olduğu kimi, Bəyannamə ilə bağlı sənəd ötən ilin ortalarından hazırlanırdı, ona görə də onun imzalanmasını sürpriz adlandırmaq olmaz. Xatırladaq ki, 2021-ci ilin sonunda Prezident İlham Əliyev xalqa Yeni il müraciətində Rusiya-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksələcəyini qeyd etmişdi.
Bu sənədin imzalanması ərəfəsində müxtəlif nəzəriyyələr irəli sürülürdü, məsələn, bu sənədin imzalanması ilə Azərbaycanın Rusiyadan asılı vəziyyətə düşəcəyi, bu müqavilənin qeyri-bərabər olacağı iddia edilirdi. Lakin bu bəyannamənin elə ilk iki bəndi belə ehtimalları təkzib edir. Beləliklə, Bəyannamənin birinci bəndinə əsasən, Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. İkinci bənddə deyilir ki, Rusiya və Azərbaycan öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.
Həmçinin bəzi “ekspertlər” bu bəyannaməni bir növ qarşılıqlı məcburi hərbi ittifaq kimi qiymətləndirib, Rusiya ilə Ukrayna arasında baş verən hadisələrlə bəyannamənin imzalanması arasında paralellər aparıb, Azərbaycanın hərbi əməliyyatlara cəlb olunması imkanlarını nəzərdən keçiriblər. Lakin bir sıra mühüm məqamlar nəzərə alınmayıb. Məsələn, Azərbaycanın Qoşulmama Hərəkatının üzvü olması faktı. Ölkəmiz Hərəkatın nəinki fəal iştirakçısı, həm də sədri olduğu üçün heç vaxt üçüncü dövlətlərə qarşı yönələcək və ya onlara zərər verə biləcək sazişlər bağlamamışdır. Azərbaycan bəzən üst-üstə düşməyən çoxlu sayda müxtəlif geosiyasi maraqların kəsişməsində yerləşir və ölkəmiz regionun əsas iqtisadi və siyasi mərkəzinə çevrilmək üçün uzun müddətdir ki, uğurla işləyir. Ona görə də ölkəmizin hansısa tərəfi seçməsi, yəni hansısa birliyə qoşulması Azərbaycanın belə bir mərkəz kimi cəlbediciliyini azaldardı.
Yuxarıda göstərilənlərə uyğun olaraq, bəyannamənin bəndlərindən birində deyilir ki, tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər. Həmçinin tərəflər Rusiya və Azərbaycan silahlı qüvvələri) arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər, hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərəcəklər.
Tərəflər həm də silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.
Bəyannamədə deyilir ki, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.
Qeyd edilir ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin Xarici İşlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.
Bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsi də öz əksini tapıb. Belə ki, 9-cu bəndə əsasən, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.
Bəyannamənin qalan bəndləri regional və beynəlxalq səviyyədə sıx əməkdaşlığa, o cümlədən parlamentlərarası əməkdaşlığın, ticari-iqtisadi, investisiya, elmi-texniki, energetika, səhiyyə, mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman kimi müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına, tranzit və nəqliyyat əməkdaşlığı potensialının inkişaf etdirilməsi, beynəlxalq terrorizm, ekstremizm və separatizm, transmilli mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni silah alveri və s. təhdidlərinə qarşı mübarizə və zərərsizləşdirilməsində qüvvələrin birləşdirilməsinə həsr olunub.
Qeyd edək ki, Azərbaycanla qardaş Türkiyə arasında da dünyada Şuşa Bəyannaməsi kimi tanınan müttəfiqlik münasibətlərinə dair analoji sənəd imzalanıb. Və bu bəyannamənin mətnində də bildirilir ki, Azərbaycanla Türkiyə arasında inkişaf edən hərbi-siyasi əməkdaşlıq onların milli maraqlarına cavab verir və üçüncü dövlətlərə qarşı yönəlməyib.
Azərbaycan həmişə müstəqil xarici siyasətini yalnız ölkəmizin milli maraqları əsasında aparıb və aparacaq. Azərbaycanın digər dövlətlərlə mehriban qonşuluq münasibətləri həmişə qarşılıqlı faydalı münasibətlər prinsipi üzərində qurulub. Bu prinsip əsasında ölkəmiz həm Rusiya, həm də Ukrayna ilə möhkəm əlaqələr qurub. Azərbaycan-Rusiya münasibətləri kimi, Azərbaycan ilə Ukrayna arasında əməkdaşlıq da səmimi dostluq, qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir. Və Prezident İlham Əliyevin diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ərəfəsində Kiyevə səfəri bir daha bunu sübut etdi. Azərbaycan heç vaxt kimsə ilə üçüncü ölkəyə qarşı dostluq etməyib və etmir.
Beləliklə, Azərbaycan və Rusiya arasında Bəyannamənin imzalanması dost ölkələrimiz arasında sırf ikitərəfli münasibətlərə aid məsələdir. Beynəlxalq münasibətlər sisteminin yenidən formatlaşdırılması prosesində regionda yeni geosiyasi reallığın əsas memarları kimi Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Və Bəyannamənin imzalanmasından sonra isə ölkələrimiz arasında qarşılıqlı fəaliyyət daha da yüksək səviyyəyə qalxacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

