Müxalifət qəzetləri xarici qüvvələrin sifarişlərini həyata keçirir
18.08.2010 [09:33]
Hər kəsə bəllidir ki, son günlər bir sıra mətbuat orqanları, xüsusilə də, müxalifət qəzetləri ölkəmizdəki söz və məlumat azadlığından sui-istifadə edərək ictimai nüfuza malik şəxslər haqqında etik normalara, mənəvi-əxlaqi dəyərlərimizə zidd, peşəkarlıq, obyektivlik, qərəzsizlik prinsiplərindən uzaq materiallar dərc edir, “məlumatlar” yayırlar. Konkret olaraq, “Azadlıq” və “Yeni Müsavat” kimi müxalifət qəzetləri dövlət orqanlarının fəaliyyəti haqqında dezinformasiya yayır, ictimaiyyətdə onlara qarşı inamsızlıq formalaşdırmağa cəhd göstərirlər. Bu mətbuat orqanları ayrı-ayrı nüfuzlu şəxslərin, xüsusilə, dövlət orqanları rəhbərlərinin şəxsi və ailə həyatına kobud müdaxilə edir, heç bir əsası olmayan, yalan və şantaj xarakterli “məlumatlar” dərc edirlər.
Əlbəttə ki, həmin qəzetlərin bu cür materiallar dərc etməsinin səbəblərini aydınlaşdırdıqda məlum olur ki, həmin orqanların rəhbərləri bununla bir neçə məqsəd güdürlər:
- Birincisi, həmin qəzetlər belə “sensasiya” xarakterli materialları dərc etməklə oxucu auditoriyası qazanmaq, gündəmdə qalmaq və satışlarını artırmaq niyyətini güdürlər.
- İkincisi isə qonorarlarını aldıqları və sifarişlərini yerinə yetirdikləri xarici qüvvələrə Azərbaycana təzyiq göstərmək üçün şərait yaradırlar.
Başqa sözlə, parlament seçkilərinin yaxınlaşdığını nəzərə alaraq, həmin mətbuat orqanlarının siyasi sifariş əsasında yalan, şantaj və böhtan xarakterli materiallar dərc etdiyini demək daha düzgün olar. Bu sifarişləri verənlərin məqsədi isə yazılı KİV-lə hakimiyyət orqanları arasında münasibətləri kəskinləşdirmək, yeni məhkəmə predmeti yaratmaq və Azərbaycanın demokratik imicinə zərbə vurmaqla siyasi dividend əldə etməkdir.
Xatırladaq ki, ermənilərin sifarişlərini həyata keçirən Eynulla Fətullayev xarici qüvvələrin yuxarıda göstərilən məqsədlərinə çatması üçün kifayət qədər “münbit” şərait yaratmışdı. Bu gün də xarici qüvvələr Azərbaycan dövləti və xalqı qarşısında cinayət törətmiş birisinin azadlığa buraxılması üçün müxtəlif vasitələrdən istifadə edərək dövlətimizə təzyiq etməyə cəhd göstərirlər. Müxtəlif maliyyə mənbələri hesabına cinayətkarlara “mükafatlar” verən həmin qüvvələr özlərini demokratiyanın qoruyucusu, Azərbaycanı isə guya söz və fikir azadlığının pozulduğu bir ölkə kimi təqdim etməyə çalışırlar. Bununla da, Azərbaycanı dünya ictimaiyyətinə anti-demokratik dövlət kimi təqdim etməklə ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa səy göstərirlər.
Bu baxımdan da, demək olar ki, müxalifətin əsas məqsədi öz şəxsi mənafelərinin təmin olunması müqabilində, Azərbaycan dövlətinin və xalqının milli maraqlarını qurban verməkdir.
“Qara piar” vasitəsilə öz eyiblərini ört-basdır etməyə çalışan müxalifət “liderləri”...
Onu da qeyd edək ki, müxalifət qəzetlərinin heç bir sosioloji araşdırmalar aparmadan, ictimai rəyi öyrənmədən əsassız “məlumatlar” yayması cəmiyyətdə birmənalı qarşılanmır. Onların hələ də 1990-cı illərin ab-havası ilə yaşaması, o dövrün tələbləri əsasında düşünməsi isə səhv nəticələrə gətirib çıxarır. Əgər müxalifət qəzetlərinin xəbəri yoxdursa, biz onlara cəmiyyətin nə haqda düşündüyünü söyləyə bilərik...
İnsanlar bilmək istəyirlər ki, bu və ya digər vəzifə daşıyan, həmçinin, Azərbaycan dövlətinin inkişafı üçün çalışan məmurlar haqqında sensasiya yaradacaq “məlumatlar”ı qəzet səhifələrində yaymaqla, həmin qəzetlərin rəhbərləri, onlara göstəriş verən eyni ideologiyanın daşıyıcıları, eyni düşüncənin sahibləri hansı məqsədi güdürlər? Əgər müxalifət qəzetləri bu suala cavab verə bilmirsə, biz onun da cavabını ictimaiyyətin diqqətinə çatdıra bilərik.
Düşünürük... Görəsən, özlərini “həqiqət carçısı” kimi ictimai rəyə sırımağa cəhd göstərən, bütün saylarında yalan və iftira dolu “məlumatlar” yayan qəzetlərin rəhbərləri özlərinin və qulluq etdikləri siyasətçilərin sərgüzəştləri haqqında niyə yazmırlar?
Yaxud da həmişə məhkəmə proseslərindən qalmaqal yaratmağa cəhd göstərən “Azadlıq” qəzeti AXCP sədrinin müşaviri Qalib Məmmədrzayevin məhkəməsi barədə niyə yazmır? çətin ki, Ə.Kərimlinin sifarişlərini icra edən qəzet rəhbərliyi AXCP-də formalaşmış mafioz ənənələrin ifşa edilməsində maraqlı olsun. Həmçinin, Ə.Kərimlinin, İ.Qəmbərin, AXCP və Müsavat funksionerlərinin əməllərini şərh etmək üçün kifayət qədər faktlarımız var. Amma malik olduğumuz siyasi mədəniyyət, jurnalist etikası bizə bu faktlar barədə açıq-saçıq yazmağa imkan vermir. Bununla belə, qeyd etməliyik ki, ölkəmizin müstəqilliyi elan olunandan bu günə qədər indiki müxalifət nümayəndələri elə səhvlərə yol veriblər ki, bu faktların cəmiyyət tərəfindən öyrənilməsi onların siyasi səhnədən tamamilə silinməsinə gətirib çıxarar...
Yazılan hər bir “məlumat” yazarın mədəni-etik səviyyəsinin göstəricisidir...
Bir daha qeyd edirik ki, bəzi qəzetlərin ictimaiyyətdə çaşqınlıq yaratmaq, hakimiyyətdə yüksək vəzifə tutan şəxslər və onların ailə üzvləri haqqında yalnız şayiələrə söykənən fikirləri dəfələrlə təkrarlamaq yolu ilə mənfi rəy formalaşdırmaq cəhdi, əlbəttə ki, “qara piar”dır və jurnalist fəaliyyəti ilə heç bir araya sığmır. Bu münasibət yazı müəlliflərinin, həmin qəzetlərin rəhbərlərinin və yaxud onların arxalarında duran siyasətçilərin mədəni-etik səviyyəsinin nümayişidir. Eyni zamanda, söz və məlumat azadlığından sui-istifadə, şəxsi həyatın toxunulmazlığını pozmaq, vətəndaşlar haqqında yalan və böhtan xarakterli məlumatlar yaymaq ölkə qanunvericiliyinə əsasən müvafiq məsuliyyət nəzərdə tutur.
İstənilən halda “qara piar” müəllifləri və sifarişçiləri bu metodun bumeranq effektini öz üzərlərində hiss edəcək və lazımi cavablarını alacaqlar. Onlar unutmamalıdırlar ki, dərc etdikləri çirkin, yalan və böhtanla dolu materiallar cəmiyyətdə ikrah doğurur və mətbuatın özünün nüfuzdan düşməsinə, ona qarşı ictimai inamın azalmasına səbəb olur.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41

