Azərbaycanın güclənən mövqeyinin fonunda...
30.11.2021 [12:47]
Təcrid vəziyyətində olan Ermənistanın ətrafında geosiyasi halqa daralır
Artıq regionda geosiyasi tarix Azərbaycanın təqvimi, saatlar isə Bakı vaxtı ilə müəyyən olunur
Son günlər regionda maraqlı proseslər cərəyan edir. Xüsusilə də, bölgə dövlətlərinin rəsmilərinin müxtəlif görüşlər və toplantılar zamanı səsləndirdikləri fikirlər, verilən bəyanatlar regionda yeni situasiyanın geostrateji şifrələrini açır. Görünən odur ki, mövcud vəziyyət Azərbaycanın postkonflikt mərhələsində strateji diplomatiya siyasətinin uğurlu nəticələrini əks etdirir. Nəticə isə ondan ibarətdir ki, regional supergücə çevrilən Azərbaycanın mövqeyi daha da güclənir, həmçinin Ermənistanın ətrafında geosiyasi halqa daralır. Bu səpkidə bir neçə məqama nəzər salmaq məqsədəuyğun olar.
Rəsmi Bakının mövqeyi əsas və həlledicidir
Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüş çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın siyasi-diplomatik mövqeyinin üstünlük təşkil etdiyini, ölkəmizin irəli sürdüyü ideya, təklif və təşəbbüslərin yüksək qiymətləndirildiyini göstərdi. Elə Rusiya Prezidenti Vladimir Putinin sözügedən görüşdə ifadə etdiyi fikirlər etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini, rəsmi Bakının fəaliyyətinin Cənubi Qafqazın yeni geostrateji dizaynında həlledici rol oynadığını və əsas götürüldüyünü bir daha təsdiqlədi.
Bununla yanaşı, noyabrın 28-də Aşqabadda müşahidə olunan iki mühüm məqam bəhs olunan reallığı əks etdirir. Birincisi, Prezident İlham Əliyevin İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı toxunulan məqamlar təsdiqlədi ki, Azərbaycan regionda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlığın təmin olunması istiqamətində daim haqlı mövqedə olub, ölkəmizin çağırışları və təşəbbüsləri qarşıdurmaya deyil, əməkdaşlığa, uzlaşmaya xidmət edib, bu gün də belədir. İkincisi, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Görüşünün yekun Bəyannaməsində “Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq”,- deyə qeyd olundu. Həmçinin Zirvə Görüşündə ölkəmizi təbrik edən ölkələr sırasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan 3 ölkə - Qazaxıstan, Belarus və Qırğızıstan yer aldı. Aşqabadda baş tutmuş toplantıda qeydə alınan bu iki məqam deməyə əsas verir: regional proseslərin hazırkı inkişafında və gələcəklə bağlı planların reallaşdırılmasında məhz şərtləri diktə edən Azərbaycanın geosiyasi iradəsi əsas rol oynayır, xüsusi nəzərə alınır.
Azərbaycanın müttəfiqlik münasibətləri güclənir, Ermənistan isə ənənəvi dəstəkdən məhrum olur
Digər tərəfdən, bir müddət öncə Ermənistana bu və ya digər səviyyədə dəstək verən bəzi qüvvələr indi Azərbaycanın haqlı və aparıcı mövqeyinin əhəmiyyətini xüsusi vurğulayır, ölkəmizin yanaşmasını yeni regional təhlükəsizlik və əməkdaşlıq şəraitində əsas götürür. Bütün bunlar isə artıq müttəfiqlərindən əvvəlki - ənənəvi dəstəyi ala bilməyən, şərtlərin diktə olunduğu Ermənistanın qarşısında vahid seçim zərurəti qoyur: reallıqları nəzərə alaraq ağıllı hərəkət etmək, istər üçtərəfli Bəyanatın icrası, istərsə də digər məsələlərlə əlaqədar öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək.
Azərbaycan isə güclənən müttəfiqlik münasibətləri, artan təsir imkanları və möhkəmlənən həm regional, həm də beynəlxalq mövqeyi ilə strateji hədəflərini addım-addım gerçəkləşdirir. Artıq regionda geosiyasi tarix Azərbaycanın təqvimi, saatlar isə Bakı vaxtı ilə müəyyən olunur...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

