Azərbaycan Prezidenti regionun yeni geosiyasi mənzərəsini müəyyən edir
18.01.2022 [10:09]
Nurlan QƏLƏNDƏRLİ
Son zamanlar beynəlxalq münasibətlər sistemində - regional və qlobal miqyasda mürəkkəb proseslər cərəyan edir. Güc mərkəzləri arasında strateji mübarizə və rəqabətin kəskinləşməsi, ziddiyyətlərin və qarşıdurma hallarının artması, eləcə də əməkdaşlıq və təhlükəsizlik müstəvisində növbəti təmasların yaranması milli dövlətlərin yeni çağırışlarla üzləşməsini şərtləndirir.
Regional supergücə çevrilmiş Azərbaycan belə bir şəraitdə effektiv - milli maraqlara və müasir çağırışlara uyğun xarici siyasət həyata keçirməklə beynəlxalq arenada öz yerini möhkəmləndirir. Bu, ölkəmizin beynəlxalq münasibətlərin nüfuz və güc iyerarxiyasında yüksəlişini təmin edir. Ötən ilin siyasi-diplomatik mənzərəsini əks etdirən reallıqlar və hazırkı geosiyasi situasiya da onu göstərir ki, dünyanın nəzəri Azərbaycanda və regiondadır. Çünki Azərbaycanın yaratdığı geostrateji reallıqlar beynəlxalq ictimaiyyətin xüsusi diqqət mərkəzindədir. Bu isə Azərbaycan Prezidentinin regionun yeni geosiyasi mənzərəsini müəyyən etdiyini göstərir.
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla - tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etməklə yeni geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır. Bütün bu reallıqlar təkcə Azərbaycan dövləti üçün deyil, həm də region xalqları və ölkələri üçün gələcək inkişaf və rifah naminə strateji əhəmiyyət daşıyır, mühüm perspektivlər vəd edir. Ölkəmiz yeni şəraitdə - yeni reallıqlar fonunda regionda proseslərin tənzimlənməsi üçün həm vacib çağırışlarla, həm də müvafiq təklif və təşəbbüslərlə çıxış edir. Xüsusilə də, Azərbaycan regionda yeni nəqliyyat dəhlizinin yaranması - kommunikasiya xətlərinin bərpası ilə əlaqədar həm səmərəli, faydalı ideya və təkliflər irəli sürür, həm də əməli addımlar atır. Ümumiyyətlə, Azərbaycanın mövqeyi regional təhlükəsizlik və əməkdaşlıq müstəvisində tam adekvat yanaşma kimi xarakterizə olunur. Bu səpkidə bir neçə nümunəyə konkret faktlar və reallıqlar əsasında nəzər yetirmək məqsədəmüvafiq olar.
Məlumdur ki, ötən il dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığının VI Sammitində səsləndirilən fikirlər postmünaqişə dövründə prosesləri tənzimləyən əsas qüvvənin - söz və nüfuz sahibinin Azərbaycan olduğunu təsdiqlədi. Növbəti dəfə aydın oldu ki, Azərbaycanın geostrateji iradəsi əsasında regionda yeni təhlükəsizlik mühiti yaranır, çoxtərəfli əməkdaşlıq platforması formalaşır və bu işbirliyi çətiri altında birləşmək yalnız iqtisadi mənfəət, siyasi dividend vəd edir. Bu prosesə isə süni müdaxilə etmək, reallıqları dəyişdirmək mümkün deyil. Bundan əvvəl isə Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı beynəlxalq dialoq və əməkdaşlıq məkanı olan Azərbaycanın səmərəli ideya, təklif və təşəbbüslərinin regionda çoxtərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malik olduğunu, perspektiv əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsinə dayanıqlı zəmin yaratdığını göstərdi. Yeri gəlmişkən, Zirvə toplantısında qəbul edilən Aşqabad sənədində əks olunan məsələlər Azərbaycanın milli-strateji maraqlarına tam adekvat oldu və yeni mərhələdə ölkəmizin mühüm rolunu, yüksək statusunu əks etdirdi. Sənəddə Azərbaycan xalqı və hökumətinin ərazilərin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilməsi isə xüsusi vurğulanmalıdır. Bu, bir daha onu göstərdi ki, 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar təkcə respublikamız deyil, bütövlükdə region dövlətləri və güc mərkəzləri, o cümlədən İƏT üzvü olan dövlətlər üçün önəmlidir, həmçinin mühüm dividendlər vəd edir. Həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edildiyini göstərir. Bu da təsadüfi deyil, çünki Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək Zəngəzur dəhlizi Avrasiyada kommunikasiya və inteqrasiyanı gücləndirəcək. Bununla yanaşı, 12 noyabr 2021-ci ildə İstanbulda Türk Dövlətləri Təşkilatının Səkkizinci Zirvə Görüşündə Azərbaycanın yaratdığı yeni reallıqlar xüsusi diqqət mərkəzində oldu. Toplantıda dövlətimizin başçısının Azərbaycan Respublikasının torpaqlarının azad edilməsini və ərazi bütövlüyünün bərpa olunmasını təmin edən, Türk birliyinə önəmli töhfə verən, regionda davamlı sülh və sabitliyə nail olunmasına yol açan tarixi Qələbə münasibətilə Türk Dünyasının Ali Ordeni ilə təltif olunması isə bu baxımdan xüsusi qeyd edilməlidir.
İkitərəfli münasibətlər çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla davam etdirilməsi də Azərbaycanın geosiyasi fəallığının göstəricisi, həmçinin uğurlu strateji kursun real nəticəsidir. Bu səpkidə son olaraq Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfərini xüsusi qeyd etmək lazımdır. Bu səfər, ilk növbədə, iki ölkə arasında çoxşaxəli münasibətlərin inkişafı baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Xüsusilə də, digər bir sıra sənədlərlə yanaşı, dövlət başçıları tərəfindən Birgə Bəyannamənin imzalanması Azərbaycan-Ukrayna münasibətlərində yeni səhifənin açıldığını göstərir. Təsadüfi deyil ki, Prezident Volodimir Zelenski “Mən bunu tarixi bir səfər adlandırıram. Bizim çox əhatəli əməkdaşlığımız var”,-deyə bildirib. Ən mühüm məqamlardan biri isə Azərbaycan ilə Ukrayna arasında strateji təmasların regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşımasıdır. Bu baxımdan, suverenlik və ərazi bütövlüyü məsələlərində, beynəlxalq səviyyədə müəyyən edilmiş sərhədlərin qorunması ilə əlaqədar qarşılıqlı dəstəyin göstərilməsi fundamental məsələdir. Paralel olaraq Xəzər və Qara dəniz hövzələrində təhlükəsizlik məsələləri ilə bağlı birgə təşəbbüslərin irəli sürülməsi və ortaq yanaşmanın sərgilənməsi Azərbaycan-Ukrayna münasibətlərinin regionda sabitlik və əməkdaşlıq baxımından vacib önəm daşıdığını göstərir. Yeri gəlmişkən, Prezident İlham Əliyev “Müstəqillik dövründə Ukrayna və Azərbaycan hər zaman bir-birini dəstəkləmişlər, hər zaman bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişlər və bu dəstək bu gün birgə imzaladığımız Birgə Bəyannamədə də öz əksini tapır”, - deyə bildirib. Nəticə etibarilə, bütün bu reallıqlar ölkəmizin regional və beynəlxalq siyasətdə önəmli rolunu - müstəsna yerini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40

