Tahir Budaqov: Azərbaycan gəncləri böyük Zəfərimizin qazanılmasında əsas söz sahibi oldular
01.02.2022 [20:36]
“2022-ci il partiyamızın həyatında çox əlamətdar bir ildir. Bu il Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyini qeyd edəcəyik. Yubiley ili ilə bağlı YAP Mərkəzi Aparatı tərəfindən xüsusi Tədbirlər Planı hazırlanıb. İl ərzində silsilə tədbirlər davam edəcək”. Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, biz belə tədbirləri dövətimizin, xalqımızın həyatındakı əlamətdar hadisələrlə əlaqələndiririk. 25 ildir ki, ölkəmizdə 2 fevral-Azərbaycan Gəncləri Gününün qeyd olunduğunu deyən YAP Sədrinin müavini gənclərin hər bir ölkənin inkişafında xüsusi rola malik olduğunu söyləyib: “Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan gənclər ölkəsi, gənclər isə Azərbaycanın gələcəyidir”. Gənclər siyasəti ilk növbədə milli maraqlara, milli adət-ənənələrə söykənərək, eyni zamanda, müasirliyi, dünyada gedən qloballaşma proseslərinin müsbət tərəflərini özündə əks etdirərək inkişafa xidmət etməlidir. Azərbaycanda gənclər siyasətinin əsası Ulu Öndərimiz tərəfindən qoyulub. Bilirsiniz ki, hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb. Bununla da, dövlət gənclər siyasətini həyata keçirən qurum olaraq bu sahəyə xüsusi diqqətin göstərilməsi istiqamətində mühüm addımlar atıldı. Ardınca 1997-ci ildə 2 fevral-Azərbaycan Gəncləri Günü təsis edildi. O zamandan bu günə qədər bu əlamətdar bayramla əlaqədar tədbirlər davam edir. Eyni zamanda, ulu öndər Heydər Əliyevin imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanda gənclər siyasətinin bütün konseptual əsasları, istiqamətləri əksini tapdı”.
Tahir Budaqov qeyd edib ki, Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısında ən böyük xidmətlərindən biri ölkədə siyasi varisliyin təmin edilməsidir: “Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Azərbaycanın tarixində yeni bir mərhələ başlandı. Gənclər Prezident İlham Əliyevin hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə gəncliyin inkişafı ilə əlaqədar cənab Prezident tərəfindən mühüm qərarlar qəbul olunub. Prezident İlham Əliyev tərəfindən Gənclər Fondunun yaradılması, gənclər üçün Prezident mükafatının təsis edilməsi, həmçinin gəncliyin inkişafına xidmət edən 10-a yaxın Dövət Proqramının qəbul olunması bu baxımdan böyük əhəmiyyətə malikdir. Bütün bu işlərin əsas istiqamətlərindən biri də təbii ki, gənclərimizin vətənpərvərlik ruhunda, dövlətə, xalqa sədaqət ruhunda böyüməsidir ki, bu siyasət özünü 2020-ci ildə böyük Zəfərimizlə təsdiqlədi. Məhz Prezident İlham Əliyevin siyasi rəhbərliyi dövründə yetişən gənclərimiz qələbəmizin qazanılmasında əsas söz sahibi oldular və torpaqlarımızı işğaldan azad edərək həm tarixi ədaləti, həm də Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etdilər. Bununla da Azərbaycan xalqının qürurlu xalq olduğunu təsdiqlədilər. Tarixi Zəfərimizdən sonra 2 fevral - Gənclər Gününün tamamilə yeni bir ab-havada keçirilməsi ənənəsi yaranıb. Bu ənənə bundan sonra da davam edəcək”.
Xəbər lenti
Hamısına baxGündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30

