NATO növbəti dəfə “yox” dedi - qoşunlar çıxarılmır
18.01.2022 [10:31]
Pərviz Sadayoğlu
Yanvarın 12-də keçirilən NATO-Rusiya şurası iclası ilə bağlı mühüm məqamlar açıqlanmaqdadır. Belə ki, görüşdə Rusiya tərəfi NATO-dan son dövrlərdə Şərqi Avropa ölkələrinə, xüsusilə də Rusiyaya yaxın dövlətlərə yerləşdirilən Alyans qüvvələrinin çıxarılmasını, o cümlədən 1997-ci ildə əldə olunan razılığa əsasən “bufer zona” prinsipinə riayət olunmasını istəyib. Rəsmi Kreml keçmiş Varşava Müqaviləsi Təşkilatı üzvü olan dövlətlərin, eləcə də postsovet ölkələrinin ərazilərində NATO qoşunlarının sayının artırılmasını özünə təhdid hesab edir. Xüsusilə, Litva, Latviya və Estoniya, Polşa kimi ölkələrdə NATO qüvvələrinin sayının durmadan artması Moskva tərəfindən etirazla qarşılanır.
Şimali Atlantika Alyansı üzvləri isə rəsmi Moskvanın bu istəyi ilə razılaşmaq fikrində deyil. Qurumun baş katibi Yens Stoltenberq bildirib ki, NATO Rusiyanın 1997-ci ildən sonra Alyansa qoşulan ölkələrdən qoşunların çıxarılması fikri ilə razılaşmayıb. “NATO müttəfiqləri Avropanın, milli təhlükəsizliyin əsas prinsiplərindən imtina edə bilməzlər. Fakt odur ki, hər ölkə öz xəttini seçir - NATO-ya üzv olmaq istəyirmi, ya yox... Həmçinin biz 1997-ci ildən sonra Alyansa qoşulan ölkələrdən qoşunların çıxarılması ilə razılaşa bilmərik”, - deyə baş katib bildirib. Stoltenberq əlavə edib ki, belə olacağı təqdirdə, Alyans üzvlərinin yarısı NATO tərəfindən qorunmayacaq və ikinci dərəcəli üzv olacaq.
Məsələ ilə bağlı fikirlərini bölüşən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, Rusiyanın irəli sürdüyü tələblərin NATO tərəfindən qəbul edilməməsi gözlənilən idi. Çünki 1997-ci ildən sonra Alyansa qoşulan ölkələrdən qoşunların çıxarılması, hərbi və təhlükəsizlik məsələləri ilə bağlı NATO-nun siyasətinin zəiflədilməsi həmin ölkələrə qarşı ikili standartların tətbiqi kimi anlaşıla bilərdi. Səbəb isə qeyd edilən ölkələrin artıq təşkilata üzv olmasıdır. Siyasi şərhçinin fikrincə, Şərqi Avropa ölkələrində qoşunların olması təbii hal sayılmalıdır: “Əslində, qeyri-NATO ölkələrinin təhdidi ilə, ilk növbədə, Qərbi Avropa ölkələri deyil, Şərqi Avropa ölkələri üzləşirlər. Bu baxımdan, 1997-ci ildən sonra Alyansa qoşulan ölkələrdən qoşunların çıxarılması ilə bağlı məsələ NATO tərəfindən qəbul edilə bilməzdi. Ən əsası isə, Rusiyanın irəli sürdüyü müddəaların ABŞ və NATO tərəfindən qəbul edilməsi həm də bir zəiflik nümayişi olardı. Bu baxımdan, NATO-nun Kremlin tələbləri ilə razılaşmayacağı aydın idi”.
1990-cı illərin ortalarında Rusiya ilə NATO arasında şifahi razılaşmanın olduğunu bildirən Z.Məmmədov qeyd edib ki, bu razılaşmada II Dünya müharibəsindən sonra formalaşan Postdam-Yalta sisteminə uyğun olaraq Şərqi Avropa ölkələrinin “bufer zona” olaraq qalması nəzərdə tutulurdu. “Bundan başqa, həmin ölkələr nə Rusiyanın, nə də Qərbin hərbi-siyasi təşkilatlarına üzv olacaqdı. Amma sonradan NATO-nun Şərqə doğru genişlənməsi nəticəsində həmin dövlətlər quruma üzv oldu. Bu baxımdan, Rusiya həmin şifahi razılaşmanı xatırladır və bildirir ki, Şərqi Avropa ölkələri ilə bağlı əldə olunan şifahi razılaşma pozulur. Kreml indiki halda yazılı təlimat tələb edir. Rusiyanın əsas istəyi ondan ibarətdir ki, tərəflər bir-birilərinin qırmızı xətlərini qəbul etsinlər”, - deyən politoloq əlavə edib ki, NATO ilə Rusiya arasında baş verən hadisələrin gedişatı MDB dövlətləri tərəfindən diqqətlə izlənilməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46

