Havada pul qoxusu var
16.12.2021 [10:13]
Nurlan
Siyasi mənbələrdə demokratiyanın bir çox tərifi var. Amma onların sırasında “demokratiya qrant almaq üçün asayişi pozmaq cəhdidir”, “qanunsuz aksiya təşkil edərək küçədə “azadlıq” deyə qışqırmaq demokratiyadır”, “sosial şəbəkələrdə zərərli çağırışlar edərək insanları kütləvi itaətsizliyə çağırmaq demokratiya adlanır”, “demokratiya okeanın o tayında(n) oxunan siyasi nağıldır” kimi təriflər yoxdur.
Demokratiya, sadəcə olaraq, xalqın iradəsinin ifadəsi nəticəsində legitim hakimiyyətin formalaşmasıdır. Hər nə qədər Birləşmiş Ştatlar “demokratiya”nı inhisara alaraq sammit şousu təşkil etsə də, hər bir ölkənin demokratiya yolu onun öz siyasi-hüquqi seçimi əsasında formalaşır. Yeri gəlmişkən, bu ölkənin prezidenti bir müddət öncə “demokratiya ixracı” məqsədilə yarım milyon ABŞ dollarına yaxın məbləğdə vəsait ayrılacağını bəyan etmişdi. Bu, o deməkdir ki, okeanın o tayındakı məlum sammitdən sonra yeni “demokratiya yürüşü”nə start verilməsi gündəmdədir. Sammitdə iştirak etməyən (müstəqil siyasət yürütdüyünə və təsir altına düşmədiyinə görə - N.Q.) dövlətlərin bu yürüşün hədəfinə çevriləcəyi isə şübhəsizdir. Məqsəd “demos kratos” oyunu vasitəsilə ayrı-ayrı ölkələrdə ictimai-siyasi çaxnaşma yaratmaq, qrantyeyənləri yeni xaos ssenarilərində “narazı - etirazçı” obrazında siyasi aktyorluğa təşviq etməkdir.
Azərbaycanda da son günlər qanunsuz aksiya təşkil edənlərin hərəkətlərində də sifariş və qrant cizgisi sezilir. Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxsin Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələri də bu baxımdan istisna deyil. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar: “Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar”.
Okeanın o tayından gələn “demokratik hava kütləsi” qrantyeyənlərin icazəsiz aksiya şoularının məqsədini aşkar etməyə imkan verir. Çünki havada pul qoxusu var. Tofiq Yaqublu və digər bu kimi “siyasi fəal” görüntüsü altında “demokratiya naminə küçə yürüşü”nə - pul marafonuna çıxanlar isə qrant iyindən bihuş olanlardır, desək, qətiyyən yanılmarıq...
Xəbər lenti
Hamısına baxDünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25

