Əli Kərimlinin köməkçisi məhkəməyə ifadə verməkdən boyun qaçırır
19.08.2010 [09:02]
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğlunun (AXCP sədri Əli Kərimlinin köməkçisi) işi üzrə növbəti məhkəmə iclası keçirilib. Lakin təqsirləndirilən şəxslərin vəkilləri prosesdə iştirak etmədikləri üçün hakim T.Nəsrullayeva prosesin avqust ayının 31-nə kimi təxirə salındığını bildirib. Bu isə onu göstərir ki, Əli Kərimlinin köməkçisi danışdığı yalanların ortaya çıxacağından və ifşa olunacağından qorxur.
Xatırladaq ki, Mehralıyev Racu Şükrəli oğlu, Qurbanov Hüseyn Afət oğlu, Mirzəliyev Elnur Aydın oğlu, Ağayev Mirzə Rza oğlu və Məmmədrzayev Qabil Həsən oğluna qarşı Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi üzrə cinayət işi başlanıb. Onlara qarşı ittiham aktında göstərilir ki, bu şəxslər 23 noyabr 2009-cu il tarixdə Məmmədova Ruqiyyə İsgəndər qızının yaşadığı Bakı şəhəri, Cavadxan küçəsi, ev 36-da yerləşən 52 saylı mənzilə basqın edərək quldurluq yolu ilə külli miqdarda əmlakı ələ keçiriblər. Bu cinayət nəticəsində dəstə üzvləri 200 min manatdan artıq vəsaiti mənimsəyiblər. İlk prosesdə təqsirləndirilən şəxslərdən üçü özünü qismən təqsirli bilsə də, digər ikisi günahını boynuna almayıb. Buna baxmayaraq, dövlət ittihamçısı qrupun törətdiyi qanunsuzluğun istintaq tədbirləri nəticəsində sübuta yetirildiyini bildirib.
ümumiyyətlə, bu hadisə kobud bir hüquq, qanun pozuntusu olmaqla bərabər, bəzi qaranlıq mətləblərə işıq tutmaq üçün də yaxşı bir dərs əhəmiyyətinə malikdir. Belə ki, məhz bu hadisə siyasi partiyaların maliyyələşməsinin şəffaflığı və ictimaiyyətə məlumat verilməsinin əhəmiyyətini bir daha gündəmə gətirdi. Sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların maliyyələşdirilməsi həmişə diqqət mərkəzində olan və cəmiyyətdə müzakirələrə çevrilən məsələlərdən biri olub. Qeyd olunmalıdır ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətin şəffaflıqla bağlı çağırışlarına müsbət cavab verərək hər il partiyanın maliyyələşməsi, mərkəzi aparatın və rayon təşkilatlarının fəaliyyətinə sərf olunan xərclər, təşkil olunmuş tədbirlərə ayrılan vəsaitlər haqqında mütəmadi hesabatlar təqdim edir. Amma buna baxmayaraq, müxalifət partiyaları maliyyə mənbələri haqqında cəmiyyətə məlumat verməkdən boyun qaçırır. Hətta Yeni Azərbaycan Partiyasının siyasi təşkilatların maliyyələşməsi, həmçinin, maliyyə mənbələrinin şəffaflığı ilə bağlı dialoq keçirilməsi təklifinə də mənfi cavab verən müxalifət partiyaları maliyyə mənbələrinin açıqlanmasında maraqlı olmadıqlarını göstəriblər. Bəs görəsən, bunun səbəbləri nədir?
Təbii ki, həmişə gizlənmək üçün səbəbləri olan insanlar gizlənirlər. İndi Azərbaycanın bəzi müxalifət partiyalarının maliyyə məsələsində məxfiliyə önəm verməsi və cəmiyyətə bu istiqamətdə hesabat verməkdən qorxması da bu məntiqlə birbaşa bağlıdır. Amma onlar nə qədər hər şeyi ört-basdır etməyə çalışsalar da, bunu bacara bilmirlər. çünki bu gün Azərbaycan cəmiyyətində bu partiyaların kim üçün çalışdıqlarını, kimdən nəyin müqabilində pullar aldıqlarını, kimin buyruq qulu olduqlarını bilməyən çox az adam var. Bir sıra beynəlxalq maliyyə institutlarının ölkəmizlə bağlı məkrli planlarının həyata keçirilməsinə vasitəçilik edən bu təşkilatların həmin planlar içərisində mövcud olmaq üçün nə qədər maliyyə yardımı, qrant aldıqlarını da demək artıq olar. Əldə olunacaq yüz minlərlə dollar qarşılığında onların milli, dövlətçilik maraqlarımızı qurban verdiklərinə dair faktlardan da uzun-uzadı danışmaq yersizdir. çünki bunu hamı bilir və dərk edir. Belə təşkilatlardan biri də şübhəsiz ki, AXCP-dir.
Onu da qeyd etmək yerinə düşər ki, AXCP Azərbaycan siyasi palitrasında ən çox xalqa, millətə xəyanət yolunu tutan siyasətçilərin bir araya gəldiyi partiyalardan biri kimi xarakterizə oluna bilər. Sadəcə, bütün beynəlxalq tədbirlərdə Azərbaycanı (məhz Azərbaycanı-red.) şikayət edən Əli Kərimlinin, Gürcüstanda ermənilərlə badə qaldırıb, Ermənistan dövlətinin gələcəyinin sağlığına şərab içən Ruslan Bəşirlinin, quldurluq etməkdə ittiham olunan AXCP sədri Əli Kərimlinin köməkçisi olmuş Məmmədrzayev Qabil Həsən oğlunun adlarını çəkmək kifayətdir ki, bu fakt sübuta yetirilsin.
İnkarolunmaz bir həqiqətdir ki, bu hadisə heç bir partiyanın siyasi tərcümeyi-halı üçün üzağlığı gətirmir. Əksinə, bu onlar üçün uzun müddət hafizələrdən silinməyəcək bir ləkədir. Eyni zamanda, bu fakt başqa şübhəli məqamları da gündəmə gətirir. Məsələn, AXCP-nin maliyyələşməsi ilə bağlı gizli saxladığı məlumatların bu tip hadisələrlə hansısa əlaqəsinin olub-olmaması sualı təbii olaraq, gündəmə gələ bilər. Və bunu qiymətləndirmək, hadisələrdən düzgün nəticə çıxarmaq missiyası da yenə də xalqımızın üzərinə düşür. Amma məsələnin başqa bir tərəfi də var ki, bu da, AXCP-nin 18 ildir ki, müxalifətdə qalmasının əsl səbəblərini gözlər önünə sərir. Bu cür qanunsuzluqlarda adı hallanan bir siyasi təşkilatın xalqın dəstəyini alması mümkün deyil və necə ki, bu günə qədər mümkün olmayıb. çünki xalqımız yaxşı bilir ki, quldurluq etdiyinə görə məhkəmə qarşısında dayanan belə insanlara öz taleyini həvalə etmək böyük faciələrə gətirib çıxara bilər. Odur ki, Azərbaycan xalqı onlara siyasi arenadakı yerini göstərib və bu insanların üstündən birdəfəlik xətt çəkib.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

