Zelenski Baydeni Kiyevə niyə dəvət etdi?
15.02.2022 [10:37]
P.İSMAYILOV
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı onu Ukraynaya səfərə dəvət edib. Bu barədə Ukrayna dövlət başçısının ofisinin iki ölkə liderləri arasında telefon danışığının yekunlarına dair məlumatında qeyd olunub. “Əminəm ki, vəziyyətin sabitləşməsi üçün həlledici olan yaxın günlərdə sizin Kiyevə gəlişiniz güclü siqnal olacaq və deeskalasiyaya töhfə verəcək”, - deyə Vladimir Zelenski bildirib.
İki ölkə başçısının telefon söhbəti zamanı tərəflər mövcud məlumatlar, onların qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıb, gərginliyin azaldılması yollarını müzakirə ediblər. Bundan başqa, prezidentlər sülh prosesinin və sabitliyin bərpası üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyinə dair mövqelərin birliyini təsdiqləyiblər.
Amma proseslərin gedişi regionda sabitliyin kövrəkliyini bir daha üzə çıxarır. Çünki Ukrayna-Rusiya münasibətlərində gərginlik artıq pik həddə çatıb. Ukrayna tərəfi sərhədinə 140 minlik Rusiya ordusunun toplandığını iddia edərək rəsmi Moskvanın hər an hücuma keçəcəyini bəyan edib. Prezident Vladimir Zelenski Qərb dövlətlərinə xitabən bildirib ki, Rusiyanın Ukrayna ətrafında eskalasiya planları barədə informasiya məkanında həddən artıq çox məlumat var: “Hesab edirəm ki, bu gün informasiya məkanında Rusiya Federasiyası tərəfindən dərin, genişmiqyaslı müharibə ilə bağlı həddən artıq çox məlumat var. Biz bütün riskləri başa düşürük, bu risklərin mövcud olduğunu da başa düşürük. Əgər Qərb dövlətlərində Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyi barədə məlumat varsa, onları bizə də verin”.
O qeyd edib ki, əllərində kifayət qədər məlumatlar var. “Biz bütün bu məlumatları qeyd edirik. Amma biz bütün bu məlumatları aydın şəkildə təhlil etməliyik. Hələlik, bu gün Ukraynada tammiqyaslı müharibə yoxdur”,
Bu arada, bir neçə gün öncə Zelenskinin Kiyevdə keçirdiyi brifinq zamanı Donetsk şəhərində güclü partlayış baş verib. Şəhərdəki hava limanının yaxınlığında baş vermiş partlayışla bağlı rəsmi açıqlama verilməyib. Bəzi ekspertlərin fikrincə, Donetskdə baş verən partlayış Rusiyanın dialoq təkliflərinə pozitiv yanaşmamasının əyani sübutudur. Onlar hesab edirlər ki, Kreml bu cür təxribatlardan yararlanaraq, Ukraynaya qarşı hərbi əməliyyatlara başlamaq üçün bəhanələr axtarır. Rusiya tərəfi isə bu iddiaları təkzib edib.
Bununla bağlı fikirlərini bölüşən Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadənin fikrincə, Ukrayna ilə Rusiya arasında baş verənlərin bu həddə çatmasının səbəbi problemin iki tərəf arasında həll edilməməsi oldu. Məsələnin başqa mahiyyətlə qlobal müstəviyə çıxarılması onun həllini daha da qəlizləşdirdi. Vaxtilə Şərqi Ukrayna ilə bağlı ortaya çıxmış problemin həlli istiqamətində müəyyən addımlar atılmış, razılaşmalar əldə olunmuşdu. Sadəcə, yeni şərq siyasəti yürüdən Qərb, konkret olaraq ABŞ yaranan münbit situasiyadan istifadə etməyə çalışdı, NATO-nun şərqə doğru genişlənmə planının icrasını prosesin mahiyyətinə çevirdi: “2014-cü ildə Ukrayna ilə Rusiya arasındakı problemlər belə demək mümkündürsə, post-sovetdə tez-tez rastlanan hallardan idi. Düzdür, tarixən yaxınlığı ilə seçilən bu iki dövlət arasında belə bir problemin ortaya çıxmasında da Qərbin “rolu” az olmuşdu. Rusiya Qərbin Ukraynada siyasi proseslərə tam olaraq nəzarəti əlində saxlamaq arzusu ilə barışa bilməmişdi. Sonrakı mərhələdə isə, NATO-nun “açıq qapı” siyasəti əsas götürüldü və məsələ bu istiqamətdə inkişaf etməyə başladı. O baxımdan da, bu gün Ukrayna Rusiya ilə müharibə təhlükəsini hiss edən kimi Qərbdən kömək istəyir, onu yanında görmək istəyir. Çünki hazırkı hərbi mərhələnin formalaşması həm də Qərbin apardığı siyasətin nəticəsidir”.
Qərb mətbuatının fevral ayının bəzi günlərini “hücum tarixi” kimi qeyd etməsinə gəlincə isə, A.Əlizadənin fikrincə, bu tarixlər yalnız şantaj və bəlkə də, təxribat xarakterli ola bilər. Onun sözlərinə görə, ABŞ Avropanı öz planlarına daxil etmək üçün bu kimi informasiya hiylələrindən istifadə edir. Avropanın Rusiya ilə müharibə istəməməsi ABŞ-a sərf etmir. “Ukrayna prezidentinin Baydeni Kiyevə çağırmasının isə bir neçə səbəbi var. İlk növbədə, bu addım ABŞ-ın Kiyevin yanında olduğunu həm Rusiyaya, həm də Ukrayna cəmiyyətinə nümayiş etdirəcək. Bu günlərdə ikinci amil daha vacib xarakter daşıyır. Çünki Ukrayna cəmiyyəti Zelenskini Rusiya ilə müharibə edə biləcək gücdə siyasi xadim kimi qəbul edə bilmir. Bu mənada, Baydenin Kiyevə mümkün səfəri Zelenskinin siyasi reputasiyasını artıracaq. Digər tərəfdən, bu addım həm də Rusiyanı daha ehtiyatlı davranmağa sövq edə bilər. Təbii ki, Rusiya nə qədər güclü olsa da, dünyanın ən aparıcı dövlətlərindən biri, bəlkə də birincisi ilə müharibə etmək o qədər də asan olmayacaq. ABŞ-ın, dolayısı ilə, NATO-nun silah arsenalının zənginliyi Rusiyaya da bəllidir. Nəticə etibarı ilə, Zelenski bu dəvətlə həm ölkəsini, həm də özünü siyasi-hərbi zərbələrdən qorumaq niyyətindədir”, - deyə A.Əlizadə əlavə edib.
Xəbər lenti
Hamısına baxHadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28

