4 ölkənin XİN rəhbərləri nələri müzakirə ediblər?
18.02.2022 [10:09]
P.İsmayılov
Son günlərdə region ölkələrinin xarici siyasət idarələrinin rəhbərləri arasında mütəmadi telefon əlaqələri nəzərə çarpmaqdadır. Belə ki, Rusiya XİN-in rəhbəri Sergey Lavrov ötən günlər ərzində azərbaycanlı, türkiyəli və erməni həmkarı ilə fikir mübadiləsi aparıb. Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığı zamanı nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər. Nazirlər regiondakı vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı danışıblar. Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi də aparıblar. Habelə Azərbaycanın ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi çərçivəsində əməkdaşlıq da müzakirə olunub.
Rusiya XİN rəhbərinin erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, həmçinin KTMT çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub. Bundan əlavə, tərəflər təhlükəsizlik təminatlarına dair danışıqlarla bağlı fikir mübadiləsi aparıblar.
Lavrovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə apardığı müzakirələrdə isə Ukraynadakı gərginliklər əsas müzakirə predmeti olub. Problemin həlli üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulayan Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında görüşlərə ev sahibliyi etməyə hazır olduğu mesajını bir daha Lavrova çatdırıb. Görüşdə S.Lavrovun martın 11-13-də Antalya Diplomatik Forumunda və Suriya ilə bağlı xarici işlər nazirlərinin toplantısında iştirak edəcəyi də təsdiqləyib. Rusiya Xarici İşlər Nazirliyindən görüşlə bağlı verilən açıqlamada bildirilib ki, Lavrov Moskvanın təhlükəsizlik tələblərinə Qərbin müsbət cavab verməsi üçün Türkiyənin töhfə verəcəyinə inandığını, Ukraynanın silahlandırılmasının bölgənin maraqlarına uyğun olmadığını vurğulayıb.
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən politoloq Tofiq Zülfüqarov bildirib ki, XİN rəhbərləri arasında müzakirə olunan məsələlər aktual problemlərə həsr edilib. T.Zülfüqarovun fikrincə, üçtərəfli bəyanatlarla bağlı mövzu daim aktualdır və bunun ətrafında fikir mübadilələri müntəzəm aparılır: “İstisna etmirəm ki, indiki mərhələdə Azərbaycan dövləti sülhməramlıların bəzi məsələlərdə öz vəzifələrini daha dəqiq yerinə yetirməsi ilə bağlı da fikirlər irəli sürüb. Regional kommunikasiya xətlərinin bərpası ilə bağlı problemə gəldikdə isə, burada daha çox praktik məsələlər müzakirə oluna bilər. Dövlətlər arasında siyasi razılıq əldə olunub. Həm Ermənistan, həm də digər ölkələr bu dəhlizlərnin açılması və işlək vəziyyətinə gətirilməsində maraqları olduqlarını bildirirlər, təkliflər səsləndirirlər. Artıq orada yeni yolların çəkilməsi və ya bərpası ilə bağlı praktiki işlər görülməlidir. Hesab edirəm ki, proses uğurla davam etdirilir və bunun müsbət nəticəsi olacaq”.
Prezidentin təcrübəsindən hamı istifadə etmək istəyir
Tofiq Zülfüqarov: Münhen Təhlükəsizlik Konfransının sədri Volfranq İşinqer də Rusiya barədə hansısa fikirləri və ya sualları olanda mövzunu Azərbaycan prezidenti ilə müzakirə etməyə çalışır
T.Zülfüqarov onu da vurğulayıb ki, bu təmasların ikinci səbəbi son dövrlərin əsas müzakirə predmetinə çevrilmiş Ukrayna məsələsi ilə əlaqədardır. Politoloq qeyd edib ki, Rusiya ilə Ukrayna arasında problemin həlli ilə bağlı Azərbaycan və Türkiyə fəallıq nümayiş etdirir. “Ölkələrimiz konkret vasitəçi rolunu oynamasalar da, diplomatik dillə desək, problemin həllində xoşməramlı xidmətlərini təklif edirlər. Bu normal bir haldır. Çünki həm Azərbaycan, həm də Türkiyə prezidentləri istər Ukrayna, istərsə də Rusiya rəhbərliyi ilə səmimi münasibətlərə malikdirlər. Hətta fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Qeyd etməliyəm ki, bu məsələdə Azərbaycanın dövlət başçısının diplomatik təcrübəsi və imici çox yüksək qiymətləndirilir. Mən dəfələrlə şahidi olmuşam ki, İlham Əliyevin Rusiya ilə münasibətlərdə yürütdüyü siyasət yüksək dəyərləndirilir. Bu baxımdan, cənab Prezidentin təcrübəsindən hamı istifadə etmək istəyir. Mənim yadımdadır ki, Münhen Təhlükəsizlik Konfransının sədri Volfranq İşinqer də mənə şəxsən bildirmişdi ki, Rusiya barədə hansısa fikirləri və ya sualları olanda bu mövzunu Azərbaycan Prezidenti ilə müzakirə etməyə çalışır. Çünki cənab İlham Əliyev Rusiya siyasətini çox yaxşı bilir”, - deyə T.Zülfüqarov əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

